Məhkəmə qərarları › İş №2(029)-101/2021

Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-101/2021

10.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-101/2021 10.02.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə İddiaçı Qusar rayonu Urva bələdiyyəsinə, Cavabdeh2 və qeyrilərinə qarşı torpaq sahəsinə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası, Cavabdeh2 İddiaçı və qeyrilərinə qarşı şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Qusar rayonu Urva bələdiyyəsinə, Cavabdeh2 və qeyrilərinə qarşı torpaq sahəsinə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin, Cavabdeh2 İddiaçı və qeyrilərinə qarşı şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək işə baxılmasını tələb etmədiyini göstərmiş və iddia ərizəsinin geri qaytarılmasını, mülki işin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 məhkəməyə ərizə göndərərək işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini və mülki işin baxılmamış saxlanılmasına etiraz etmədiyini göstərmişdir. Cavabdeh Qusar rayonu Urva bələdiyyəsi, Cavabdeh3 notariusu və üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən mülki işin baxılmamış saxlanması və iddia ərizəsinin geri qaytarılması barədə ərizə verildiyindən, Cavabdeh2 isə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən ilkin iddia ərizəsi İddiaçı, qarşılıqlı iddia ərizəsi isə Cavabdeh2 geri qaytarılmalı və mülki iş baxılmamış saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM–nin 259, 260, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Qusar rayonu Urva bələdiyyəsinə, Cavabdeh2 və qeyrilərinə qarşı torpaq sahəsinə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi İddiaçı, Cavabdeh2 İddiaçı və qeyrilərinə qarşı şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi Cavabdeh2 geri qaytarılsın və mülki iş baxılmamış saxlanılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar