Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-108/2023 17.01.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Məmmədov Tural Etibar oğlunun katibliyi ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 maraqlı şəxslər Maraqlı şəxs1, X7, Maraqlı şəxs3 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 maraqlı şəxslər Maraqlı şəxs1, X7, Maraqlı şəxs3 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “Ərizəçi1 Qəndəli oğlu”nun, “Maraqlı şəxs1”nın, “X18”nun, “X10”nın, “X11”nın, “Maraqlı şəxs3”nun adlarına verilmiş JN:0053 KOD 30113038 saylı saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının onlara, yəni, “Ərizəçi1”na, “Maraqlı şəxs1”na, “Ərizəçi2”na, “Yunusova (Əzizova) Mətanət Ruslan qızı”na, “Dəvrişova (Əzizova) Nazımağa Ruslan qızı”na və “Maraqlı şəxs3”na məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Qusar rayonunda torpaq islahatları keçirilərkən Aqrar İslahat Komissiyasının 12 fevral 1998-ci il tarixli 02 saylı qərarına əsasən onlara, Maraqlı şəxs3, X7, Maraqlı şəxs1, Dəvrişova(Əzizova) Nazımağa Ruslan qızına, Ərizəçi2, Ərizəçi1 Qusar rayonunun Cağar kəndi ərazisindən 4.24 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədləri üçün nəzərdə tutulmuş pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə onların mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:0053 KOD 30113038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktla təsdiq edilmişdir. JN:0053 KOD 30113038 saylı saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında Ərizəçi1 atasının adı səhvən “Qəndəli”, Ərizəçi2 adı səhvən “Ramik”, ərizəçi Dəvrişova (Əzizova) Nazımağa Ruslan qızının soyadı, adı və atasının adı səhvən “Nazimağa” “Ruslan” qızı kimi qeyd edilmişdir. Şəxsiyyətlərini təsdiq edən bütün sənədlərdə Ərizəçi1 atasının adı “Qəndalı”, Ərizəçi2 adı “Ramin”, ərizəçi Dəvrişova(Əzizova) Nazımağa Ruslan qızının soyadı, adı və atasının adı “X20”qızı kimi qeyd edilmişdir. X28 və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:0053 KOD 30113038 saylı saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında da ərizəçilərin soyadları, adları və ata adları şəxsiyyətlərini təsdiq edən sənədlərə uyğun qeyd edilməli idi. Bu yaxınlarda onlar həmin Dövlət Aktında olan torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən sənədləri almaq üçün maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə müraciət etmişlər. Lakin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:0053 KOD 30113038 saylı saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında Ərizəçi1 atasının adı səhvən “Qəndəli”, Ərizəçi2 adı səhvən “Ramik”, ərizəçi Dəvrişova(Əzizova) Nazımağa Ruslan qızının soyadı, adı və atasının adı səhvən “X24” qızı kimi qeyd edildiyi üçün DƏDRX-nin 5 saylı Ərazi İdarəsi bizə lazım olan sənədləri verməkdən imtina etmişdir. Ona görə də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:0053 KOD 30113038 saylı saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının bizə məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişlər, məhkəməyə ərizə göndərərək bildirmişlər ki, onlar, həmin ərizəni müdafiə edir və təmin edilməsini məhkəmədən xahiş edirlər. Həmçinin bildirmişlər ki, işləri ilə əlaqədar xx.xx.2023-cü il tarixə saat 10:00-a təyin olunmuş məhkəmə iclasına gələ bilmirlər, işə onların iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişər. Maraqlı şəxslər Maraqlı şəxs1, X7, Maraqlı şəxs3 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şəxslər və idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4 və 185.6-cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN:0053 KOD 30113038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 12 fevral 1998-ci il tarixli 02 saylı qərarı ilə Qusar rayonu Cağar kəndində yerləşən 4.24 ha torpaq sahəsi Ərizəçi1 Qəndəli oğlunun, Maraqlı şəxs1, X15, X5, X3 və Maraqlı şəxs3 xüsusi mülkiyyətlərinə verilmişdir. İşdə olan AZE ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 xx.xx.1981-ci il tarixdə Qusar rayonun Cağar kəndində anadan olmuşdur. İşdə olan AZE ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1978-ci il tarixdə Qusar rayonun Cağar kəndində anadan olmuşdur. İşdə olan AZE 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1954-cü il tarixdə Qusar rayonun Cağar kəndində anadan olmuşdur. İşdə olan AZE ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs1 xx.xx.1956-ci il tarixdə Qusar rayonun Çiləgir kəndində anadan olmuşdur. İşdə olan AA******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs3 xx.xx.1983-cü il tarixdə anadan olmuşdur. İşdə olan X12, X8 və X6 tərəfindən tərtib olunmuş aktdan görünür ki, Qusar rayon Cağar kənd sakini Ərizəçi1 Qəndali oğlu, Ərizəçi2 və Ərizəçi3 adında olan torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı JN:0053 KOD 30113038 səhv olaraq Ərizəçi1 Qəndəli oğlu, X18 və X13 yazılmışdır. Əslində isə şəxsiyyət vəsiqəsində olduğu kimi Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 kimi yazılmalı və oxunmalıdır. İşdə olan Qusar RİHB-nın Zindan Muruq kənd İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2022-ci il tarixli 243 saylı arayışdan görünür ki, torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktı JN:0053 KOD 30113038 səhv olaraq Ərizəçi1 Qəndəli oğlu, X18. Əslində isə şəxsiyyət vəsiqəsində olduğu kimi Ərizəçi1, Ərizəçi2 kimi yazılmalı və oxunmalıdır. İşdə olan Qusar RİHB-nın Zindan Muruq kənd İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2022-ci il tarixli 252 saylı arayışdan görünür ki, X2 adında olan JN:0053 KOD 30113038 saylı torpağın mülkiyyətə verilməsinə dair Dövlət X1 olaraq yazılmış, əslində isə şəxsiyyət vəsiqəsində olduğu kimi Ərizəçi3 kimi yazılmalı və oxunmalıdır. İşdə olan AZ-İ 085435 nikah haqqında şəhadərnamənin surətindən görünür ki, X19 ilə X5 nikahları Qusar RİHB-nın Zindan Muruq İƏD üzrə nümayəndəliyində bağlanmışdır. Bundan sonar qadın “Yunusova” soyadını qəbul etmişdir. İşdə olan Vİİ-ЖГ № 438494 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə X4 nikahları 13 aprel 2022-ci il tarixdə bağlanmışdır. Bundan sonar qadın “Dəvrişova” soyadını qəbul etmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Ərizəçi1 oğluna ünvanlanmış xx.xx.2022-ci il tarixli **********07 saylı məktubdan görünür ki, onun və ailə üzvlərinin adına olan 4.24 ha torpaq sahəsinə JN:0053 KOD 30113038 torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ləğv edilmiş DT və XK tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabından qeydiyyatdan keçmiş, DVJ məlumatlarında öz əksini tapmışdır. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən təqdim edilmiş JN:0053 KOD 30113038 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı həmin şəxslər üçün hüquq müəyyənedici sənəddir, belə ki, həmin sənəd əsasında o, həmin Dövlət Aktında göstərilən torpaq sahəsinə dair sərəncam hüquqlarını həyata keçirilməlidir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, Dövlət Torpaq və Xəritəçəkmə və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN:0053 KOD 30113038 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktında hüquq sahibləri kimi qeyd olunmuş şəxslər məhz Ərizəçi1, Ərizəçi2, Dəvrişova (Əzizova) Nazımağa Ruslan qızı və digər mülkiyyətçilər Maraqlı şəxs1, X10, Maraqlı şəxs3dur, həmin Dövlət Aktında həmin yuxarıda qeyd olunan səhvlərə yol verilmişdir. Bu hal məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə tam təsdiq olunur. Ona görə də, həmin dövlət aktının “Ərizəçi1”na, “Maraqlı şəxs1”na, “Ərizəçi2”na, “Yunusova (Əzizova) Mətanət Ruslan qızı”na, “Dəvrişova (Əzizova) Nazımağa Ruslan qızı”na və “Maraqlı şəxs3”na məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçilər öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “Ərizəçi1 Qəndəli oğlu”nun, “Maraqlı şəxs1”nın, “X18”nun, “X10”nın, “X11”nın, “Maraqlı şəxs3”nun adlarına verilmiş JN:0053 KOD 30113038 saylı saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının onlara, yəni, “Ərizəçi1”na, “Maraqlı şəxs1”na, “Ərizəçi2”na, “Yunusova (Əzizova) Mətanət Ruslan qızı”na, “Dəvrişova (Əzizova) Nazımağa Ruslan qızı”na və “Maraqlı şəxs3”na məxsus olması faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-108/2023
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-108/2023
17.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver