Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-102/2025 25.02.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı Qusar Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə, Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil4, cavabdehlər Cavabdeh5, X6, Cavabdeh12 etibarnamə üzrə nümayəndəsi X18, Cavabdeh13 iştirakları ilə, İddiaçı Qusar Rayon İcra Hakimiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, X9, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, X10, Cavabdeh12 və Cavabdeh13 qarşı Qusar Rayon İcra Hakimiyyətinin rayonun Samur qəsəbəsində yerləşən qanunsuz tikililərin sökülməsinə dair iddia ərizəsi “cavabdehlərin Samur keçid məntəqəsinin yaxınlığında şərti olaraq “Zona 1”, “Zona 2” və “Zona 3” adlandırılmış ərazisindəki obyektlərin mülkiyyətlərinə təqdim olunmuş rəy üzrə bazar qiymətinə uyğun kompensasiya ödənilməklə həmin əmlaklar üzərində mülkiyyət hüquqlarına xitam verilməsi barədə iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Qusar Rayon İcra Hakimiyyəti cavabdehlər Cavabdeh1, X19, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X9, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, X10, Cavabdeh12 və Cavabdeh13 qarşı tikinti obyetklərinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdehlərə məxsus Qusar rayonun Samur qəsəbəsində Samur keçid məntəqəsinin yaxınlığında yerləşən qanunun tələblərini gözlənilmədən tikilmiş obyektlərin Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli 3378 saylı sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial iqtisadi inkişaf strategiyası” nın Tədbirlər planında “Hədəf turizm bazarları ilə nəqliyyat kommunikasiya əlaqələrinin şaxələnməsi və təkmilləşdirilməsi” tədbirləri çərçivəsində sökülməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli 3378 saylı sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial iqtisadi inkişaf strategiyası” nın Tədbirlər planında “Hədəf turizm bazarları ilə nəqliyyat kommunikasiya əlaqələrinin şaxələnməsi və təkmilləşdirilməsi” tədbirləri nəzərdə tutulmuşdur. Bununla bağlı Qusar rayonu Samur dövlət sərhəd keçid məntəqəsi ərazisində sərhəd keçmə proseslərin təkmilləşdirilməsi, sürətli keçidin təmin etməsi məqsədi ilə köhnə infrastrukturun müasir tələblərə uyğun yenilənməsi, eyni zamanda ərazidə olan bəzi tikililərin sökülməsi, əvəzində isə dövlət proqramına uyğun müəyyən işlərin görülməsi nəzərdə tutulmuşdur. Nəzərdə tutulan tədbirlər çərçivəsində cavabdehlərə məxsus qanunun tələblərini gözlənilmədən tikilmiş obyektlərin müvafiq qaydada sökülməsi zərurəti yaranmışdır. Həmin ərazidə lazımi sənədlər almadan, tikintiyə müvafiq icazə olmadan tikilmiş bəzi obyektlərin faktiki istifadəçiləri könüllü olaraq obyektlərin layihə çərçivəsində sökülməsinə razılıq verərək obyektlərini sökmüş, materiallarını da özləri ilə aparmışlar. Lakin cavabdehlərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər faktiki istifadəsində olan obyektlərin sökülməsinə könüllü olaraq razılıq verməmişdir. Cavabdehlərin faktiki istifadəsində olan Qusar rayonun Samur qəsəbəsində yerləşən qanun tələblərini gözlənilmədən tikilmiş obyektlər məhkəmə qaydasında sökülməlidir. Qusar rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbində göstərilən X22 və Cavabdeh3 cavabdeh qismində iştirakına xitam verilmişdir. İddiaçı Qusar Rayon İcra Hakimiyyəti iddia tələbinin dəyişdirilməsinə dair məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli 3378 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial iqtisadi inkişaf strategiyası” nın Tədbirlər planında “Hədəf turizm bazarları ilə nəqliyyat kommunikasiya əlaqələrinin şaxələnməsi və təkmilləşdirilməsi” tədbirləri nəzərdə tutulmuşdur.Bununla bağlı Qusar rayonu Samur dövlət sərhədindən buraxılış məntəqəsində sərhəd keçmə proseslərinin təkmilləşdirilməsi, sürətli keçidin təmin edilməsi məqsədi ilə köhnə infrastrukturun müasir tələblərə uyğun yenilənməsi, eyni zamanda ərazidə olan bəzi tikililərin sökülməsi, əvəzində isə dövlət proqramına uyğun müəyyən işlərin görülməsi nəzərdə tutulmuşdur.Dövlət Gömrük Komitəsi tərəfindən Qusar Rayon İcra Hakimiyyətinə 3-33/2- 009799/2024-cü il tarixli məktub ünvanlanaraq Samur dövlət sərhədindən buraxılış məntəqəsində mövcud infrastrukturun təkmilləşdirilməsi məqsədilə ərazinin mövqe sxemində qeyd edilmiş “Zona 4” və “Zona 5” üzrə yerləşən ərazilərin sahibkarlara məxsus mövcud tikililərin fasadlarında istifadə olunan materiallara uyğun olaraq bərpa olunmasına və “Zona 1”, “Zona 2” və “Zona 3” üzrə müvafiq torpaq sahələrinin Dövlət Gömrük Komitəsinə ayrılmasına köməklik göstərilməsi xahiş edilmişdir.X20 icrası ilə bağlı Dövlət Gömrük Komitəsindən daxil olmuş məktub əsasında Samur gömrük buraxılış məntəqəsinin qarşısındakı ərazidə infrastrukturun müasir tələblərə uyğunlaşdırılınası məqsədi ilə Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli 29 saylı sərəncamı ilə İşçi qrupu yaradılmışdır. İşçi qrupunun rayon rəhbərliyinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə keçirilən 5 iclasında görülmüş işlər müzakirə olunaraq növbəti mərhələdə görülməsi vacib hesab olunan işlərlə bağlı tapşırıqlar verilmişdir.Eyni zamanda ərazidə obyekt istifadəçisi olan vətəndaşlarla birinci dəfə 25 iyul, daha sonra 13 avqust, 10 sentyabr, 24 sentyabr və 30 oktyabr 2024-cü il tarixlərdə Rayon İcra Hakimiyyətinin başçısı, başçının birinci müavini, Dövlət Gömrük Komitəsinin və digər aidiyyəti qurumların məsul şəxslərinin (iştirakçılar və gedişatı haqqında ayrıca protokollar tərtib edilmiş və çəkiliş aparılmışdır) iştirakı ilə görüşlər keçirilmiş, vətəndaşlara izah edilmişdir ki, qeyd olunan ərazidə müvafiq dövlət qurumları tərəfindən genişmiqyaslı abadlıq-quruculuq işləri görüləcək, qəsəbə yolları təmir olunmaqla müasir standartlara uyğun layihələr həyata keçiriləcək. Layihənin həyata keçirilməsi nəticəsində açılacaq iş yerlərinə həmin obyektlərdə işləyən sakinlərin işə cəlb edilməsi nəzərdə tutulmuşdur.Qeyd olunan torpaq sahələrinin Dövlət Gömrük Komitəsinə ayrılması məqsədi ilə həmin ərazidə tikilmiş yaşayış və qeyri-yaşayış sahələrinin mülkiyyətçiləri ilə görüş keçirilmiş və müstəqil ekspert tərəfindən aparılmış qiymətləndirmə onlara təqdim olunmuş, həmçinin, qanunvericiliklə nəzərdə tutulmuş bildirişlər cavabdehlərə ünvanlanmışdır. Həmin ərazilərdə yerləşən tikililərin mülkiyyətçilərinin bir qismi ilə (20 nəfərlə) razılıq əldə edilsə də iddia tələbində adları qeyd olunmuş Muradxan ova Gülnarə Qaflanovna, X22, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X13, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, X14, X5 və Cavabdeh13 ilə razılıq əldə edilməmişdir.Həmçinin, qeyd olunan işin məhkəmə araşdırması və baxışı zamanı cavabdehlərin təqdim etdikləri sənədlərə əsasən sökülməsi tələb olunan tikililərin üzərində cavabdehlərin mülkiyyət hüququnun tanınması müəyyən edilmişdir. Belə olan təqdirdə qeyd olunan iddia ərizəsinin dəyişdirilməsi zərurəti yaranmışdır.İşin mübahisəsiz hallarından görünür ki, cavabdehlərin məhkəmə baxışında təqdim etdikləri sənədlərdən cavabdehlərə məxsus tikililərə mülkiyyət hüququ tanınması müəyyən edilmiş və iddia tələbinin məhkəmə baxışı zamanı iddianın dəyişdirilməsi zərurəti yaranmışdır. Belə olan təqdirdə iddia tələbi “cavabdehlərin şərti olaraq “Zona 1”, “Zona 2” və “Zona 3” adlandırılmış ərazisindəki mülkiyyətlərinə bazar qiymətinə uyğun kompensasiya ödənilməklə həmin əmlaklar üzərində cavabdehlərin mülkiyyət hüquqlarına xitam veriməsi barədə qətnamə qəbul edilsin” olaraq dəyişdirilməlidir.Maddənin məzmunu sadə hüquqi mövcudluq faktı kimi təhlil edildikdə aydın olur ki, vətəndaşın dövlətə münasibətdə hüquqları olduğu kimi vəzifələri də vardır. Hüquqdan istifadənin hüquqdan sui-istifadəyə çevrilməsi isə hüquqi müstəvinin estetikasına ziddir.Hüquq elmi mədəni dəyərə malik, düşüncə müəyyən edən elmdir. Bu düşüncə təbii ki ədalətə xidmət etməlidir. Ədalət isə qütblüdür, ikitərəfli dəyərdir, abstrakt kateqoriyadır. Onun daxilini elə bir məzmunla doldurmaq lazımdır ki, hər iki tərəfə münasibətdə ədalət bərqərar olsun. İşin mübahisəsiz hallarından müəyyən edilir ki, Qusar Rayon İcra Hakimiyyətinin iddia ərizəsi “cavabdehlərin şərti olaraq “Zona 1”, “Zona 2” və “Zona 3” adlandırılmış ərazisindəki mülkiyyətlərinə bazar qiymətinə uyğun kompensasiya ödənilməklə həmin əmlaklar üzərində mülkiyyət hüquqlarına xitam veriməsi barədə qətnamə qəbul edilsin” olaraq dəyişdirilməlidir. Qusar Rayon İcra Hakimiyyətinin rayonun Samur qəsəbəsində yerləşən qanunsuz tikililərin sökülməsinə dair iddia ərizəsi “cavabdehlərin Samur keçid məntəqəsinin yaxınlığında şərti olaraq “Zona 1”, “Zona 2” və “Zona 3” adlandırılmış ərazisindəki obyektlərin mülkiyyətlərinə təqdim olunmuş rəy üzrə bazar qiymətinə uyğun kompensasiya ödənilməklə həmin əmlaklar üzərində mülkiyyət hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilsin” olaraq dəyişdirilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh4 iddia tələbinə qarşı etiraz ərizəsi təqdim edərək iddianı qəbul etmədiyini, iddia ərizəsində sökülməsi mübahisələndirilən 124,30 kv.metr sahəsi olan obyekt onun tərəfindən qanuni əsaslarla tikildiyini, həmin obyektə ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxs tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, qeydiyyat tarixi xx.xx.2023 olan çıxarış verildiyini, obyektin layihəyə uyğunluğu barədə texniki rəy də verildiyini bildirmişdir. Cavabdeh13 iddia tələbinə qarşı etiraz ərizəsi təqdim edərək iddianı qəbul etmədiyini, Qusar rayonun Samur sərhəd buraxılış məntəqəsi ərazisinin yaxınlığında olan 02 hektar 13 iyul 2003-cü il tarixli, J№-0264 KOD 30102018 saylı Torpağa Mülkiyyət Hüququna X31, 2002-ci ildə Samur Bələdiyyəsindən satın aldığı 2,94 hektar torpaq sahə isə, 03may 2006-cı il tarixli, J№-004 KOD 30102018 saylı Torpağa Mülkiyyət Hüququna X31 əsasında mülkiyyətində olduğunu bildirmişdir. Cavabdehlər Cavabdeh7 və Cavabdeh10 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 Ənvər oğlu etiraz ərizəsi təqdim edərək iddianı qəbul etmədiyini, subyektiv hüququnun olmaması səbəbindən verilən iddia rədd edilməli olduğunu,qanunvericiliyin tələblərinə riayət edilməməsini bildirmişdir. Cavabdehlər Cavabdeh8 və Cavabdeh6 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 etiraz ərizəsi təqdim edərək iddianı qəbul etmədiyini, subyektiv hüququnun olmaması səbəbindən verilən iddia rədd edilməli olduğunu,qanunvericiliyin tələblərinə riayət edilməməsini bildirmişdir. Cavabdeh X4 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil3 etiraz ərizəsi təqdim edərək iddianı qəbul etmədiyini, həmin ərazidə yerləşən 0,033 ha torpaq sahəsi X4 faktiki istifadəsində olunduğunu, Qusar rayon İcra Hakimiyyəti başçısının 14 fevral 1996cı il tarixli 60 ,№-li sərəncamı ilə obyekt tikitnisi üçün 100 kv.m torpaq sahəsi ayrıldığını, burada onun tərəfindən tikinti həyata keçirildiyini, Qusar rayon Samur Bələdiyyəsinin sədrinin 12 iyul 2000-ci il tarixli sərəncamı və sonradan imzalanmış alqı- satqı barədə akta əsasən 150 kv.m torpaq sahəsi X11 tərəfindən alındığını, sonradan yenə Qusar rayon Samur Bələdiyyəsinin sədrinin 14 noyabr 2001-ci il tarixli sərəncamı və sonradan imzalanmış alqı-satqı barədə akta əsasən 80 kv.m torpaq sahəsi X11 tərəfindən alındığını, X4 mülkiyyətində faktiki olaraq 330 kv torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən obyekt mövcud olduğunu,iddiaçı Qusar rayon İcra hakimiyyətinin hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququnun mövcud olmadığını bildirmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddiaçı Qusar Rayon İcra Hakimiyyətinin nümayəndəsi izahatında bildimişdir ki, Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli 3378 saylı sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial iqtisadi inkişaf strategiyası” nın Tədbirlər planında “Hədəf turizm bazarları ilə nəqliyyat kommunikasiya əlaqələrinin şaxələnməsi və təkmilləşdirilməsi” tədbirləri nəzərdə tutulan tədbirlər çərçivəsində cavabdehlərə məxsus qanunun tələblərini gözlənilmədən tikilmiş obyektlərin müvafiq qaydada sökülməsi zərurəti yaranmışdır. Həmin ərazidə lazımi sənədlər almadan, tikintiyə müvafiq icazə olmadan tikilmiş bəzi obyektlərin faktiki istifadəçiləri könüllü olaraq obyektlərin layihə çərçivəsində sökülməsinə razılıq verərək obyektlərini sökmüşlər. Lakin, hazırki iş üzrə cavabdehlərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq faktiki istifadəsində olan obyektlərin sökülməsinə razılıq verməmişlər. Qeyd edilən obyektlərlə bağlı icra hakimiyyət bir başa proseslərdə iştirak edən təşkilat kimi onun subyektiv hüququ var ki, iddia qaldırmışlar, Cənab Prezidentin təsdiq etdiyi həmin strategiya çərçivəsində obyektlər sökülməli, yerində layihə çərçivəsində işlər görülməlidir.Qusar RİH-i hesab edir ki, həmin tikililər qanunsuz tikililərdir. İddia ərizəsində qeyd edilən tikililərin layihə çərçivəsində sökülməsini xahiş edir. Qusar RİH qeyd edilən layihə çərçivəsində iştirakçı kimi çıxış etmir, Qusar RİH qanunsuz tikilinin sökülməsini istəyir, Qusar RİH-i olaraq rayonda baş verən hadisələrlə bir başa əlaqəsi olduğu üçün hazırki iddianı qaldırmışlar. Qusar RİH-i həmin strategiyanı əsas tutaraq sökülməsini tələb etmir, həmin tədbirlər çərçivəsində sökülməsini istəyir. Strategiyada təkminləşdirmədən söhbət gedir, köhnə infrastrukturun yenisi ilə əvəz edilməsindən söhbət gedir. Əvvəllər qanunsuz tikililər ilə bağlı vətəndaşlara dəfələrlə müraciət olunmuş bu barədə hər hansı sənəd təqdim edə bilmir. Qanunsuz tikili olması barədə ekspert rəyləri təqdim edə bilmirlər. Həmin torpaq sahələri dövlət mülkiyyətindədir, iddia ərizəsinə əlavə etdikləri sənədlərdən başqa sənədləri yoxdur. Obyektləri sökən şəxslərə icra hakimiyyəti tərəfindən hər hansı ödəniş olunmamışdır. Cavabdehlərin təqdim etdiyi çıxarışların ləğvi ilə bağlı məhkəməyə müraciət etməmişlər. Tikililərin qanunsuz olması ilə bağlı hər hansı təşkilatın rəyi yoxdur. Cavabdehlərin təqdim etdiyi sənədlər çıxarışlar qanunsuz əldə olunmuş sənədlərdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil4 izahatında bildimişdir ki, iddiaçının subyektiv hüququ yoxdur, iddiaçı bu barədə məhkəməyə hər hansı sənəd təqdim edə bilmir. Cavabdehlərə məxsus tikililərin qanunsuz tikililər olması barədə məhkəməyə hər hansı sübut təqdim edilməyib. Həmin torpaq sahəsinə və tikiliyə dair texniki pasport, arxiv sənədləri var. Qeyd edilən obyektlə bağlı çıxarışın alınması üçün müraciət olunmamışdır, 30 ildir ki, cavabdeh həmin kafeni işlədib vergi vermişdir.Həmin obyektin Cavabdeh1 məxsus olması Qusar rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli məktub, 396 nömrəli Samur bələdiyyəsinin sədrin Cavabdeh1 torpaq sahəsinin satılmasına etiraz etməməsi barədə məktub, 04 nömrəli 12 iyul 2000-ci il tarixli Cavabdeh1 torpaq sahəsinin satılması barədə məktub, torpaq sahəsinin seçilməsindən ötrü 23 iyun 2000-ci il tarixli akt, Qusar rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli məktub, 29 dekabr 2000-ci il tarixli Cavabdeh1 torpaq sahəsinin satılması barədə 17 nömrəli sərəncam, akt, torpaq sahəsinin plan sxemin və texniki pasport ilə təsdiq olunur. Cavabdeh1 800.0000 manat tələb edir, həmin məbləğin yarısı verildiyi təqdirdə müdafiəçi olaraq onu razı sala bilər. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Cavabdeh4 izahatında bildimişdir ki, həmin obyektə məxsus çıxarışı var. Həmin obyektin təmir edilməsi üçün onda 524.000 min manat xərcləyib. Həmin obyektin ona məxsus olması qeydiyyat nömrəsi ********** olan qeydiyyat tarixi xx.xx.2023 olan çıxarışla təsdiq olunur. O, hər hansı məbləğ verilməsindən asılı olmayaraq obyektin sökülməsinə razı deyil. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Cavabdeh5 izahatında bildimişdirki,həmin obyektə aid onun çıxarışı var.Həmin obyektin ona məxsus olması qeydiyyat nömrəsi ********** olan qeydiyyat tarixi xx.xx.2020 olan çıxarışla təsdiq olunur. Kvadratına 3000 manat pul hesablanıb verildiyi halda obyektin sökülməsinə razıdır. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında cavabdeh X13 izahatında bildimişdir ki, həmin obyektin ona məxsus olması XDS-nin 30 may 1995-ci il tarixli 53/21 nömrəli qərarı ilə təsdiq olunur, həmin obyektin texniki pasportu var. Lazım bilmədiyi üçün həmin obyektə çıxarış alınması ilə bağlı müraciət etməmişdir. 170.000 manat verildiyi təqdirdə obyektin sökülməsinə razıdır. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Cavabdeh7 izahatında bildimişdir ki, həmin obyektin ona məxsus olması qeydiyyat nömrəsi ********** olan qeydiyyat tarixi xx.xx.2021 olan çıxarışla təsdiq olunur. Onun obyektini xəbəri olmadan sökmüşlər, hər hansı məbləğ verilməsindən asılı olmayaraq obyektin sökülməsinə razı deyil. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Cavabdeh8 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 izahatında bildimişdir ki, həmin obyektin Cavabdeh8 məxsus olması qeydiyyat nömrəsi **********7 olan qeydiyyat tarixi xx.xx.2012 olan çıxarışla təsdiq olunur. Hər hansı məbləğ verilməsindən asılı olmayaraq obyektin sökülməsinə razı deyil. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Cavabdeh9 izahatında bildimişdir ki, həmin obyektin ona məxsus olması reyestr nömrəsi **********38-06301 olan qeydiyyat nömrəsi ********* olan qeydiyyat tarixi xx.xx.2006 olan çıxarışla təsdiq olunur. 400.000 manat verildiyi təqdirdə obyektin sökülməsinə razıdır. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Cavabdeh10 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 izahatında bildimişdir ki, həmin obyektin Cavabdeh10 məxsus olması qeydiyyat nömrəsi ********** olan qeydiyyat tarixi xx.xx.2021 olan çıxarışla təsdiq olunur. Həmin obyekt dövlət ehtiyacları üçün sökülürsə cavabdeh ağlabatan kompensasiya verildiyi təqdirdə razı olar . xx.xx.2024-cü il tarixli məhkəmə iclasında cavabdeh X14 izahatında bildimişdir ki, həmin obyektin ona məxsus olması reyestr nömrəsi ********** olan qeydiyyat tarixi xx.xx.2011 olan çıxarışla təsdiq olunur. 210.000 manat verildiyi təqdirdə obyektin sökülməsinə razıdır. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Cavabdeh12 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil3 izahatında bildimişdir ki, həmin obyektin Cavabdeh12 məxsus olması Qusar rayon Samur bələdiyyəsinin 14 noyabr 2001-ci il tarixli 22 nömrəli sərəncamı, torpaq sahəsinin plan ölçüsü, Qusar rayon Samur bələdiyyəsinin 07 nömrəli 12 iyul 2000-ci il tarixli sərəncamı, torpaq sahəsinin plan ölçüsü, torpaqların alqısatqısına dair akt və 1997-ci ilin fevral ayında verilmiş texniki pasportla təsdiq olunur. Hər hansı məbləğ verilməsindən asılı olmayaraq obyektin sökülməsinə razı deyil. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Cavabdeh13 izahatında bildimişdir ki, ona Qusar rayon Samur bələdiyyəsinin 29 avqust 2002-ci il tarixli 09 saylı qərarı ilə Samur bələdiyyəsinin ərazisindən sahibkarlıq məqsədi ilə 0,94 hektar torpaq sahəsi satılıb, onun adına JN0004 KOD 30102018 olan torpağa mülkiyyət hüququna X31 verilib. Bundan əlavə ona Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında DƏK-nin 05 mart 2002-ci il tarixli 001341 nömrəli şəhadətnamə ilə Samur bələdiyyəsinin ərazisindən sahibkarlıq məqsədi ilə 2.00 hektar torpaq sahəsi satılıb, onun adına JN0264 KOD 30102018 olan torpağa mülkiyyət hüququna X31 verilib. Hər hansı məbləğ verilməsindən asılı olmayaraq obyektin sökülməsinə razı deyil. Sonuncu məhkəmə iclasında iddiaçı Qusar Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə iddianı müdafiə etmiş, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonuncu məhkəmə iclasında Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil4, Cavabdeh5, cavabdeh X14, Cavabdeh12 etibarnamə üzrə nümayəndəsi X24, Cavabdeh13 iddianı qəbul etməmişlər və iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Cavabdehlər Cavabdeh4, X9, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmələrinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş,gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Cavabdeh X7 və Cavabdeh8 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2,Cavabdeh12 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil3,Cavabdeh10 və Cavabdeh7 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını və iddianın rədd edilməsini xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan ******* saylı xx.xx.2012-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qusar rayonu Samur qəsəbəsin ərazisində yerləşən iaşə təyinatlı, ümumi sahəsi 296.8 kv.metr olan 0.0395 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli yeməkxana mülkiyyət növü “Dövlət”, hüququn növü “İstifadədə” olmaqla Cavabdeh8 sahibliyindədir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qusar rayonu Samur qəsəbəsin ərazisində yerləşən ümumi sahəsi 257.8 kv.metr olan 0.025720 ha torpaq sahəsində yerləşən qeyri yaşayış binası mülkiyyət növü “Dövlət”, hüququn növü “İstifadədə” olmaqla Cavabdeh7 sahibliyindədir. İşdə olan 14 noyabr 2001-ci il tarixli Qusar rayon Samur Bələdiyyəsinin sərəncamının surətindən görünür ki, Qusar rayon Samur Bələdiyyəsinin 14 noyabr 2001ci il tarixli 22 saylı yığınacaq protokolunun qərarına əsasən X2 ona məxsus kafesinin ətrafını genişləndirmək məqsədilə 80 kv.metr torpaq sahəsinin satıması qərara alınmışdır. İşdə olan torpaqların alqı-satqısı müqaviləsinin surətindən görünür ki, X2 Qusar rayon Samur Bələdiyyəsinin 22 saylı qərarına əsasən Qusar rayon Samur qəsəbəsi ərazisindən 80 kv.metr sahəsi olan torpaq sahəsi satılmışdır. İşdə olan 12 iyul 2000-ci il tarixli Qusar rayon Bələdiyyəsinin qərarının surətindən görünür ki, X2 məxsus 150 kv.metr torpaq sahəsi satılması qərara alınmışdır. İşdə olan torpaqların alqı-satqısı müqaviləsinin surətindən görünür ki, X2 Qusar rayon Samur Bələdiyyəsinin 30 iyun 2000-ci il tarixli 08 saylı qərarına əsasən Qusar rayon Samur qəsəbəsi ərazisindən 150kv.metr sahəsi olan torpaq sahəsi satılmışdır. İşdə olan 14 fevral 1996-cı il tarixli Qusar rayon İcra Hakimiyyəti başçısının 60 saylı qərarının surətindən görünür ki, Samur qəsəbə sakini X2 çayçı binasının tikintisi üçün Samur Savxozunun ərazisində Bakı-Dərbənd magistral yolundan 30 metr aralıda bazar üçün ayrılmış ərazinin yanında boş qalan kənd təsərrüfatına yararsız yerdən 100 kv.metr torpaq sahəsi ayrılması qərara alınmışdır. İşdə olan 30 may 1995-ci il tarixli 53/21 saylı Qusar rayon Xalq deputatları sovetinin rəyasət heyyətinin qərarının surətindən görünür ki, Samur qəsəbə sakini X12 ictimai iaşə obyekti və komersiya mağaza binasının tikintisi üçün Samur savxozunun ərazisindən Bakı-Rostov yolunun sağ tərəfində gömrük məntəqəsinin yanında boş qalan yerdən 100 kv.metr torpaq sahəsi ayrılması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qusar rayonu Samur qəsəbəsin ərazisində yerləşən ümumi sahəsi 124.30 kv.metr olan 0.034 ha torpaq sahəsində yerləşən qeyri yaşayış binası mülkiyyət növü “Dövlət”, hüququn növü “İstifadədə” olmaqla X1. İşdə olan 30 iyun 2000-ci il tarixli Qusar rayon Samur Bələdiyyəsinin torpaq sahəsinin seçilməsindən ötrü aktının surətindən görünür ki, Qusar rayonu Samur qəsəbə ərazisindən Bakı-Rostov yolunun sağ tərəfində, 10 X 15 metr ölçülərində, cəmi 150 kv.metr torpaq sahəsi Qusar rayonu Samur qəsəbə sakini Cavabdeh1 Qaflan qızına ictimai iaşə obuektinin tikilməsi üçün satılması məqsədəmüvafiq görülmüşdür. İşdə olan 12 iyul 2000-ci il tarixli 07 saylı Qusar rayon Samur Bələdiyyəsinin qərarının surətindən görünür ki, Qusar rayon Samur Bələdiyyəsinin 30 iyun 2000-ciu il tarixli 03 saylı yığıncaq protokolun qərarına əsasən vətəndaş Cavabdeh1 Qaflan qızına Samur bələdiyyəsi ərazisindən ictimai iaşə və ticarət obyekti tikmək məqsədilə Bakı- Rostov magistral yolu kənarından 150 kv.metr torpaq sahəsi satılmışdır. İşdə olan torpaqların alqı-satqısı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 Qaflan qızına Qusar rayon Samur Bələdiyyəsinin 14 saylı qərarına əsasən Qusar rayon Samur qəsəbəsi ərazisindən 0.015 ha torpaq sahəsi satılmışdır. İşdə olan JN:0264 KOD 30102018 saylı torpağa mülkiyyət hüququna X31nın surətindən görünür ki, Qusar rayon Samur qəsəbə sakini Cavabdeh13 Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında DƏK-nin 05 mart 2002-ci il tarixli 001341 nömrəli şəhadətnaməsi ilə satılmış 2 ha sahibkarlıq fəaliyyəti məqsədi üçün satılmışdır. İşdə olan JN:0004 KOD 30102018 saylı torpağa mülkiyyət hüququna X31nın surətindən görünür ki, Qusar rayon Samur Bələdiyyəsinin 29 avqust 2002-ci il tarixli 09 saylı qərarı ilə 0.94 ha sahibkarlıq fəaliyyəti məqsədi üçün Cavabdeh13satılmışdır. İşdə olan 001341 saylı dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh13, X8, X15, X3 və XeyirbəyovElhad İsam oğluna Qusar rayonu, Samur qəsəbəsində yerləşən “Samur” üzüm ümalı məntəqəsi otuz beş milyon qırx səkkiz min üç yüz manata satılmışdır. İş materiallarında olan ******* saylı xx.xx.2011-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qusar rayonu Samur qəsəbəsin ərazisində yerləşən ticarət təyinatlı, ümumi sahəsi 73.4 kv.metr olan 0.01 ha torpaq sahəsində yerləşən 1 mağazaCavabdeh11 xüsusi mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qusar rayonu Samur qəsəbəsin ərazisində yerləşən, ümumi sahəsi 324.4 kv.metr olan 0.0352 ha torpaq sahəsində yerləşən qeyri yaşayış binası mülkiyyət növü “Dövlət”, hüququn növü “İstifadədə” olmaqla Cavabdeh10 sahibliyindədir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qusar rayonu Samur qəsəbəsin ərazisində yerləşən, ümumi sahəsi 125.8 kv.metr olan 0.01446 ha torpaq sahəsində yerləşən qeyri yaşayış binası mülkiyyət növü “Dövlət”, hüququn növü “İstifadədə” olmaqla Cavabdeh5 sahibliyindədir. İş materiallarında olan Seriya MH ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qusar rayonu Samur qəsəbəsin ərazisində yerləşən, ümumi sahəsi 151.1kv.metr olan 0.01622 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli qeyri yaşayış binası tam mülkiyyət hüququ üzrə Cavabdeh9 mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndnə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokolun 1-ci maddəsinə (Mülkiyyətin müdafiəsi) əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair»30 iyul 2008-ci il tarixli qərarı: Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz Məhkəmə hesab edir ki, hazırkı mərhələdə iddiaçının subyektiv hüququnun olmaması səbəbindən verilən iddia tələbi rədd edilməlidir. Məhkəmə öz mövqeyini aşağıdakı kimi əsaslandırır. İddiaçı hazırkı məhkəmə baxışının predmeti olan iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. İddia tələbində göstərilən əmlakların, iddiaçının mülkiyyətində olmasını, mülkiyyət hüquqlarının mövcudluğu sübut olunmur. İş materiallarında olan və iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş, eləcədə cavabdehlər tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki,iddiaçı bu ünvana mülkiyyət hüququ olduğunu sübut etmir. Mülkiyyətçi olmayan şəxsin isə hazırkı iddia tələbində qeyd edilən əmlaklar üzərində mülkiyyət hüquqlarına xitam verilməsi kimi tələbləri məhkəmədə qaldırmaq kimi subyektiv hüququ mövcud deyil. Məhkəmə, mülki işin hallarını araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən mübahisə predmeti olan əmlaka mülkiyyət hüququnun və bu hüquqdan irəli gələrək hazırkı iddianı qaldırmaq hüququnun mövcudluğunu sübuta yetirə bilməmişdir. İddiaçı Qusar Rayon İcra Hakimiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, X9, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, X10, Cavabdeh12 və Cavabdeh13 qarşı kompensasiya ödənilməklə əmlakların hüquqlarına xitam verilməsinə dair iddiası təmin edilməməlidir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Qusar Rayon İcra Hakimiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, X9, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, X10, Cavabdeh12 və Cavabdeh13 qarşı kompensasiya ödənilməklə əmlakların hüquqlarına xitam verilməsinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-102/2025
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-102/2025
25.02.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver