Məhkəmə qərarları › İş №2(029)-1067/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-1067/2021

09.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-1067/2021 09.12.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək JN: 566 KOD 30304038 saylı torpağa mülkiyyət hüququna X29 ona, yəni Ərizəçi və mərhum bacısı X3 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Quba rayon Aqrar İslahat Komissiyasının 24 fevral 2000-ci il tarixli 02 saylı qərarına əsasən X1 və onun mülkiyyətlərinə Quba rayonu İqriq kəndi ərazisində 0.45 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə onların mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən verilmiş JN: 566 KOD 30304038 saylı torpağa mülkiyyət hüququna X31 ilə təsdiq edilir. Torpaq sahəsinin mülkiyyətçilərindən biri olan bacısı X7 04 noyabr 2020-ci il tarixdə vəfat etmişdir. Dövlət Aktında onun adı səhvən “İlkin”, mərhum bacısının ata adı isə səhvən “İlyas” yazılmışdır. Əslində isə dövlət aktında onun adı şəxsiyyətini təsdiq edən sənədlərə uyğun olaraq “Şükür”, mərhum bacısının ata adı isə “Qürbət” yazılmalıdır. Bu yaxınlarda o, həmin torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən müvafiq sənədlərin alınması üçün maraqlı şəxs DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə müraciət etmiş, lakin, həmin idarədən bildirmişlər ki, Dövlət Aktındakı mövcud olan nöqsanların aradan qaldırılması idarənin səlahiyyətlərinə aid deyildir və bu barədə məhkəməyə müraciət olunmalıdır. Həqiqətən də, həmin torpaq sahəsinin ona və mərhum bacısı X3 məxsus olması ərizəyə əlavə olunmuş sənədlərlə də təsdiq olunur və bu halı məhkəmə iclası zamanı şahidlər də təsdiq edə bilərlər. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, ərizəni müdafiə edir. Həmçinin bildirmişdir ki, səhhəti ilə əlaqədar olaraq təyin olunmuş məhkəmə iclasına gələ bilmir. Ona görə də, işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4 və 185.6-cı maddələrinə əsasən işə ərizəçilərin və maraqlı şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan JN- 566 KOD 30304038 saylı Torpağa Mülkiyyət Hüququna X29 surətindən görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının 24 fevral 2000-ci il tarixli 02 saylı qərarı ilə Quba rayonu İqriq kəndində yerləşən 0.45 ha torpaq sahəsi “X10”nın və “X20”nun xüsusi mülkiyyətlərinə verilmişdir. İşdə olan 22.09.2021-ci il tarixli AZ-İİ 190386 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 04 noyabr 2020-ci il tarixdə ölmüşdür. İşdə olan Quba RİHB-nın Alekseyevka İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 27.09.2021-ci il tarixli 958 saylı arayışdan görünür ki, mərhum X8 2020-ci ilədək ərazi dairəsinin İqriq kəndində yaşamış və 09.12.2020-ci il tarixli, AZ-İİ №131256 saylı ölüm haqqında şəhadətnaməyə əsasən 04.11.2020-ci il tarixdə vəfat etmişdir. Bundan başqa mərhum X2 ailə üzvləri aşağıdakılardır. Qaradşı Ərizəçi, bacısı X15, X12, X13, X18. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 08 oktyabr 2021-ci il tarixli **********47 saylı məktubundan görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən verilmiş torpağa mülkiyyət hüququna dair JN: 566 (KOD ********) nömrəli Dövlət aktında qeyd olunmuş hüquq sahiblərinin ad, soyad və ata adlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Bununla bağlı məhkəməyə müraciət etməyi Ərizəçi tövsiyə olunmuşdur. İşdə olan АЗ № 223368 saylı 03 avqust 1962-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1962-ci il tarixdə Quba şəhərində anadan olmuşdur. X9, anası X11r. İşdə olan Seriya AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1962-ci ildə Quba şəhərində anadan olmuş, Qusar rayonu Bədirqala kəndində qeydiyyatda olmaqla yaşayır. İşdə olan Quba rayonu Alekseyevka bələdiyyəsi tərəfindən verilmiş 15.10.2021-ci il tarixli 454 saylı arayışın surətindən görünür ki, mərhum İlyasova Hökməxanım Qürbət qızının həmin bələdiyyəyə vergi borcu yoxdur. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən təqdim edilmiş JN-566 KOD 30304038 saylı Torpağa Mülkiyyət Hüququna X31 həmin şəxs üçün hüquq müəyyənedici sənəddir, belə ki, həmin sənədlər əsasında o, həmin dövlət aktında göstərilən torpaq sahəsinə dair sərəncam hüquqlarını həyata keçirilməlidir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, JN: 566 KOD 30304038 saylı Torpağa Mülkiyyət Hüququna X30 hüquq sahibi kimi göstərilmiş şəxslər məhz ərizəçi və onun mərhum bacısı X4r, lakin həmin aktda yuxarıda qeyd olunan səhvlərə yol verilmişdir. Bu hal məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə tam təsdiq olunur. Ona görə də, həmin dövlət aktının ərizəçiyə və mərhum Hökməxanım İlyasovaya məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələbinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ət etdi : Ərizə təmin edilsin. Quba rayon Aqrar İslahat Komissiyasının 24 fevral 2000-ci il tarixli 02 saylı qərarı əsasında “X14” və “X5” adlarına verilmiş JN: 566 KOD 30304038 saylı torpağa mülkiyyət hüququna X29 Ərizəçi və mərhum X6 məxsus olması faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə Apelyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar