Məhkəmə qərarları › İş №2(029)-1016/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-1016/2021

11.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-1016/2021 11.11.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqmüəyyənedici sənədlərin (KOD 30124018 JN: 253 saylı Dövlət Aktının və JN: 277B, JN: 277C və JN: 277F saylı Şəhadətnamələrin) şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqmüəyyənedici sənədlərin (KOD 30124018 JN: 253 saylı Dövlət Aktının və JN: 277B, JN: 277C və JN: 277F saylı Şəhadətnamələrin) şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək hüquqmüəyyənedici sənədlərin, yəni KOD 30124018 JN: 253 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının və JN: 277B, JN: 277F və JN:277C saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrin Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 ərizəni onunla əsaslandırmışlar ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 30 sentyabr 1997-ci il tarixli 14/2 nömrəli qərarı ilə 4 nəfərdən ibarət ailənin mülkiyyətinə 2.21 ha pay torpaq sahəsi və 0.30 ha həyətyanı torpaq sahələri verilmiş, torpaq sahələri üzərində mülkiyyət hüquqları KOD 30124018 JN: 253 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı və JN: 277B, JN: 277F və JN:277C saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrlə rəsmiləşdirilmiş, Dövlət Aktı 12 sentyabr 1998-ci il tarixdə qeydiyyat kitabında 1372 nömrə ilə, Şəhadətnamələr isə 262, 263 və 264 nömrələr ilə qeydiyyata alınmışdır. KOD 30124018 JN: 253 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında və JN: 277B, JN: 277F və JN:277C saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrdə kənd və rayon X3 tərəfindən səhvə yol verilmiş, mülkiyyətçilərin soyadları Sərhədov olduğu halda şərh olunan sənədlərdə “Sərhətov” yazılmışdır. Qusar rayon Aqrar İslahat Komissiyası tərəfindən səhvə yol verilməsi Qusar rayon İHB-nin Şirvanovka kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 04 noyabr 2020-ci il tarixli 576 saylı arayışı, həmçinin mülkiyyətçilərin şəxsiyyət vəsiqələri ilə təsdiqlənir. Yuxarıda şərh olunan arayışla müəyyən olunur ki, JN: 253 saylı Dövlət Aktı, JN: 277B, JN: 277F və JN:277C saylı Şəhadətnamələr onların ailəsinə məxsusdur. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon şöbələri ləğv edildiyi üçün Dövlət Aktında və Şəhadətnamələrdə buraxılmış səhvin düzəliş edilməsi məqsədilə rəsmi ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi 23 aprel 2021-ci il tarixli **********79 saylı məktubla KOD 30124018 JN: 253 saylı Dövlət Aktında və JN: 277B, JN: 277F və JN:277C saylı Şəhadətnamələrdə hüquq sahiblərinin soyadında yaranmış uyğunsuzluğu aradan qaldırılmasının və düzəlişin həyata keçirilməsinin idarənin səlahiyyətlərinə aid olmadığını bildirərək məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Göründüyü kimi KOD 30124018 JN: 253 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında və JN: 277B, JN: 277F və JN:277C saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrdə mülkiyyətçilərin soyadları səhvən “Sərhətov” yazılmış, yuxarıda şərh olunan hüquqmüəyyənedici sənədlər Qusar rayonu Şirvanlı kəndində yaşayan Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 adına verilmişdir. Yuxarıda şərh olunduğu kimi KOD 30124018 JN: 253 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının və JN: 277B, JN: 277F və JN:277C saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrin onların ailəsinə, yəni Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 məxsus olması faktının müəyyən edilməsi 2.22 ha pay torpaq və 0.30 ha həyətyanı torpaq sahələri üzərində sərəncam hüququnun həyata keçirilməsi üçün zəruridir. Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişlər və Ərizəçi1 məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, ərizəni müdafiə edir. Digər ərizəçilər onun ailə üzvləridir, onlar məhkəmə bildirişlərini almışlar, məhkəmə iclasının yeri və vaxtı barədə məlumatları var, lakin onlar xəstə olduqlarından təyin olunmuş məhkəmə iclasına gələ bilmirlər. Həmçinin, təyin olunmuş məhkəmə iclasına özü də gələ bilmədiyi üçün işə onların iştirakları olmadan baxılıb ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4 və 185.6-cı maddələrinə əsasən işə ərizəçilərin və maraqlı şəxsin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. İşə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan KOD 30124018 JN: 253 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 30 sentyabr 1997-ci il tarixli 14/2 saylı qərarı ilə Qusar rayonu Şirvanovka kəndində yerləşən 2.21 ha torpaq sahəsi X1, X4 və X5 xüsusi mülkiyyətlərinə verilmişdir. İşdə olan KOD 30124018 JN: 277B, JN: 277F və JN:277C saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrin surətlərindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 30 sentyabr 1997-ci il tarixli 14/2 saylı qərarı ilə Qusar rayonu Şirvanovka kəndində yerləşən 0.03 ha, 0.01 ha və 0.26 ha torpaq sahələri X1, X4, X2 və X5 xüsusi mülkiyyətlərinə verilmişdir. İşdə olan Qusar RİHB-nın Şirvanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 04 noyabr 2021-ci il tarixli 576 saylı arayışdan görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 30 sentyabr 1997-ci il tarixli 14/2 nömrəli qərarı ilə Ərizəçi1 ailə üzvlərinə verilmiş JN- 253 kod 30124018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında onun və ailə üzvlərinin adları səhvən X6, X7 və X9 yazılmışdır. Əslində Ərizəçi1, Ərizəçi2 və Ərizəçi4 kimi yazılmalıdır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 23 aprel 2021-ci il tarixli **********79 saylı məktubundan görünür ki, DT və XK-si tərəfindən verilmiş JN: 253 KOD 30124018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında və JN: 277F KOD 30124018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd olunmuş hüquq sahiblərinin ad və soy adlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Bununla bağlı məhkəməyə müraciət etməyi Ərizəçi1 tövsiyə olunmuşdur. İşdə olan Seriya AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1952-ci ildə Bakı şəhəri Lök-Batan qəsəbəsində anadan olmuş, Qusar rayonu Şirvanovka kəndində yaşayır. İşdə olan Seriya AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1955-ci ildə Qusar rayonu Kuf-Oba kəndində anadan olmuş, Qusar rayonu Şirvanovka kəndində yaşayır. İşdə olan Seriya AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi4 xx.xx.1983-cü ildə Qusar rayonu Şirvanovka kəndində anadan olmuş, həmin kənddə yaşayır. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş Arayışdan görünür ki, Ərizəçi3 16.05.1980-ci ildə anadan olmuş, atası Ərizəçi1, anası Ərizəçi2dır. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizəçilər tərəfindən təqdim edilmiş KOD 30124018 JN: 253 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı və KOD 30124018 JN: 277B, JN: 277F və JN:277C saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələr həmin şəxslər üçün hüquq müəyyənedici sənədlərdir, belə ki, həmin sənədlər əsasında onlar həmin dövlət aktında və şəhadətnamələrdə göstərilən torpaq sahələrinə dair sərəncam hüquqlarını həyata keçirilməlidirlər. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, KOD 30124018 JN: 253 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında və KOD 30124018 JN: 277B, JN: 277F və JN:277C saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrdə hüquq sahibi kimi göstərilmiş şəxslər məhz ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4dur, lakin həmin aktda və şəhadətnamələrdə həmin yuxarıda qeyd olunan səhvlərə yol verilmişdir. Bu hal məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə tam təsdiq olunur. Ona görə də, həmin dövlət aktının və şəhadətnamələrin ərizəçilərə məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələbinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ət etdi : Ərizə təmin edilsin. KOD 30124018 JN: 253 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Ərizəçi1, Ərizəçi2 və Ərizəçi4, KOD 30124018 JN: 277B, JN: 277F və JN:277C saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrin Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 məxsus olması faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar