Məhkəmə qərarları › İş №2(029)-1044/2020

Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-1044/2020

24.12.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-1044/2020 24.12.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı Cavabdeh və üçüncü şəxs Qusar rayon Notariat Ofisinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh və üçüncü şəxs Qusar rayon Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin olunmasına, Qusar rayonunun Balaqusar kəndi ərazisində yerləşən 0.1685 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin satılmasına dair xx xxxx 2020-ci il tarixdə Qusar rayonunun Notariat Ofisi tərəfindən bağlanılmış AN-İ № ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək, onun Cavabdeh və üçüncü şəxs Qusar rayon Notariat Ofisinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı, onun nümayəndəsi və vəkili X2, Cavabdeh və üçüncü şəxs Qusar rayon Notariat Ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İddiaçı, onun nümayəndəsi və vəkili X1, Cavabdeh və üçüncü şəxs Qusar rayon Notariat Ofisinin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının məhkəməyə göndərdiyi ərizəni nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh və üçüncü şəxs Qusar rayon Notariat Ofisinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 260, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh və üçüncü şəxs Qusar rayon Notariat Ofisinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardadı çıxarmış məhkəməyə verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar