Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-1069/2021 16.12.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X3, X11 və X14 adlarına verilmiş, Qusar rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli 10/7 saylı qərarı ilə təsdiq edilmiş JN-176 KOD 30100018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının mərhum X1na, anası X7 və nənəsi X15 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Qusar rayonunda torpaq islahatları keçirilərkən Qusar rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli 10/7 saylı qərarına əsasən 17.02.2015ci il tarixdə vəfat etmiş X1na və digər ailə üzvləri, 21.12.2016-cı il tarixdə vəfat etmiş anası X7, 13.04.2004-cü il tarixdə vəfat etmiş nənəsi X15 Dövlət Aktı üzrə Qusar rayonu Aşağı-Ləgər kəndi ərazisindən 3.17 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə həmin şəxslərin mülkiyyət hüquqları 16 iyun 1998-ci il tarixli JN-176 KOD 30100018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. Qusar rayon Notariat Ofisinin 26 noyabr 2020-ci il tarixli № X-989 nömrəli məktubuna əsasən o, mərhum X1nun, anası X6 və nənəsi X12 vərəsəsidir. Bütün rəsmi sənədlərdə mərhum X1nun adı “Ayatulla”, anası X6 ata adının “Hacıxan” və nənəsi X2 “Əmrahova” ata adı isə “Talıb” qeyd edilməsinə baxmayaraq Qusar rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli 10/7 saylı qərarı ilə təsdiq edilmiş torpağa mülkiyyət hüququna dair JN-176 KOD 30100018 saylı Dövlət Aktında mərhum X1nun adı səhvən “Ayatolla”, anası X6 ata adı səhvən “Qayıb” qızı və nənəsi X12 ata adı isə səhvən “Qayıb” kimi qeyd edilmişlər. 22.10.2021-ci il tarixdə qeyd edilən Dövlət aktında olan torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun hazırlanması üçün maraqlı şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə yazılı ərizə ilə müraciət etmiş, lakin 16 iyun 1998-ci il tarixli JN-176 KOD 30100018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktında yuxarıda göstərilən səhvlər olduğuna görə həmin idarə onlara mülkiyyət hüququna dair sənədi-yəni çıxarışı verməkdən imtina etmiş və qeyd olunan dövlət aktında yol verilmiş səhvlərin yalnız məhkəmə qaydasında aradan qaldırılmalı olduğunu bildirmişlər. Ona görə də, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş 16 iyun 1998-ci il tarixli JN-176 KOD 30100018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının mərhum atası, anası və nənəsinə məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, ərizəni müdafiə edir. Bundan başqa, səhhəti ilə əlaqədar təyin olunmuş məhkəmə iclasına gələ bilmir, ona görə də işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4 və 185.6-cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Belə ki, işdə olan KOD 30100018 JN-176 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli 10/7 saylı qərarı ilə Qusar rayonu Aiağı Ləyər kəndində yerləşən 3.17 ha torpaq sahəsi X3, X11 və X14 xüsusi mülkiyyətlərinə verilmişdir. İşdə olan Qusar RİHB-nın Aşağı Ləgər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 dekabr 2021-ci il tarixli 380 saylı arayışdan görünür ki, mərhum X5 və ailəsinə Qusar rayonu Aşağı Ləgər kəndində yerləşən torpağa dair verilmiş JN-176 nömrəli KOD 30100018 olan torpağa mülkiyyət hüququna dair Dövlət aktında vətəndaşların adları səhv yazılmışdır. Əslində isə aşağıdakı qaydada oxunmalı və yazılmalıdır: X8, X13, X20. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 18 noyabr 2020-ci il tarixli arayışın surətindən görünür ki, X20 13 aprel 2004-cü il tarixdə Qusar şəhərində ölmüşdür. İşdə olan 06 mart 2015-ci il tarixli AZ-İ 691373 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 17 fevral 2015-ci il tarixdə Qusar rayonu Aşağı Ləgər kəndində ölmüşdür. İşdə olan 06 yanvar 2017-ci il tarixli AZ-İ 819105 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 21 dekabr 2016-cı il tarixdə Qusar rayonu Aşağı Ləgər kəndində ölmüşdür. İşdə olan Qusar rayon Notariat ofisi tərəfindən verilmiş 26 noyabr 2020-ci il tarixli X-989 saylı məktubdan görünür ki, Əmrahov Ərizəçi Nəsib Talıb qızının, X6 və X4 vərəsələri sırasına daxildir. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 25 noyabr 2020-ci il tarixli arayışdan görünür ki, Ərizəçi xx xxxxxxxx 1965-ci il tarixdə Qusar rayonu Aşağı Ləgər kəndində anadan olmuşdur. X1, anası X9r. İşdə olan şəxsiyyət vəsiqəsi məlumatlarından elektron Çıxarışlardan görünür ki, X10, X17 və X21 adlı şəxslər barədə məlumatlar mövcud deyildir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 26 oktyabr 2021-ci il tarixli **********62 saylı məktubdan görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş torpağa mülkiyyət hüququna dair JN-176 (KOD ********) nömrəli dövlət aktında qeyd olunmuş hüquq sahiblərinin ad və soy adlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Bununla bağlı məhkəməyə müraciət etməsi Ərizəçi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən təqdim edilmiş JN-176 KOD 30100018 saylı torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktı həmin şəxs üçün hüquq müəyyənedici sənəddir, belə ki, həmin sənəd əsasında o, həmin Dövlət aktında göstərilən torpaq sahəsinə dair vərəsəlik hüquqlarını həyata keçirilməlidir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, JN-176 KOD 30100018 saylı torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktında hüquq sahibləri kimi qeyd olunmuş şəxslər məhz X10, X17 və X16r, lakin həmin Dövlət aktında həmin yuxarıda qeyd olunan səhvlərə yol verilmişdir. Bu hal məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə tam təsdiq olunur. Ona görə də, həmin Dövlət aktının 17.02.2015-ci il tarixdə ölmüş X5, 21.12.2016-cı il tarixdə ölmüş X7 və 13.04.2004-c il tarixdə ölmüş X15 məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçilərin öz tələblərinin əsası kimi istinad etdikləri hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ət etdi : Ərizə təmin edilsin. “X10”nun, “X17”nın və “X22”nun adlarına verilmiş KOD 30100018 JN-176 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 17.02.2015-ci il tarixdə ölmüş X5, 21.12.2016-cı il tarixdə ölmüş X7 və 13.04.2004-c il tarixdə ölmüş X15 məxsus olması faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №2(029)-1069/2021
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-1069/2021
16.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver