Məhkəmə qərarları › İş №2(029)-1043/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-1043/2025

12.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-1043/2025 12.01.2026 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi maraqlı şəxs Qusar bələdiyyəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi maraqlı şəxs Qusar bələdiyyəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, “X6”na fərdi yaşayış evinin tikintisi üçün 800 kv.metr torpaq sahəsinin satılmasına dair Qusar Bələdiyyəsinin 25 yanvar 2006-cı il tarixli, 14/4-39 saylı qərarının və həmin torpaq sahəsinin “X6”na yerində təhkim edilməsinə dair 24 fevral 2006-cı il tarixli torpaqların alqısatqısına dair Aktın ona, yəni ərizəçi X4 məxsus olması faktının müəyyənləşdirilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Qusar Bələdiyyəsinin 25 yanvar 2006-cı il tarixli, 14/4-39 saylı qərarına əsasən ona Qusar şəhərinin Yeni yaşayış massivinin 8-ci paralel küçəsindən fərdi yaşayış evinin tikintisi üçün 800 kv.metr torpaq sahəsi satılmışdır. Həmin torpaq sahəsi 24 fevral 2006-cı il tarixli torpaqların alqı-satqısına dair Akta əsasən ona yerində təhkim edilmişdir. Qusar Bələdiyyəsinin 25 yanvar 2006-cı il tarixli, 14/4-39 saylı qərarında və 24 fevral 2006-cı il tarixli torpaqların alqı-satqısına dair Aktda onun, yəni ərizəçi X1 adı səhvən “Şafik” qeyd edilmişdir. Şəxsiyyətini təsdiq edən bütün sənədlərdə onun adı “Safik” qeyd edilmişdir. X3 25 yanvar 2006-cı il tarixli, 14/4-39 saylı qərarında və 24 fevral 2006-cı il tarixli torpaqların alqı-satqısına dair Aktda da onun adı şəxsiyyətini təsdiq edən sənədlərə uyğun qeyd edilməli idi. 29 avqust 2025-ci il tarixdə o, Qusar Bələdiyyəsinin 25 yanvar 2006-cı il tarixli, 14/4-39 saylı qərarında və 24 fevral 2006-cı il tarixli torpaqların alqı-satqısına dair Aktda yol verilmiş səhvlərin aradan qaldırılması üçün Qusar Bələdiyyəsinə müraciət etmişdir. X8 02 sentyabr 2025-ci il tarixli məktubla ona cavab verərək həmin sənədlərdə, yəni Qusar Bələdiyyəsinin 25 yanvar 2006-cı il tarixli, 14/4-39 saylı qərarında və 24 fevral 2006-cı il tarixli torpaqların alqı-satqısına dair Aktda yol verilmiş səhvlərin aradan qaldırılmasının onların səlahiyyətində olmamasını bildirmiş, ona bu barədə məhkəməyə müraciət etməyini tövsiyə etmişdir. Ona görə Qusar Bələdiyyəsinin 25 yanvar 2006-cı il tarixli, 14/4-39 saylı qərarının və 24 fevral 2006-cı il tarixli torpaqların alqı-satqısına dair Aktın ona, yəni ərizəçi X4 məxsus olması faktı müəyyən olunmalıdır. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Ərizəçi ərizəsində göstərilənləri müdafiə etdiyini bildirmişdir. Ərizəçi X4 xx.xx.2026-cı il tarixli məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişlər ki, o, ərizəni müdafiə edir. Həmçinin bildirmişdir ki, şəxsi işləri ilə əlaqədar məhkəmə iclaslarına gələ bilmir, işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxslər Qusar bələdiyyəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin bələdiyyənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4 və 185.6cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Belə ki, işdə olan 25 yanvar 2006-cı il tarixli 14/4-39 saylı Qusar Bələdiyyəsinin qərarının surətindən görünür ki, X5 Qusar şəhərinin baş planına uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün şəhərin Yeni yaşayış massivinin 8-ci paralel küçəsində 800,0 kv. metr torpaq sahəsi 272(800,0 m2 X 34 qəpik) manata satılması qərara alınmışdır. İşdə olan 24 fevral 2006-cı il tarixli torpaqların alqı-satqısına dair aktın surətindən görünür ki, fərdi yaşayış evinin tikintisi üçün 8-ci paralel küçəsindən, bələdiyyə ərazisində 0.08 ha torpaq sahəsinin satılması barədə 2006-cı il 25 yanvar tarixli 14/4-39 nömrəli qərar qəbul edilmişdir.Bunun müqabilində X7 tərəfindən Qusar rayon Bələdiyyəsi Bankının xəzinəsinə əvvəlcədən 272 manat haqq ödənilmişdir. İşdə olan AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1967-ci il tarixdə Böyük Muruq kəndində anadan olmuşdur. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən təqdim edilmiş Maraqlı şəxs 25 yanvar 2006-cı il tarixli 14/4-39 saylı qərarı və 24 fevral 2006-cı il tarixdə qeydiyyata alınmış torpaqların alqı-satqısına dair akt həmin şəxs üçün hüquq müəyyənedici sənəddir, belə ki, həmin sənədlər əsasında o, göstərilən torpaq sahəsinə dair sərəncam hüquqlarını həyata keçirilməlidir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, X2 adına verilmiş Qusar rayonu sabiq Əvəcuq bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 18 saylı qərarı və 11 dekabr 2006-cı il tarixdə 1311 nömrə ilə qeydiyyata alınmış torpaqların alqı-satqısına dair aktı Ərizəçi məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçilər öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : Ərizə təmin edilsin. “X6”na fərdi yaşayış evinin tikintisi üçün 800 kv.metr torpaq sahəsinin satılmasına dair Qusar Bələdiyyəsinin 25 yanvar 2006-cı il tarixli, 14/4-39 saylı qərarının və həmin torpaq sahəsinin “X6”na yerində təhkim edilməsinə dair 24 fevral 2006-cı il tarixli torpaqların alqı-satqısına dair Aktın Ərizəçi məxsus olması faktının müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar