Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-1061/2025 08.01.2026 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdehnə qarşı “miras əmlaka dair vərəsəlik hüququnun tanınması” tələbinə dair mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdehnə qarşı “miras əmlaka dair vərəsəlik hüququnun tanınması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum nənəsi (himayəçisi) X2 miras qalmış Qusar rayonu, Əniğ kəndində yerləşən miras əmlaka dair vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi İddiaçı vəkili Vəkil məhkəməyə iddia ərizəsinə dəqiqləşdirmə ilə müraciət edərək, Qusar rayonu Ənig kəndində yerləşən torpaq sahəsi və fərdi yaşayış evindən ibarət mərhum X2 miras qalmış əmlakların faktiki olaraq qəbul edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi İddiaçı vəkili Vəkil məhkəməyə iddia ərizəsinə dəqiqləşdirmə ilə müraciət edərək, Daşınmaz əmlakın dövlət reyestrində 190 nömrə ilə qeydə alınmış , xx.xx.1988-ci il tarixli 236 nömrəli Qeydiyyat vəsiqəsinə əsasən Qusar Rayonu Ənig kəndində yerləşən mərhum X4 məxsus torpaq sahəsi və fərdi yaşayış evindən ibarət miras qalmış əmlakların faktiki olaraq qəbul etməyi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, yaşadığı ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evi mərhum nənəsi X5 məxsus olmuşdur. Qusar Rayon X20 İcraiyyə Komitəsinin xx.xx.1979-cu il 92 nömrəli qərarı ilə o, nənəsi Aydayeva Qızılgül və babası X8 övladlığa verilmişdir. Övladlığa verildiyi nənəsi X9 xx.xx.1996-cı il tarixdə, babası X12 isə xx.xx.1987-ci il tarixdə vəfat etmişdir. Nənəsi (himayəçisi) X5 məxsus miras əmlak üzərində yeganə vərəsə odur. Sözügedən miras əmlakı faktiki olaraq qəbul etmiş və hazırda da həmin əmlaka sahiblik edərək orada yaşayır. Qeyd edir ki, mərhum nənəsindən (himayəçisindən) miras qalmış əmlakın faktiki olaraq onun tərəfindən qəbul olunması və həmin əmlaka dair vərəsəlik hüququnun tanınması ilə bağlı onun tərəfindən Cavabdehnə müraciət edilmiş, lakin Cavabdeh əsassız bəhanələrlə imtina məktubu verərək məhkəməyə müraciət etməyini tövsiyə etmişdir. Mərhum nənəsi (himayəçisi) X2 miras qalmış əmlaka dair vərəsəlik hüququnun tanınması ilə bağlı məhkəməyə müraciət edir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında ərizəçi İddiaçı ərizəni müdafiə etmiş, ərizədə göstərilmiş xüsusatları təsdiq etmiş və ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında ərizəçi İddiaçı vəkili Vəkil ərizəsnin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi İddiaçı və onun vəkili Vəkil sonuncu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmiş, ərizəçi İddiaçı vəkili Vəkil məhkəməyə ərizə göndərərək bildirmişdir ki, xx.xx.2026 il tarixdə saat 11-30 təyin edilmiş iclasda üzürlü səbəbdən gələ bilmir. Belə ki həmin vaxt saat 10-00 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində hakim Kamran Əsədovun sədrliyi ilə keçirilən məhkəmə iclası var. Üzürlü hesab edilməsini və nəzərə alınmasını xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahatında bildirmişdir ki, İddiaçı onun qonşusudur. O, iddiaçı ilə uşaqlıqdan bir yerdə böyümüşdür, birlikdə məktəbə getmişlər. İddiaçı uşaqlıqdan onunla qonşuluqda böyümüşdür. Cavid X1 və X7 himayəsində böyümüşdür, onlara övladlığa verilmişdir. X3 və X7 ölümündən sonra miras əmlakı İddiaçı idarə etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X13 izahatında bildirmişdir ki, Cavid X1 və X7 himayəsində böyümüşdür, onlara övladlığa verilmişdir. X3 və X7 ölümündən sonra miras əmlakı İddiaçı idarə etmişdir. Maraqlı şəxs Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq həmin ofisin nümayəndəsi və digər şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4 və 185.5ci maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Belə ki, işdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş 02 iyul 2025-ci il tarixli 679 saylı arayışdan görünür ki, X9 06 aprel 1996-cı ildə ölmüşdür. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş 02 iyul 2025-ci il tarixli 678 saylı arayışdan görünür ki, X11 06 avqust 1987-ci ildə ölmüşdür. İşdə olan Qusar rayon X20 İcraiyyə Komitəsinin 28 mart 1979-cu il tarixli 92 saylı qərının surətindən görünür ki, Qusar rayonu Əniğ kənd sakini X12 və X9 xx.xx.1961-ci ildə Qusar şəhərində anadan olmuş, 1962-ci ildən onların himayəsində yaşayan İddiaçı övladlığa verilməsi uyğun hesab edilmişdir. İşdə olan X22 Filialından verilmiş 31 oktaybr 2025-ci il tarixli 3-48-DA-6F/2-D-13xxxx/2029 saylı arxiv çıxarışından görünür ki, 28 mart 1979-cu il tarixli 92 saylı Azərbaycan SSR Qusar rayon X20 İcraiyyə Komitəsinin 6 saylı İclas Protokolu ilə xx.xx.1961-ci ildə Qusar şəhərində anadan olmuş, 1962-ci ildən onların himayəsində yaşayan İddiaçı övladlığa verilməsi uyğun hesab edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1243.1 -ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, ərizəçi İddiaçı yaşadığı ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evi mərhum nənəsi X6 məxsus olmuşdur. Qusar Rayon X20 İcraiyyə Komitəsinin xx.xx.1979-cu il. 92 nömrəli qərarı ilə ərizəçinin nənəsi Aydayeva Qızılgül və babası X8 övladlığa verilmişdir. Övladlığa verildiyi nənəsi X9 xx.xx.1996-cı il tarixdə, babası X12 isə xx.xx.1987-ci il tarixdə vəfat etmişdir. Nənəsi (himayəçisi) X5 məxsus miras əmlak üzərində yeganə vərəsə odur. Sözügedən miras əmlakı faktiki olaraq qəbul elmiş və hazırda da həmin əmlaka sahiblik edərək orada yaşayır. Ona görə də, məhkəmə ərizəçinin dəlilləri ilə razılaşaraq hesab edir ki, Daşınmaz əmlakın dövlət reyestrində 190 nömrə ilə qeydə alınmış, xx.xx.1988-ci il tarixli 236 nömrəli Qeydiyyat vəsiqəsinə əsasən Qusar Rayonu Ənig kəndində yerləşən mərhum X4 məxsus torpaq sahəsi və fərdi yaşayış evindən ibarət miras qalmış əmlakların faktiki olaraq İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir.. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Daşınmaz əmlakın dövlət reyestrində 190 nömrə ilə qeydə alınmış, xx.xx.1988-ci il tarixli 236 nömrəli Qeydiyyat vəsiqəsinə əsasən Qusar Rayonu Ənig kəndində yerləşən mərhum X4 məxsus torpaq sahəsi və fərdi yaşayış evindən ibarət miras qalmış əmlakların faktiki olaraq İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-1061/2025
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-1061/2025
08.01.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver