Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-1025/2021 27.10.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 qızına, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 qızına, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, KOD 30127018 JN-391F saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin ona, yəni Ərizəçi və maraqlı şəxslər Maraqlı şəxs1 qızına, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs4 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, KOD 30127018 JN-391F saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Qusar rayonu Quxur-oba kəndində yerləşən 0.33 ha həyətyanı torpaq sahəsi ona, yəni Ərizəçi və maraqlı şəxslər Maraqlı şəxs1 qızına, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs4 məxsusdur. Bu yaxınlarda onlar həmin torpaq sahəsinə dair mülkiyyət hquqlarını həyata keçirərkən məlum olmuşdur ki, həmin şəhadətnamədə onun mexaniki olaraq adı səhvən “Elmin”, soyadı isə “Əsgərov” qeyd olunmuşdur. Halbuki, onun adı “Emin”, soyadı isə “Əskərov”dur. Həmin səhvə görə isə o, mülkiyyətçi kimi həmin torpağa dair hüququnu həyata keçirə bilmir. Lakin, həqiqətən də həmin torpaq sahəsinin ona və maraqlı şəxslərə məxsus olmasını yaşadığı kənddə hamı təsdiq edə bilər və bu barədə yaşadığı kənd üzrə icra nümayəndəliyi tərəfindən müvafiq arayış da verilmişdir. Hesab edir ki, KOD 30127018 JN-391F saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə onun üçün hüquq müəyyənedici sənəddir. Belə ki, həmin sənəd əsasında o, qanunla müəyyən edilmiş qaydada mülkiyyət hüququnu həyata keçirməlidir. Ona görə də, həmin şəhadətnamənin ona, yəni Ərizəçi və maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 məxsus olması faktı müəyyən olunmalıdır. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, ərizəni müdafiə edir və ərizənin təmin edilməsini xahiş edir. Bundan başqa bildirir ki, o, şəxsi işləri ilə bağlı məhkəmə iclaslarına gələ bilmir. Ona görə də işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxslər Maraqlı şəxs1 qızı, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.4 və 185.6-cı maddələrinə əsasən işə Ərizəçi və maraqlı şəxslər Maraqlı şəxs1 qızının, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4nın, həmçinin DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-391F KOD 30127018 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 2001-ci il tarixli 14/2 nömrəli qərarı ilə Qusar rayonu Quxur oba kəndində yerləşən 0.33 ha torpaq sahəsi “X1”nın, “X3”nın, “X2”nın, “X5”nun və “X6”nun xüsusi mülkiyyətlərinə verilmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 16.06.2021-ci il tarixli **********47 saylı məktubundan görünür ki, DT və XK-si tərəfindən verilmiş JN-391F KOD 30127018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd olunmuş hüquq sahiblərinin ad və soy adlarında yaranmış qanunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Bununla bağlı məhkəməyə müraciət etməyi Ərizəçi tövsiyə olunmuşdur. İşdə olan AZ-İİ 689501 saylı 26.07.2011-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxx 1994-cü il tarixdə Qusar rayonu Quxur oba kəndində anadan olmuşdur. Atası Maraqlı şəxs4 Əskər oğlu, anası Maraqlı şəxs2dır. İşdə olan Qusar RİHB-nın Quxuroba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 20 oktyabr 2016-cı il tarixli 952 saylı arayışdan görünür ki, JN-391F KOD 30127018 saylı dövlət aktında aşağıda qeyd olunmuş vətəndaşların adlarında və soyadlarında səhvən X1, X3, X2, X5 və X7 yazılmışdır. Onların soyadı, adı və atasının adı aşağıda qeyd olunmuş şəxsiyyət vəsiqələrində olduğu kimi Maraqlı şəxs1 qızı, Maraqlı şəxs2, Maraqlı şəxs3, Ərizəçi və Maraqlı şəxs4 oxunmalı və yazılmalıdır. İşdə olan Qusar RİHB-nın Quxuroba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 20 sentyabr 2021-ci il tarixli 632 saylı arayışdan görünür ki, JN-391F KOD 30127018 saylı dövlət aktında qeyd olunmuş vətəndaşlar Maraqlı şəxs1 qızı, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Ərizəçi Qusar rayon Quxuroba kənd sakinləridirlər, hal hazırda həmin kənddə yaşayırlar. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 03.06.2021-ci il tarixli çıxarışdan görünür ki, Maraqlı şəxs4 ilə X4 arasında 10.03.1997-ci il tarixdə Qusar rayonu Quxur-oba kənd İƏN-də 02 saylı akt qeydi ilə nikah bağlanmışdır. Bundan sonra qadına “Əskərova” soyadı verilmişdir. İşdə olan AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1994-cü ildə anadan olmuşdur. İşdə olan Seriya AZE 03******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs1 xx.xx.1952-ci ildə Quba şəhərində anadan olmuş, Qusar rayonu Quxur-oba kəndində qeydiyyatdadır. İşdə olan Seriya AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs2 xx.xx.1972-ci ildə Qusar rayonu Quxur-oba kəndində anadan olmuş, həmin kənddə qeydiyyatdadır. İşdə olan Seriya AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs3 xx.xx.1996-cı ildə Qusar rayonu Quxur-oba kəndində anadan olmuş, həmin kənddə qeydiyyatdadır. İşdə olan Seriya AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs4 xx.xx.1971-ci ildə Qusar rayonu Quxur-oba kəndində anadan olmuş, həmin kənddə qeydiyyatdadır. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən təqdim edilmiş JN-391F KOD 30127018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə həmin şəxs üçün hüquq müəyyənedici sənəddir, belə ki, həmin sənədlər əsasında o, həmin Şəhadətnamədə göstərilən torpaq sahəsinə dair sərəncam hüququnu həyata keçirilməlidir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, JN-391F KOD 30127018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə hüquq sahibləri kimi qeyd olunmuş şəxslər məhz Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Ərizəçidur, lakin həmin Şəhadətnamədə həmin yuxarıda qeyd olunan səhvlərə yol verilmişdir. Bu hal məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə tam təsdiq olunur. Ona görə də, həmin Şəhadətnamənin ərizəçiyə və maraqlı şəxslərə məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələbinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ət etdi : Ərizə təmin edilsin. Qusar rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 2001-ci il tarixli 14/2 saylı qərarı ilə “X9 qızı”nın, “X3”nın, “X2”nın, “X5”nun və “X7”nun adlarına verilmiş JN-391F KOD 30127018 saylı saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi və maraqlı şəxslər Maraqlı şəxs1 qızına, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs4 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №2(029)-1025/2021
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-1025/2021
27.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver