Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-105/2024 18.01.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı X3 və cavabdehlər Cavabdeh1, Cavabdeh2 Həsrətəli qızının, Cavabdeh3 iştirakları ilə, İddiaçı X3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 Həsrətəli qızına, Cavabdeh3 və Cavabdeh4 qarşı “mülkiyyətə edilən qəsdə son qoyulması, yaşayış evindən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X7 cavabdehlər Cavabdeh1, Cavabdeh2 Həsrətəli qızına, Cavabdeh3 və Cavabdeh4 qarşı “mülkiyyətə edilən qəsdə son qoyulması, yaşayış evindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Həsrətəli qızına, Cavabdeh3 və Cavabdeh4 ümumilikdə 6000 manat məbləğində kompensasiya verilməklə onların ona məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi, həmin şəxslərin ona məxsus həmin evdən çıxarılmaları barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə ona məxsusdur. Həmin ev əvvəllər anası Roza Qədimovaya məxsus olmuş, sonradan anası həmin evi ona bağışlamış, aralarında 19 avqust 2017-ci il tarixli bağışlama müqaviləsi bağlanmış və həmin müqavilədən əmələ gələn mülkiyyət hüququ Seriya RX ******* saylı xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Cavabdeh1 onun qardaşı, Cavabdeh2 Həsrətəli qızı onun həyat yoldaşı, Ayaz və Cavabdeh4lar isə həmin şəxslərin övladlarıdır. Həmin şəxslər ona məxsus həmin evdə yaşayırlar. Sumqayıt Apellyasiya Məhkəməsinin 14 yanvar 2019-cu il tarixli 2(105)-475/2019 saylı qətnaməsinə əsasən Cavabdeh1, Cavabdeh2 Həsrətəli qızının və Cavabdeh3 ona məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə istifadə hüququları tanınmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2( 102)-4132/2019 saylı Qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin həmin qətnaməsi qüvvədə saxlanılmışdır. Hal-hazırda cavabdehlər Cavabdeh1, Cavabdeh2 Həsrətəli qızı, Cavabdeh3 və Cavabdeh4 onunla yola getmirlər, ona qarşı çoxsaylı iddialar irəli sürməklə onu bezdirib evdən çıxıb getməyini istəyirlər. Artıq uzun müddətdir ki, o, öz evində normal şəkildə yaşaya bilmir, evində heç bir qonaq qəbul edə bilmir, hətta evə onlardan gizli şəkildə gəlib-gedir ki, onunla mübahisə yaratmasınlar. Bununla da, cavabdehlər mütəmadi olaraq onun mülkiyyətçi hüquqlarını kobud şəkildə pozurlar, birgə yaşayış qaydalarına əməl etmirlər. Bu səbəbdən də, o, özünün mülkiyyətində olan fərdi yaşayış evinə dair mülkiyyət hüququnun müdafiə olunması, cavabdehlər tərəfindən mülkiyyətinə edilən qəsdə son qoyulması üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdehlərlə onun arasında yuxarıda göstərilən evdən istifadə hüququna və həmin hüquqa xitam verilməsinə dair hər hansı razılaşma yoxdur, onunla hər hansı razılığa gəlmirlər. O, cavabdehlərə ona məxsus evdən çıxarılmaları üçün ona kompensasiya verilməsinə razıdır. Bu səbəbdən də onlara müvafiq kompensasiya verilməsi yolu ilə onun mülkiyyət hüququ müdafiə olunmaqla cavabdehlərin ona məxsus evə istifadə hüquqlarına xitam verilməli, həmin şəxslər həmin evdən çıxarılmalıdırlar. Ona məxsus fərdi yaşayış evi iki mərtəbəli olmaqla köhnə tikilidir. Evin birinci mərtəbəsində yaşayış sahəsi yoxdur, köməkçi hissələrdən ibarətdir. Evin ikinci mərtəbəsində 4 otaq yerləşir, orada cavabdehlər yaşayırlar, aralarında uzun müddətli mübahisə olduğundan o, ikinci mərtəbədə yaşaya bilmir, məcburən birinci mərtəbəsində olan köməkçi hissələrdə yaşayır. Evin yaşayış sahəsi ümumilikdə 87.2 kv.metr təşkil edir. Ev tam təmirsizdir, döşəmələr, tavanlar, qapılar, pəncərələr uzun müddət əvvəl quraşdırılmış, tam aşınmış vəziyyətdədirlər. Evin hansı şəraitdə olmasını iddia ərizəsinə əlavə etdiyi fotoşəkillərin surətləri ilə aydın şəkildə müşahidə etmək olar. Odur ki, Qusar şəhərində ona məxsus evlərin oxşar şəraiti evin kirayə haqqı təxminən 150-200 manat təşkil edir. Yəni, cavabdehlər ayda 150-200 manat ödəməklə onun evinə oxşar bir evdə indiki şəkildə yaşaya bilərlər. O, mülkiyyətçi kimi cavabdehlərin evdən istifadə hüquqlarına xitam verilməsi və evdən çıxarılmaları üçün kirayədə yaşayacaqları evin 3 il müddətə kirayə haqqını, yəni 6000 manat məbləğində kompensasiya verilməsinə razıdır. Məhkəmə iclasında iddiaçı tərəf məhkəmənin kompensasiyanın məbləğinin artırılması təklif məsələsinə müsbət yanaşaraq kompensasiyanın məbləğini artıraraq 6500 manat məbləğində təklif etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Həsrətəli qızı, Cavabdeh3 və Cavabdeh4 məhkəməyə etiraz ərizəsi göndərərək bildirmişlər ki,onlar iddia ərizəsini qəbul etmirlər. İddiaçının mülkiyyətində olan yaşayış evi Oktayla Aydının anası Roza Qədimovaya məxsus olmuş, Oktay onların xəbəri olmadan, anasının qoca, xəstə, savadsız, olmasından istifadə edərək evi 19 avqust 2017-ci il tarixdə bağışlama müqaviləsi əsasında öz mülkiyyətinə almış və onlar bu barədə mərhum Roza Qədimovanın vəfatından sonra xəbər tutmuşlar. X12 Federasiyasının vətəndaşıdır, ilin çox hissəsini Rusiya Federasiyasında yaşayır. Qusara gələndə Oktay evin ikinci mərtəbəsindəki 3 otaqdan istifadə edir, onlar da evin ikinci mərtəbəsinin 1 otağında yaşayırlar. O, evdə onlar üçün dözülməz şərait yaratmaq məqsədilə onlar özlərinin şəxsi vəsaitləri hesabına aldıqları və illər boyu istifadələrində olan bütün əşyaları (stol, stul, divan, xalça, yorğan döşəklər, 2 ədəd televizor, 2 ədəd kompyuter, kompyuter stolu, paltar yuyan qab-qacaq və s. hər şeyi) evin birinci mərtəbəsinə daşımış, istifadə edə bilmədikləri üçün ikinci mərtəbədə heç nə saxlamamış, ikinci mərtəbənin elektrik, qaz, su xətlərini kəsmişdi, qonşulardan su daşıyırdılar, işıqları, qazı yox idi, onları 2017-ci ildən bu vəziyyətdə yaşamağa məcbur edərək, onlara zülm edib. Evin pis vəziyyətdə olması görünüşü yaratmaq üçün istilik sisteminin müəyyən hissəsini, su kranlarını söküb, evin qapılarının reykalannı, dəstəklərini çıxarıb. İddiaçı, özünə birinci mərtəbədə rahat şərait yaradaraq hər dəfə Rusiya Federasiyasından gələndə şərait yaratdığı birinci mərtəbədə yaşayır. Oktay onlara qarşı həmişə pis davranmış, onlara rahatlıq verməyərək evdən çıxarmağa çalışmışdır. Bu məqsədlə iddiaçı onlara qarşı “mülkiyyətə edilən qəsdə son qoyulması, yaşayış evindən çıxarılma tələbinə dair” iddia ərizəsi ilə Qusar rayon məhkəməsinə müraciət etmişdir. Qusar rayon məhkəməsinin 2(029)-792/2018 saylı 31 avqust 2018-ci il tarixli qətnaməsinə əsasən X3 onlara qarşı “ mülkiyyətə edilən qəsdə son qoyulması, yaşayış evindən çıxarılma tələbinə dair” iddiasının təmin edilməsi, X5 məxsus Qusar şəhəri Əzizbəyov (E.İbrahimova) küçəsi 32 saylı fərdi yaşayış evindən çıxarılmaqlarının, onların X5 və cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Qusar rayon notariat kontoruna, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 sayl ərazi idarəsinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, yaşayış sahəsinə istifadə hüququnun tanınması və evə köçürülməyə dair” qarşılıqlı iddialarının təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-475/2019 saylı 14 yanvar 2019-cu il tarixli qətnaməsi ilə Qusar rayon məhkəməsinin 2(029)-792/2018 saylı 31 avqust 2018-ci il tarixli qətnaməsi ləğv olunaraq ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X3 onlara qarşı mülkiyyətə edilən qəsdə son qoyulması, yaşayış evindən çıxarılma tələbinə dair iddiasının təmin edilməməsi, onların X5 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3cü şəxslər Qusar rayon notariat kontoruna və Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, yaşayış sahəsinə istifadə hüququnun tanınması və evə köçürülmə barədə qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, onların X5 məxsus Qusar şəhəri, E.İbrahimov küçəsindəki 32 saylı evə istifadə hüquqlarının tanınması, Cavabdeh3 həmin evə köçürülməsi, qarşılıqlı iddianın qalan hissəsinin, yəni “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” hissəsinin təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın 2(102)- 4132/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2( 105)-475/2019 saylı 14 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Oktay Qədimov yaşayış sahəsindəki qazdan, sudan, elektrik enerjisindən, mətbəxdən, hamam tualetdən, həyətdən istifadə etməyə maneə törətdiyinə görə iddiaçıya qarşı iddia ərizəsi ilə Qusar rayon məhkəməsinə müraciət etmişlər. Həmin məhkəmənin 2(029)-252/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən yaşadıqları Qusar şəhəri E.İbrahimov küçəsi 32 saylı evdəki kommunal xidmətlərdən (qazdan, sudan, elektrik eneıjisindən), mətbəxdən, hamam- tualetdən, həyətdən istifadə etməklərinə cavabdeh X8 tərəfindən törədilən maneəlrin aradan qaldırılması, onlara qarşı cavabdeh X3 maneə törətməsinə son qoyulması və evin ikinci mərtəbəsinin elektrik xətlərinin bərpa edilməsinin cavabdeh X5 həvalə edilməsi qət edilmişdir. Göründüyü kimi iddiaçı bundan əvvəl onlara qarşı “ mülkiyyətə edilən qəsdə son qoyulması, yaşayış evindən çıxarılma tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-475/2019 saylı 14 yanvar 2019-cu il tarixli qətnaməsi ilə iddiası təmin edilməmişdir. OktaqQədimov iddia tələbinə kompensasiya verməklə cümləsini əiavə edərək eyni məzmunlu ərizə ilə məhkəməyə müraciət etmiş və iddianın hüquqi əsası kimi Mülki Məcəllənin 228.2-ci maddəsinə istinad etmişdir. Həmin maddəyə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “BİLƏR” sözü imperativ norma deyil. Yəni istifadə hüququna xitam verilməyə də bilər. Hesab edirlər ki, Mülki Məcəllənin 228.2-ci maddəsi bizə münasibətdə tətbiq oluna bilməz. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-475/2019 saylı 14 yanvar 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, onlar evin əvvəlki mülkiyyətçisi olmuş X9 ilə ailə münasibətlərində olaraq bu evdə yaşayırlar. İddiaçı ilə aralarında yaşadıqları evdən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı barədə heç bir yazılı razılaşma yoxdur, bu ev onların daimi və yeganə yaşayış yeridir. Cavabdeh1 uzun illərdir ki, “ Kəskin meninqoensefalitkoqnitivfiıiksiyalarm pozulması ilə Mərkəzi sinir sisteminin üzvi xəstəliyi nəticəsində koqnitiv funksiyaların enməsi, Psixolotik pozuntu. Hipertonik angiopatiya (G04.F 07.8.1147) diaqnozu ilə xəstədir, müalicəsi nəticə vermir, sağalmır. Onların yaşamağa başqa yerləri yoxdur. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X7 iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və izahatında göstərmişdir ki, ev hal hazırda çıxarışla onun adınadır. Ev əvvəl onun atasının adına olub. Anası sağlığında bağışlanma müqaviləsi ilə evi ona bağışlamışdır. O, özü Rusiya vətəndaşıdır və tez-tez gəlib getmir, həmin evdə isə cavabdehlər yaşayır. Ev 2 mərtəbəlidir, 1 zal və 4 otaqdan ibarətdir. 2-ci mərtəbədə yaşayış var, 1-ci mərtəbədə isə yaşayış yoxdur, 1-ci mərtəbə texniki hissədir. Hal-hazırda həmin evin kirayə qiyməti 150-200 manat arası dəyişir. Ev köhnədir, evin damının təmir olunması üçün təxminən 10 min manat pul lazımdır. Ev 40 il əvvəl tikilib və əsaslı təmirə ehtiyyacı var. Sözü gedən evin həyətyanı torpaq sahəsi 4 sotdur. Onun cavabdehlərlə birgə yaşayışları mümkün deyil ona görə o, cavabdehlərin evdən çıxarılmasını istəyir. O, 6500 manat kompensasiya verdikdən sonra cavabdehlərin evdən çıxarılmasını tələb edir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməmiş və və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 Həsrətəli qızı iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, ev pis vəziyyətdə deyil. İddiaçı özü evi bu vəziyyətə salıb. Evin şəraiti məhkəmələrdən qabaq yaxşı idi. Ev 2 mərtəbədən ibarətdir. 2-ci mərtəbə 4 otaqdan ibarətdir. Bütün otaqları onlar istifadə etmirlər, onlar 1 otaqdan istifadə edirlər. Qaldıqları otağın şəraiti pisdir, odun sobasından istifadə edirlər. Bu evin aylıq kirayə haqqı nə qədər olduğu bilmir. Evin şəraiti elə də ürəkaçan deyil. Onlar hər hansı məbləğin verilməsindən asılı olmayaraq o evdən çıxmağa razı deyillər. X1 aid torpaq sahəsi Cavabdeh1 adınadır. Aydının adına kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün 70 kv. metr sahəsi olan çay evi var. Hal-hazırda çay evi fəaliyyət göstərmir, torpaq sahəsi və çay evi rəsmi sənədlərlə Aydının adınadır. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməmiş və izahatında bidlrimişdir ki, onlar hər hansı məbləğin verilməsindən asılı olmayaraq o evdən çıxmağa razı deyillər. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh4 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təminedilməlidir. Belə ki, işdə olan xx.xx.2018-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi tam hissədə X6 və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 323.5kv/metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə tam hissədə X5 məxsusdur. İşdə olan 31 avqust 2018-ci il tarixli 2(029)-792/2018 saylı Qusar rayon Məhkəməsinin Qətnaməsinin surətindən görünür ki, ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh QədimovOktay Nazim oğluna məxsus olan Qusar şəhəri Əzizbəyov (E.İbrahimova) küçəsi 32 saylı fərdi yaşayış evindən çıxarılmaları,ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X5 və üçüncü şəxslər Qusar rayon Notariat Kontoruna, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, yaşayış sahəsinə istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair qarşılıqlı iddiaları təmin edilməməsi qət edilmişdir. İşdə olan Sumqayıt Apelyasiya Məhkəməsinin 14 yanvar 2019-cu il tarixli 2(105)- 475/2019 saylı qətnaməsinin surətindən görünür ki, Qusar Rayon Məhkəməsinin 2(029)- 792/2018 saylı, 31 avqust 2018-ci il tarixli qətnaməsinin ləğv olunması, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X4 ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2 Həsrətəli qızına, və Cavabdeh3 qarşı mülkiyyətə edilən qəsdə son qoyulması, yaşayış evindən çıxarılma tələbinə dair iddiası təmin edilməməsi, ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2 Həsrətəli qızının və Cavabdeh3 ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X5 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Qusar rayon Notariat Kontoruna və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, yaşayış sahəsinə istifadə hüququnun tanınması və evə köçürülmə barədə qarşılıqlı iddia tələbi qismən təmin edilməsi, Cavabdeh1, Cavabdeh2 Həsrətəli qızının və Cavabdeh3 QədimovOktay Nazim oğluna məxsus Qusar şəhəri, E.İbrahimov (Əzizbəyov) küçəsindəki 32 saylı evə istifadə hüquqlarının tanınması, Cavabdeh3 Qusar şəhəri, E.İbrahimov (Əzizbəyov) küçəsindəki 32 saylı evə köçürülməsi, qarşılıqlı iddia qalan hissədə təmin edilməməsi, cavabdehlərin apelyasiya şikayəti qismən təmin edilməsini qət etmişdir. İşdə olan 20 iyun 2019-cu il tarixli 2(102)-4132/2019 saylı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qərarının surətindən görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 14 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinin müddəalarına görə, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcələnin 152.2-ci maddəsində göstərilir ki, sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcələnin 152.3-cü maddəsində göstərilir ki, istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcələnin 152.4-cü maddəsində göstərilir ki, sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcələnin 152.5-ci maddəsində göstərilir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Həmin Məcəllənin 153.1-ci maddəsinə əsasən bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə iddia irəli sürmüş şəxs (iddiaçı) yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi olmalı və iddia irəli sürülmüş şəxsin (cavabdehlərin) həmin yaşayış sahəsinə istifadə hüququ olmalıdır. Bu şərtlər mövcud olduqdan sonra isə təklif olunan kompensasiyanın məbləği araşdırılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında qeyd olunur ki, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini aydın göstərməlidir (S.Əliyevanın şikayəti ilə əlaqədar 31 may 2006-cı il tarixli Qərar). Dispozitivlik prinsipinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik adlanan bu prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri gütürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərar). Beləliklə, birinci instansiya məhkəməsi bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən mülkiyyətçinin həmin məbləgin ödənilməsi barədə razılığını nəzərə almalıdır. Bu halda mülkiyyətçi məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş bazar qiymətinə uyğun kompensasiya məbləgi ilə razılaşa və ya razılaşmaya, öz iddiasından imtina edə, yaxud onun iddiası təmin olunmadığı təqdirdə yuxarı instansiya məhkəmələrinə şikayət verə bilər. Bazar qiymətinə uyğun olaraq kompensasiya məbləginin ödənilməsinə dair iddiaçının razılığı nəzərə alınmadan iddianın təmin edilməsi onun məhkəməyə müraciət etməsini əhəmiyyətsiz edər və dispozitiv hüququnu pozmuş olar. Bundan başqa, həmin qərarda qeyd olunur ki, qeyd olunmalıdır ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. «R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2007-ci il tarixli qərarında qeyd olunur ki, «Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Konstitusiya Məhkəməsinin göstərilən qərarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Yəni istifadə hüququnun yaranması səbəbindən (məhkəmə qərarı, müqavilə və s.) asılı olmayaraq, mülkiyyətçi kompensasiya verməklə onun xitamını tələb etmək hüququna malikdir və bu hüquq, qanunda heç bir şərtlə məhdudlaşdırılmayıb. Bu məsələnin həlli istifadəçi və ya məhkəmənin mülahizəsindən asılı deyil və eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuşşərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli qərarında qeyd olunur ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Göründüyü kimi, işin mübahisələndirilməyən faktiki halları ondan ibarətdir ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi xx.xx.2018-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyət hüququ üzrə iddiaçı Oktay Qədimovun adına qeydiyyata alınmışdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Həsrətəli qızının, Cavabdeh3 və Cavabdeh4 həmin evə dair istifadə hüquqları var. Cavabdehlər Cavabdeh1la Cavabdeh2 ər-arvad olmaqla digər cavabdehlər Aydın və Cavabdeh4lar həmin şəxslərin övladıdırlar və cavabdehlər bir ailənin üzvləri kimi iddiaçıya məxsus fərdi yaşayış evində yaşayırlar. İddiaçı mülkiyyətində olan evdə cavabdehlərlə birlikdə yaşamasının mümkünsüz olduğunu bildirərək cavabdehlərə müvafiq kompensasiya verilməsi üsulu ilə mülkiyyət hüququnun müdafiə olunmasını tələb edir. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ vardır və iddianın hüquqi əsası ilə işin faktiki halları uzlaşmaqdadır. Məhkəmə hesab edir ki, istər Azərbaycan Respublikası Konstitusiyasının, istərsə də Mülki Məcəllənin tələbləri baxımından mülkiyyət toxunulmazdır və iddiaçı tərəf öz əmlakına öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquq vardır ki, bu hüquq da dövlət tərəfindən qorunur. Bu isə onu deməyə əsas verir ki, hər bir mülkiyyətçi özünə məxsus olan əmlak üzərində qanunveriliklə müəyyən edilmiş qaydada hüquqlardan istifadə etmək üçün subyektiv hüququn daşıyıcısıdır. Məhkəmə hesab edir ki, qeyd olunan mövqe mübahisənin həllinə təsiri baxımından önəmli olmaqla, kompensasiya institutu ilə uzlaşır. Cavabdeh tərəf isə iddiaçının iddia tələbini qəbul etmir və hər hansı məbləğ verilməsindən asılı olmayaraq hər hansı məbləğ verilməsində asılı olmayraq həmin mənzildən çıxmaq istəmirlər, onlar ümumiyyətlə iddianı qəbul etmir və fərdi yaşayış evində yaşamaq hüquqlarının təmin edilmələrini istəyirlər. Göründüyü kimi hazırkı iş üzrə iddiaçı cavabdehlərlə birlikdə yaşamağın mümkünsüzlüyündə israrlıdır. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçinin və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Konstitusiya Məhkəməsinin mövqeyinə görə kompensasiya məbləği mənzil istifadəçisinin itirdiklərinin ədalətli əvəzi kimi çıxış etməlidir. Belə halda həmin şəxsin məhrum olduğu hüquq qismində mənzilin tərkib hissəsindən istifadə etmək hüququ çıxış etdiyindən, ödənilən kompensasiya məbləği ayrıca mənzilin mülkiyyətə əldə olunmasına deyil, başqa yerdə yaşamaq hüququnun ağlabatan müddət ərzində təmin olunmasına kifayət etməlidir. Yəni, mülkiyyətçinin hesabına istifadəçiyə müəyyən müddət daxilində, başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı, şəraiti yaradılmalıdır. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi, kompensasiya almaq hüququ yaşayış sahəsinin istifadəçisinə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etməyə əsas vermir. Bununla belə, mənzilin mülkiyyətçisi yaşayış sahəsindən istifadə hüququ olan şəxsə (şəxslərə) onun (onların) istifadə hüququna xitam verilməsi üçün elə məbləğdə kompensasiya verməlidir ki, həmin kompensasiya istifadəçiyə (istifadəçilərə) müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona (onlara) xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Tərəflər (mülkiyyətçi və istifadəçi) kompensasiyanın məbləği barədə razılığa gələ bilmədikdə həmin məbləğ məhkəmə tərəfindən müəyyən olunmalıdır. Eyni zamanda məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Nəzərə alınmalıdır ki, mülki qanunvericilikdə mülkiyyətçinin üzərinə istifadə hüququ olan şəxsi daimi olaraq yaşayış sahəsi ilə təmin etmək öhdəliyi qoyulmamışdır. Hətta Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarlarında da bu müddətin nə qədər olması müəyyən edilməmişdir. Eləcə də, mövcud qanunvericilikdə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün istifadəçiyə ödənilməli olan kompensasiyanın məbləğinin həddi barədə hər hansı norma yoxdur. Qanunvericilikdə həmin kompensasiya məbləğinin bazar qiymətləri ilə, yalnız məhkəmə tərəfindən tənzimlənməsi təsbit olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Qeyd olunan qərarda Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Məhkəmə Oktay Qədimovun özünə məxsus ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə dair cavabdehlərin istifadə hüquqlarına 6500 manat məbləğində kompensasiya verilməklə xitam verilməsi və evdən çıxarılmaları barədə dəlillərini müzakirə edərək hesab edir ki, həmin şəxslərin həmin məbləğdə pul müqabilində istifadə hüquqlarına xitam verilməsi onların mənafeyini pozmamaqla davamlı olaraq həmin evə oxşar bir evdə yaşamalarının təmin olunması üçün kifayətdir. Həmçinin, nəzərə alınmalıdır ki, istifadə hüququ olan şəxslərin istifadə hüquqlarına kompensasiya verilməklə xitam verilməsi əmlakın dəyərinə görə müəyyən olunmur və kompensasiya yaşayış sahəsindən istifadə etmək hüququnun xitamının elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin.İddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillərlə müəyyən olunur ki, həmin ev təmirsiz evdir, yaşayış şəraiti aşağı səviyyədədir. Həmin halı Cavabdeh2 da özünün məhkəmə iclasında vermiş olduğu izahatında təsdiq etmişdir. Qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, iddiaçının təklif etdiyi 6500 manat məbləğində kompensasiya müqabilində cavabdehlə bir ailə üzvü olaraq hazırda yaşadıqları evin şəraitinə oxşar şəraitli evdə davamlı olaraq yaşamalarını təmin edə bilərlər. Bundan başqa, Cavabdeh2 həyat yoldaşı Cavabdeh1 adına kommersiya obyektinin (çay evi) və torpaq sahəsinin olduğunu bildirmişdir ki, bu da iddiaçı tərəfindən cavabdehlərə təklif olunan kompensasiya məbləğinin cavabdehlərin istifadə hüquqlarına xitamının ədalətli əvəzləşdirilməsini təmin etdiyinə dəlalət edir. Çünki, Cavabdeh1 özünə məxsus həmin əmlakların hesabına özünü və ailə üzvlərini yaşayış sahəsi ilə təmin etməyə imkanı vardır. Odur ki, məhkəmə iddiaçının təklif etdiyi məbləğdə kompensasiya müqabilində cavabdehlərin istifadə hüquqlarına xitam verilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirməmişdir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli,cavabdehlər Cavabdeh1, Cavabdeh2 Həsrətəli qızına, Cavabdeh3 və Cavabdeh4 ümumilikdə 6500 manat məbləğində kompensasiya verilməklə X5 məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməli, həmin şəxslər iddiaçıya məxsus evdən çıxarılmalıdırlar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Həsrətəli qızına, Cavabdeh3 və Cavabdeh4 ümumilikdə 6500 manat məbləğində kompensasiya verilməklə X5 məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilsin, həmin şəxslər iddiaçıya məxsus evdən çıxarılsınlar. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-105/2024
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-105/2024
18.01.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver