Məhkəmə qərarları › İş №2(029)-1023/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-1023/2025

06.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-1023/2025 06.01.2026 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi və Maraqlı şəxs1 iştirakları ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Quliyeva (Şahnəzərova) Lətafət Balaverdi qızına, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X11ə qarşı “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Quliyeva (Şahnəzərova) Lətafət Balaverdi qızına, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X11ə qarşı “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “Maraqlı şəxs1”nun, “X2”ın, “Maraqlı şəxs3 qızfi”nın, “Maraqlı şəxs4”nun, “X10”nun adlarına verilmiş JN-116 KOD 30123048 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının ona, yəni Ərizəçi və digər mülkiyyətçilər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 məxsus olması faktının müəyyənləşdirilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Qusar rayonunda torpaq islahatları keçirilərkən Qusar rayonunun Yuxarı Ləgər kəndi ərazisindən ona, yəni Ərizəçi, maraqlı şəxslər Maraqlı şəxs1, Quliyeva (Şahnəzərova) Lətafət Balaverdi qızına, Maraqlı şəxs3 və Maraqlı şəxs4 3,38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə onların mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş 10 iyul 2000-ci il tarixli, JN-116 KOD 30123048 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə təsdiq edilir. Həmin Şəhadətnamədə onun, yəni Ərizəçi adı səhvən “Tural”, maraqlı şəxs Quliyeva (Şahnəzərova) Lətafət Balaverdi qızının soyadı səhvən “Şahnəzərova” qeyd edilmişdir. İş üzrə digər maraqlı şəxslər Maraqlı şəxs3 və Maraqlı şəxs4 soyadları, adları və ata adları həmin Dövlət Aktında düzgün qeyd edilmişdir. Maraqlı şəxs Quliyeva (Şahnəzərova) Lətafət Balaverdi qızı 30 oktyabr 1988-ci il tarixdə Maraqlı şəxs1 ilə rəsmi nikaha daxil olmuş və “Quliyeva” soyadını qəbul etmişdir. Şəxsiyyətlərini təsdiq edən bütün sənədlərdə onun, yəni Ərizəçi adı “Turan”, maraqlı şəxs Quliyeva (Şahnəzərova) Lətafət Balaverdi qızının soyadı “Quliyeva”qeyd edilmişdir. Əslində 10 iyul 2000-ci il tarixli, JN-116 KOD 30123048 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında də onların adları və soyadları şəxsiyyətləri təsdiq edən sənədlərə uyğun qeyd edilməli idi. O, həmin Dövlət Aktındakı torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən müvafiq sənədlərin alınması üçün maraqlı şəxs DƏDKR PHŞ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Lakin JN-116 KOD 30123048 saylı Dövlət Aktında onun, yəni Ərizəçi adı səhvən “Tural”, maraqlı şəxs Quliyeva (Şahnəzərova) Lətafət Balaverdi qızının soyadı səhvən “Şahnəzərova” qeyd edildiyi üçün DƏDKR PHŞ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi ona həmin sənədləri verməkdən imtina etmişdir. Ona görə həmin Dövlət Aktının ona, yəni Ərizəçi və digər mülkiyyətçilərə məxsus olması faktı müəyyən olunmalıdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etmiş, ərizədəki xüsusatları təsdiq etmiş və ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkmə iclasında Maraqlı şəxs1 iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxslər maraqlı şəxslər Quliyeva (Şahnəzərova) Lətafət Balaverdi qızına, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X11ə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq həmin şəxslər və idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmamalıdır. Belə ki, işdə olan KOD 30113048 JN-116 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli 11/9 saylı qərarı ilə Qusar rayonu Yuxarı Ləyər kəndində yerləşən 3.38 ha torpaq sahəsi Maraqlı şəxs1, X1, Maraqlı şəxs3, Maraqlı şəxs4 və X7 xüsusi mülkiyyətlərinə verilmişdir. İşdə olan Qusar rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(029)-559/2022 saylı Qətnaməsindən görünür ki, iddiaçı Maraqlı şəxs1 cavabdehlər X4, Qusar rayon Notariat Ofisinə, üçüncü şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs4, Ərizəçi və Maraqlı şəxs3 qarşı KOD 30123048 JN:116 saylı 02 aprel 2000-ci il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən onun və ailə üzvlərinin mülkiyyətində olan Qusar rayonu Yuxan Ləyər kəndində yerləşən 3.38 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1.77 ha hissəsinə dair cavabdeh X6 ilə onun, həyat yoldaşının və övladı Maraqlı şəxs3 arasında bağlandığı qeyd olunan 30 oktyabr 2004-cü il tarixli 4ə-7-904 revestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbi rədd edilməsi qət edilmişdir. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-233/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Maraqlı şəxs1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməsi, Qusar rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(029)- 559/2022 saylı Qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli 2(102)-3833/2023 saylı Ali Məhkəmənin Mülki Kollegiyasının qərarından görünür ki, Kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-233/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşdə olan 3-21-3-34/2-14949/2025 saylı 23 oktyabr 2025-ci il tarixli DƏDKR X11 5 saylı Əraazi İdarəsindən verilmiş məlumatdan görünür ki, JN-116 KOD 30123048 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına dair artıq **********71 və **********72 saylı reyestr nömrəli çıxarışlar X3 adına qeydə alınmışdır. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, sözü gedən KOD 30123048 JN:116 saylı 02 aprel 2000-ci il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktı 02 aprel 2000-ci ildə başqa şəxslərə satılmışdır. Bu mübahisəli hal ilə bağlı Qusar rayon Məhkəməsinin icraatında iddiaçı Maraqlı şəxs1 cavabdehlər X4, Qusar rayon Notariat Ofisinə, üçüncü şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs4, Ərizəçi və Maraqlı şəxs3 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə tələbinə” dair mülki iş mövcud olmuş, həmin mülki iş üzrə iddia tələbi 2(029)-559/2022 saylı xx.xx.2022-ci il tarixli Qusar rayon Qətnaməsi ilə təmin edilməmiş, sözü gedən Qusar rayon Məhkəməsinin Qətnaməsindən iddiaçı Maraqlı şəxs1 Apellyasiya şikayəti vermiş, həmin şikayət Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-233/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təmin edilməmiş, Qusar rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(029)- 559/2022 saylı Qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Daha sonra Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-233/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsində kassasiya şikayəti verilmiş və xx.xx.2023-cü il tarixli 2(102)-3833/2023 saylı Ali Məhkəmənin Mülki Kollegiyasının qərarından görünür ki, Kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-233/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Mübahisəli torpaq sahəsinə dair alqı-satqı olduğuna görə, artıq JN-116 KOD 30123048 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı qüvvədən düşmüş hesab edilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş 3-21-3-34/2- 14949/2025 saylı 23 oktyabr 2025-ci il tarixli DƏDKR X11 5 saylı Əraazi İdarəsindən verilmiş məlumatdan göründüyü kimi göstərilən torpaq sahəsinə dair artıq **********71 və **********72 saylı reyestr nömrəli çıxarışlar X3 adına qeydə alınmışdır. Ərizəçinin həmin torpaq sahəsinə mülkiyyət hüququ olmadığından, ərizədə göstərilən hallar təsdiq edilə bilməz və ərizə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Quliyeva (Şahnəzərova) Lətafət Balaverdi qızına, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X11ə qarşı “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar