Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-1084/2022 25.11.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu Ərizəçi Səfərova (Səlimova) Gülxar Ağamət qızına və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsinin və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, Müəyyən etdim: Səlimov X1 (Səlimova) Gülxar Ağamət qızına və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının MPM-nin 149.2.3, 149.2.5-ci maddələrinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Həmin Məcəllənin 150.1.5-ci maddəsinə əsasən iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri iddia ərizəsinə əlavə edilir. İş materiallarından görünür ki, ərizəyə əlavə olunmuş sənədlərin surətləri işdə olan tərəflərə təqdim edilməsi üçün müvafiq sayda əlavə olunmadığından, həmçinin hüquq müəyyənedici sənəd kimi göstərilmiş JN-095A KOD 30107018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin verilməsinə əsas olmuş Qusar rayon Aqrar İslahat Komissiyasının 29 oktyabr 1997-ci il tarixli 15/1 nömrəli qərarı, həmin qərarda da mövcud səhvlərin olub-olmaması, həmin səhvlərin aradan qaldırılması barədə müvafiq sənədlər ərizəyə əlavə olunmadığından Qusar rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(029)- 496/2021 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan şikayət verilməmiş və qüvvədədir. Hazırkı iddia ərizəsi verilərkən həmin qərardadda göstərilən nöqsanlar qismən aradan qaldırılsa da-yəni əlavə olunmuş sənədlərin surətləri müvafiq sayda iddia ərizəsinə əlavə olunsa da digər nöqsanlar aradan qaldırılmamış, hüquq müəyyənedici sənəd kimi göstərilmiş JN-095A KOD 30107018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin verilməsinə əsas olmuş Qusar rayon Aqrar İslahat Komissiyasının 29 oktyabr 1997-ci il tarixli 15/1 nömrəli qərarı, həmin qərarda da mövcud səhvlərin olub-olmaması, həmin səhvlərin aradan qaldırılması barədə müvafiq orqana müraciət olunmasına dair müvafiq sənədlər ərizəyə əlavə olunmamışdır. Beləliklə, ərizə təkrarən Azərbaycan Respublikasının MPM-nin 149-cu maddəsinin tələbləri pozulmaqla məhkəməyə verilmişdir. Azərbaycan Respublikasının MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ona görə də, hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 152.1.1, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: Ərizə və ona əlavə edilmiş sənədlər Ərizəçi geri qaytarılsın. Ərizəçi izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada ərizə ilə məhkəməyə müraciət edilə bilər. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar. Qusar rayon məhkəməsinin hakimi Adil Vəliyev
Məhkəmə qərarları › İş №2(029)-1084/2022
Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-1084/2022
25.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver