Məhkəmə qərarları › İş №2(029)-1000/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-1000/2025

22.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-1000/2025 22.10.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması” tələbinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, KOD ********* JN-211F saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin ona yəni, Ərizəçi, Maraqlı şəxs1 və Maraqlı şəxs2 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, ailəsilə birlikdə Qusar rayonu Gedəzeyxur kəndində yaşayır. Qusar rayon Agrar İslahat Komissiyasının 02 may 2000-ci il tarixli 6/9 saylı qərarı ilə onun və ailəsinin mülkiyyətinə Qusar rayonu Gedəzeyxur ərazisindən 0.23 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları KOD ********* JN-211F saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Həmin şəhadətnamə 201 nömrə ilə qeydiyyat kitabında qeydiyyata alınmışdır. KOD ********* JN-211F saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə tərtib edəndə Agrar İslahat Komissiyası tərəfindən səhvlərə yol verilmişdir. Belə ki, onun atasının adı Məhəmmədəli əvəzinə səhvən “Məmmədəli”, arvadının adı isə Xavər əvəzinə səhvən “Xəzər” yazılmışdır. Agrar İslahat Komissiyası tərəfindən göstərilən səhvlərin buraxılması Qusar rayon İHB-nın Qusar rayon Əcəxur kənd İnzibati Ərazi Dairəsi üzə Nümayəndəliyinin 02 aprel 2025-ci il tarixli 5-63-22/2-T-209-31-207/2005 saylı arayışla və digər sənədlərlə də təsdiqlənir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Komitəşnin şöbələrinin ləğv edildiyi üçün Dövlət Aktında buraxılmış səhvlərin düzəliş edilməsi məqsədi ilə rəsmi ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Ərazi İdarəsinin 28 aprel 2025-ci il tarili 3-21-3-34/2-5458/2025 saylı məktubla KOD ********* JN-211F saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə hüquq sahiblərin adlarında yaranış uyğunsuzluğu aradan qaldırılması və düzəlişin həyata keçirilməsi idarənin səlahiyyətlərinə aid olmadığını bildirərək məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişlər ki, o, ərizəni müdafiə edir. Həmçinin bildirmişdir ki, şəxsi işləri ilə əlaqədar məhkəmə iclaslarına gələ bilmir, işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq həmin şəxslər və idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4 və 185.6-cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Belə ki, işdə olan KOD ********* JN-211F saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 20 may 2000-ci il tarixli 6/9 saylı qərarı ilə Qusar rayonu Gedəzeyxur kəndində yerləşən 0.23 ha torpaq sahəsi Ərizəçi Məmmədəli oğlunun, X1 və Maraqlı şəxs2 xüsusi mülkiyyətlərinə verilmişdir. İşdə olan 02 aprel 2025-ci il tarixli 5-63-22/2-T-209-31-207/2025 saylı Qusar RİHB-nın Gedəzeyxur kənd İƏD üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür ki, JN-211F kod 30107018 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə Ərizəçi Məmmədəli oğlu, X2 qeyd olunmuşdur. Həqiqətən onların adlarının doğru yazılışı aşağıdakı kimidir. Ərizəçi, Maraqlı şəxs1 İşdə olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1947-ci ildə anadan olmuşdur. İşdə olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs1 xx.xx.1954-cü ildə anadan olmuşdur. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, KOD ********* JN-211F saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə hüquq sahibi kimi qeyd olunmuş şəxslər məhz Ərizəçi və maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2dur. Lakin həmin Dövlət Aktında yuxarıda qeyd olunan səhvlərə yol verilmişdir. Bu hal məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə tam təsdiq olunur. Ona görə də, həmin dövlət aktının Ərizəçi və maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçilərin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. KOD ********* JN-211F saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Ərizəçi, Maraqlı şəxs1 və Maraqlı şəxs2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar