Məhkəmə qərarları › İş №2(029)-1085/2024

Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-1085/2024

04.12.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-1085/2024 04.12.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “əqdin etibarsızlığına” dair iddia ərizəsinə və əlavə edilmiş sənədlərə məhkəmə icraatına götürülməsinin mümkünlüyünə baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “əqdin etibarsızlığına” dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36-cı maddəsin nəzərdə tutulmuş iddiaçının seçməsinə görə aidiyyət halları da məhkəməyə təqdim olunmuş ərizə tələbi üzrədə mövcud deyildir. Həmin Məcəllənin 152.1 və 152.1.3-cü maddələrinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə elektron informasiya sisteminin çıxarışından görünür ki, cavabdehin qeydiyyat yeri Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 39, mənzil 334 ünvanı qeyd edilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh rəsmi qeydiyyat ünvanı ünvan 1 İddiaçı Cavabdeh qarşı “əqdin etibarsızlığına” dair iddia ərizəsi ilə mülki Qusar rayon məhkəməsində baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “əqdin etibarsızlığına” dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Həmin Məcəllənin 114.1.5-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət qaytarılır. İddiaçı nın məhkəmədə işə baxılması üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumu qərardad qanuni qüvvəyə mindikdən sonra İddiaçı qaytarılmalı və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qusar rayon maliyyə şöbəsinə tapşırılmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı : İddiaçı Cavabdeh qarşı “əqdin etibarsızlığına” dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı Cavabdeh qarşı “əqdin etibarsızlığına” dair iddia ərizəsi üzrə Bakı şəhəri Binəqədi rayon məhkəməsinə müraciət edə bilər. İddiaçı nın məhkəmədə işə baxılması üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumu qərardad qanuni qüvvəyə mindikdən sonra İddiaçı qaytarılsın və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qusar rayon maliyyə şöbəsinə tapşırılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar