Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-1034/2022 29.12.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi Səfixanova (Piraliyeva) Nurlanə İmran qızının üçüncü şəxslər X7, Sultanova (Piraliyeva) Lyudmila İmran qızına, X25 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi Səfixanova (Piraliyeva) Nurlanə İmran qızı üçüncü şəxslər X7, Sultanova (Piraliyeva) Lyudmila İmran qızına, X25 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X18”nun, “X8”nın, “X16”nın, “X27”nun və “X29”nun, adlarına verilmiş JN-0015 KOD 30118018 saylı torpağa mülkiyyətə hüququna dair Dövlət Aktının ona, yəni ərizəçi Səfixanova (Piraliyeva) Nurlanə İmran qızına və digər mülkiyyətçilər X15, X7, Sultanova (Piraliyeva) Lyudmila İmran qızına, X25 məxsus olması faktının müəyyənləşdirilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi Səfixanova (Piraliyeva) Nurlanə İmran qızı ərizəni onunla əsaslandırmışdır ki, Qusar rayonunda torpaq islahatları keçirilərkən ona və ailə üzvləri X15, X7, Sultanova (Piraliyeva) Lyudmila İmran qızına, X25 Qusar rayonunun Köhnə Xudat kəndi ərazisindən 1,86 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə onların mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN-0015 KOD 30118018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə təsdiq edilir. Torpaq mülkiyyətçilərindən X18 02 sentyabr 2021-ci il tarixdə vəfat etmişdir. O, 17 may 2015-ci il tarixdə X28 ilə rəsmi nikah bağlamış və onun soyadını, “Səfıxanova” soyadını qəbul etmişdir. Üçüncü şəxs Sultanova (Piraliyeva) Lyudmila İmran qızı 21 oktyabr 2005-ci il tarixdə X30 ilə rəsmi nikah bağlamış və onun soyadını, “Sultanova” soyadını qəbul etmişdir. JN-0015 KOD 30118018 saylı Dövlət Aktında onun, yəni ərizəçi Səfıxanova (Piraliyeva) Nurlanə İmran qızının soyadı səhvən “Piraliyev”, adı səhvən “Nurlan”, ata adı isə səhvən “İmran oğlu”, üçüncü şəxs X1 səhvən “Piraliyeva”, ata adı isə səhvən “İmaməddin qızı” qeyd edilmişdir. Şəxsiyyətlərini təsdiq edən bütün sənədlərdə onun soyadı “Səfixanova (Piraliyeva)”, adı “Nurlanə”, ata adı isə “İmran qızı”, üçüncü şəxs X1 “Piraliyeva”, ata adı isə “İmaləddin qızı” qeyd edilmişdir. Əslində JN-0015 KOD 301 18018 saylı Dövlət Aktında da onların soyadları, adları və ata adları şəxsiyyətlərini təsdiq edən sənədlərə uyğun qeyd edilməli idi. Bu yaxınlarda onlar həmin Dövlət Aktında olan torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən müvafiq sənədlərin alınması üçün maraqlı şəxs DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə müraciət etmişlər. Lakin JN-0015 KOD 30118018 saylı Dövlət aktında onun soyadı səhvən “Piraliyev”, adı səhvən “Nurlan”, ata adı isə səhvən “İmran oğlu”, üçüncü şəxs X2 səhvən “Piraliyeva”, ata adı isə səhvən “İmaməddin qızı” qeyd edildiyi üçün DƏDRX-nin 5 saylı Ərazi İdarəsi onlara həmin sənədləri verməkdən imtina etmişdir. Ona görə həmin Dövlət Aktının ona və digər mülkiyyətçilərə məxsus olması faktı müəyyən olunmalıdır. Ərizəçi Səfixanova (Piraliyeva) Nurlanə İmran qızı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, həmin ərizəni müdafiə edir və təmin edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin bildirmişdir ki, şəxsi işləri ilə əlaqədar xx.xx.2022-ci il tarixə saat 11:00-a təyin olunmuş məhkəmə iclasına gələ bilmir, işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxslər X7, Sultanova (Piraliyeva) Lyudmila İmran qızına, X25 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şəxslər və idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4 və 185.6-cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Belə ki, işdə olan KOD 30118018 JN-0015 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 10 may 2000-ci il tarixli 10/8 saylı qərarı ilə Qusar rayonu Köhnə Xudat kəndində yerləşən 1.86 ha torpaq sahəsi X12, X6, X17 və X19 xüsusi mülkiyyətlərinə verilmişdir. İşdə olan AZE ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1989-cu il tarixdə Qusar rayonun Köhnə Xudat kəndində anadan olmuşdur. İşdə olan AZE 18490648 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.1966-cı il tarixdə Qusar rayonun Köhnə Xudat kəndində anadan olmuşdur. İşdə olan AZE 13342460 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X20 xx.xx.1987-ci il tarixdə Qusar rayonun Köhnə Xudat kəndində anadan olmuşdur. İşdə olan AZE 15229331 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X29 xx.xx.1990-cı il tarixdə Qusar rayonun Köhnə Xudat kəndində anadan olmuşdur. İşdə olan AZ-İİ 190371 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 02 sentyabr 2021-ci il tarixdə Quba şəhərində ölmüşdür. İşdə olan AZ-İ 192654 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X30 ilə X10 nikahları Qusar RİHB-nın Köhnə Xudat kənd İƏN-də 21 oktyabr 2005-ci il tarixdə 24 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Bundan sonar qadın “Sultanova” soyadını qəbul etmişdir. İşdə olan AZ-İİ 047954 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X28 ilə X13 nikahları Qusar rayon Qeydiyyat şöbəsində 07 may 2015-ci il tarixdə 68 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Bundan sonar qadın “Səfixanova” soyadını qəbul etmişdir. İşdə olan Qusar RİHB-nın Köhnə Xudat kənd İƏD üzrə nümayəndəlindən verilmiş xx.xx.2022-ci il tarixli 359 saylı arayışdan görünür ki,JN-0015 nömrəli torpağa mülkiyyət hüququna dair aktında Pirəliyev İmran oğlunun soyadı və atasının adı səhvən Piraliyev Qayibəli, X2 və atasının adı səhvən X23, X3 səhvən adı Piraliyeva Ərizəçi soyadı, adı və atasının adı səhvən X29 yazılmışdır. Əslində şəxsiyyətini təsdiq edən sənəddə X18, X11, X20 və Ərizəçi yazılmışdır və oxunmalıdır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 11 oktyabr 2022-ci il tarixli **********07 saylı məktubdan görünür ki, ləğv edilmiş DT və XK-si Qusar rayon şöbəsi tərəfindən verilmiş torpağa mülkiyyət hüququna dair JN-0015 KOD 30118018 nömrəli Dövlət Aktında qeyd olunmuş hüquq sahiblərinin ad və soy adlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Bununla bağlı məhkəməyə müraciət etməsi X25 tövsiyə olunmuşdur. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən təqdim edilmiş JN-0015 KOD 30118018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı həmin şəxs üçün hüquq müəyyənedici sənəddir, belə ki, həmin sənəd əsasında o, həmin Dövlət Aktında göstərilən torpaq sahəsinə dair sərəncam hüquqlarını həyata keçirilməlidir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, Dövlət Torpaq və Xəritəçəkmə və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN-0015 KOD 30118018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktında hüquq sahibləri kimi qeyd olunmuş şəxslər məhz X21 və digər mülkiyyətçilər X18, X9, X16 və X26r, həmin Dövlət Aktında həmin yuxarıda qeyd olunan səhvlərə yol verilmişdir. Bu hal məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə tam təsdiq olunur. Ona görə də, həmin dövlət aktının Səfixanova (Piraliyeva) Nurlanə İmran qızına və digər mülkiyyətçilər X15, X7, Sultanova (Piraliyeva) Lyudmila İmran qızına, X25 məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçi öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. Dövlət Torpaq və Xəritəçəkmə və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X18”nun, “X8”nın, “X16”nın, “X27”nun və “X29”nun, adlarına verilmiş JN-0015 KOD 30118018 saylı torpağa mülkiyyətə hüququna dair Dövlət Aktının ona, yəni ərizəçi Səfixanova (Piraliyeva) Nurlanə İmran qızına və digər mülkiyyətçilər X15, X7, Sultanova (Piraliyeva) Lyudmila İmran qızına, X25 məxsus olması faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-1034/2022
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-1034/2022
29.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver