Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-1051/2022 29.11.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Xudaverdiyev Namik Əhməd oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Qusar rayon Dövlət Notariat Kontoruna qarşı “mirasdan məcburi payın qəbul edilməsi üçün buraxılmış müddətin uzadılması, vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və miras əmlakdan məcburi payın müəyyən edilməsi tələbinə” dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Qusar rayon Dövlət Notariat Kontoruna qarşı “mirasdan məcburi payın qəbul edilməsi üçün buraxılmış müddətin uzadılması, vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və miras əmlakdan məcburi payın müəyyən edilməsi tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin məhkəmə hazırlıq iclasında baxılması xx.xx.2022-ci il tarixə təyin edilsə də, tərəflər məhkəmə iclasının keçirilməsinin yeri və vaxtı barədə əvvəlcədən lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. İddiaçı nümayəndəsi və vəkili X1 məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, Qusar Rayon Notariat Ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021 -ci il tarixli, 2V-86№-li vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və bu barədə notariat işinin təsdiq olunmuş surəti sorğusuna əsasən Qusar Rayon Notariat Ofisi tərəfindən təqdim edilmişdir. xx.xx.2022-ci il tarixdə başqa məhkəmə iclasında iştirak etməyi ilə əlaqədar qeyd olunan iş üzrə məhkəmə hazırlıq iclasında iştirak edə bilmir. Həmin vərəsəlik işini məhkəməyə təqdim etməklə mülki işə əlavə edilməsini və məhkəmə hazırlıq iclasının iştirakı olmadan keçirilməklə məhkəmə baxışma təyin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. İddia ərizəsindən isə görünür ki, Cavabdeh2 RF-nın vətəndaşıdır. İş materiallarından görünür ki, Cavabdeh2 qeydiyyat yeri və ya sonuncu yaşayış yeri barədə hər hansı sənədlər əlavə olunmamışdır. Azərbaycan Respublikası adından “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 5-ci bəndində qeyd olunur ki, “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPMnin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Məhkəmə hesab edir ki, cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı) barədə məlumatlar iş materiallarına əlavə edilmədiyindən mülki iş baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikasının MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Hal-hazırda iddiaçı İddiaçı cavabdehlər Cavabdeh2 və Qusar rayon Dövlət Notariat Kontoruna qarşı “mirasdan məcburi payın qəbul edilməsi üçün buraxılmış müddətin uzadılması, vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və miras əmlakdan məcburi payın müəyyən edilməsi tələbinə” dair dair məhkəmədə işə baxılması üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumu qərardad qanuni qüvvəyə mindikdən sonra İddiaçı geri qaytarılmalı və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qusar rayon maliyyə şöbəsinə tapşırılmalıdır. Həmçinin iddiaçıya izah edilməlidir ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra iddiaçıtəkrarən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM–nin 114, 259, 260, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdehlər Cavabdeh2 və Qusar rayon Dövlət Notariat Kontoruna qarşı “mirasdan məcburi payın qəbul edilməsi üçün buraxılmış müddətin uzadılması, vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və miras əmlakdan məcburi payın müəyyən edilməsi tələbinə” dair iddiası üzrə mülki iş baxılmamış saxlanılsın. İddiaçı cavabdehlər Cavabdeh2 və Qusar rayon Dövlət Notariat Kontoruna qarşı “mirasdan məcburi payın qəbul edilməsi üçün buraxılmış müddətin uzadılması, vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və miras əmlakdan məcburi payın müəyyən edilməsi tələbinə” dair məhkəmə işə baxılması üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumu qərardad qanuni qüvvəyə mindikdən sonra İddiaçı geri qaytarılsın və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qusar rayon maliyyə şöbəsinə tapşırılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra iddiaçıtəkrarən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-1051/2022
Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-1051/2022
29.11.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver