Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-101/2024 25.06.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi maraqlı şəxs Qusar rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxslərin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi maraqlı şəxs Qusar rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 22 noyabr 1974-cü il tarixdə Qusar şəhərində anadan olmuş X4 və 18 sentyabr 1983-cü il tarixdə Qusar şəhərində anadan olmuş X7 fəaliyyət qabiliyyəti olmayanlar hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, onun oğulları, 22 noyabr 1974-cü il təvəllüdlü X10 və 18 sentyabr 1983-cü il təvəllüdlü X11 onun evində, Qusar şəhəri Heydər Əliyev prospekti, ev 168, mənzil 23-də qeydiyyatda olmaqla həmin mənzildə onunla birlikdə yaşayırlar. X2 07 noyabr 2020-ci il tarixdə vəfat etmişdir. Onun oğullarının hər ikisi subaydırlar. X1 və X11 hər ikisi ruhi xəstə olmaqla uzun müddətdir ki, “Şizofreniya, paranoid forma. Fasiləsiz gedişli” diaqnozu ilə ruhi xəstəlikdən əziyyət çəkirlər. X3 20 sentyabr 2001-ci il tarixdən, digər oğlu X11 isə 13 sentyabr 2007-ci il tarixdən həmin diaqnozlarla “Qusar Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Poliklinika Şöbəsində həkim-psixiatrın dispanser qeydiyyatdadırlar. Həmin xəstəliyə görə hər iki oğlu İİ qrup əlildirlər. X1 və X11 öz hərəkətlərinin mənasını anlaya,öz hərəkətlərini idarə edə bilmirlər. Onlara evdə o qulluq edir və faktiki olaraq onlar onun himayəsində yaşayırlar. Hal-hazırda onların psixi vəziyyətləri daha da ağırlaşmışdır. Ona görə də X1 və X11 məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidirlər. Onların məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi onların üzərində onun qəyyumluğunun müəyyən edilməsi üçün zəruridir. Ərizəçi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, o, ərizəni müdafiə edir. Ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Həmçinin bildirmişdir ki, o, təyin olunmuş məhkəmə iclasına gələ bilmir. İşə onun iştirakı olmadan baxılmasını, ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Qusar rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin Komissiyanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4 və 185.6cı maddələrinə əsasən işə ərizəçinin və komissiyanın nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, ərizəçinin izahatını dinləyib, toplanmış sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Seriya AZE 07570287 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.1974-cü ildə Qusar şəhərində anadan olmuşdur. İşdə olan Seriya AA 3181971saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 xx.xx.1983-cü ildə anadan olmuşdur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Quba rayon Psixonevroloji Reabilitasiya mərkəzi” Qusar rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin 08 sentyabr 2023-cü il tarixli 18-1-54/3-1203/2023 saylı məktubundan görünür ki, xx.xx.1974cü il təvəllüdlü, ünvan 1 ünvanda yaşayan X10 xx.xx.2001-ci il tarixindən “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin PŞ-də həkim-psixiatrın dispanser qeydiyyatındadır. İİ qrup əlildir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Quba rayon Psixonevroloji Reabilitasiya mərkəzi” Qusar rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin 08 sentyabr 2023-cü il tarixli 18-1-54/3-12043/2023 saylı məktubundan görünür ki, xx.xx.1983-cü il təvəllüdlü, ünvan 1 ünvanda yaşayan X11 xx.xx.2007-ci il tarixindən “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin PŞ-də həkim-psixiatrın dispanser qeydiyyatındadır. İİ qrup əlildir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 Hüquqi şəxs tərəfindən verilimiş 850 saylı 01 aprel 2024-cü il tarixli məhkəmə-psixiatrik ekspertizasının ekspert rəyindən görünür ki, yoxlanılan şəxs X5 “ŞİZOFRENİYA PARANOİD FORMA” (F20.0) xroniki psixi xəstəliyi qeyd olunur. Bunu anamnestik məlumatlar (uzun müddətdir psixi xəstə olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsində “Şizofreniya paranoid forma. Fasiləsiz gedişli” diaqnozu ilə psixiatrik kabinetdə qeydiyyatda olması və bu diaqnozla ikinci dərəcəli əlil oması), həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (ünsiyyətə formal daxil olması, təfəkkürünün paroloji və autik olması, maraq dairəsinin məhdudluğu, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair) sübut edir. Mülki işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə- psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: 22 noyabr 1974-cü il təvəllüdlü X10 ruhi xəstədirmi, əgər xəstədirsə onlar, xəstəliyin hansı formasından əziyyət çəkir və nə vaxtdan ? 2-ci sual: X4 ruhi xəstəliyinin ağırlıq dərəcəsi necədir ? 1-ci və 2-ci suallara cavab: 22 noyabr 1974-cü il təvəllüdlü X5 şizofreniya paranoid forma xroniki psixi xəstəliyi müəyyən edilir. 3-cü sual: X10 öz hərəkətlərinin mahiyyətini başa düşmək qabiliyyətindədirmi o, öz hərəkətlərini düzgün idarə etmək və ətrafdakılara reaksiya verməyə qadirdirmi ? Cavab: Yoxlanılan şəxs X11 psixi vəziyyətinə görə öz hərəkətlərinin mahiyyətini başa düşmək və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarında deyil. L.C.Aslanovu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsas var. 4-cü sual: 22 noyabr 1974-cü il təvəllüdlü X10 məhkəmə iclasına gəlmək və iş üzrə izahat vermək iqtidarındadırmı? Cavab: 22 noyabr 1974-cü il təvəllüdlü X10 məhkəmə iclasına gəlmək və iş üzrə izahat vermək iqtidarında deyil. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 Hüquqi şəxs tərəfindən verilimiş 851 saylı 01 aprel 2024-cü il tarixli məhkəmə-psixiatrik ekspertizasının ekspert rəyindən görünür ki, yoxlanılan şəxs X8 “ŞİZOFRENİYA PARANOİD FORMA” (F20.0) xroniki psixi xəstəliyi qeyd olunur. Bunu anamnestik məlumatlar (uzun müddətdir psixi xəstə olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ““Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsində “Şizofreniya paranoid forma. Fasiləsiz gedişli” diaqnozu ilə psixiatrik kabinetdə qeydiyyatda olması və bu diaqnozla ikinci dərəcəli əlil oması), həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər-ünsiyyətə formal daxil olması, təfəkkürünün paroloji və autik olması, maraq dairəsinin məhdudluğu, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair sübut edir. Mülki işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə- psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: 18 sentyabr 1983-cü il təvəllüdlü X11 ruhi xəstədirmi, əgər xəstədirsə o, xəstəliyin hansı formasından əziyyət çəkir və nə vaxtdan ? 2-ci sual: X7 ruhi xəstəliyinin ağırlıq dərəcəsi necədir? 1-ci və 2-ci suallara cavab: 18 sentyabr 1983-cü il təvəllüdlü X8 şizofreniya paranoid forma xroniki psixi xəstəliyi müəyyən edilir. 3-cü sual: X11 öz hərəkətlərinin mahiyyətini başa düşmək qabiliyyətindədirmi, öz hərəkətlərini düzgün idarə etmək və ətrafdakılara reaksiya verməyə qadirdirmi ? Cavab: Yoxlanılan şəxs X11 psixi vəziyyətinə görə öz hərəkətlərinin mahiyyətini başa düşmək və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarında deyil. E.C.Aslanovu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsas var. 4-cü sual: 18 sentyabr 1983-cü il təvəllüdlü X11 məhkəmə iclasına gəlmək və iş üzrə izahat vermək iqtidarındadırmı? Cavab: 18 sentyabr 1983-cü il təvəllüdlü X13-cnəhkəmə iclasına gəlmək və iş üzrə izahat vermək iqtidarında deyil. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə yuxarıda göstərilən ekspert rəyini məhkəmədə tədqiq olunmuş digər subatlarla yanaşı qiymətləndirərək həmin rəylə razılaşır və qəbul edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, 22 noyabr 1974-cü il tarixdə Qusar şəhərində anadan olmuş X4 və 18 sentyabr 1983cü il tarixdə Qusar şəhərində anadan olmuş X7 fəaliyyət qabiliyyəti olmayanlar hesab edilməsi üçün kifayət qədər əsaslar vardır və bu səbəbdən də ərizə təmin edilməlidir Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçi öz tələblərinin əsası kimi istinad etdiyi halları tam sübuta yetirmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 22 noyabr 1974-cü il tarixdə Qusar şəhərində anadan olmuş X10 və 18 sentyabr 1983-cü il tarixdə Qusar şəhərində anadan olmuş X11 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-101/2024
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-101/2024
25.06.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver