Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-1098/2020 09.12.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar Rayon Məhkəməsinin hakimi Kazımov Rafiq Vəli oğlu İddiaçı cavabdeh Qusar rayon Notariat Kontoruna, “xxxx” ASC-yə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRX-nin 5 saylı X6 və Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRX-nin 5 saylı X5 Qusar rayon Şöbəsinə qarşı xx xxxxxxx 2014-cü il tarixli **********58114/ip saylı ipoteka müqaviləsininetibarsız hesab edilməsi, yüklülük Çıxarışının ləğv edilməsi və girov qoyulmuş əmlakın yüklülükdən azad edilməsi barədə iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM : İddiaçı cavabdeh Qusar rayon Notariat Kontoruna, “xxxx” ASC-yə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRX-nin 5 saylı X6 və Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRX-nin 5 saylı X5 Qusar rayon Şöbəsinə qarşı xx xxxxxxx 2014-cü il tarixli **********58114/ip saylı ipoteka müqaviləsininetibarsız hesab edilməsi, yüklülük Çıxarışının ləğv edilməsi və girov qoyulmuş əmlakın yüklülükdən azad edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı cavabdeh Qusar rayon Notariat Kontoruna, “xxxx” ASC-yə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRX-nin 5 saylı X6 və Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRX-nin 5 saylı X5 Qusar rayon Şöbəsinə qarşı xx xxxxxxx 2014-cü il tarixli **********58114/ip saylı ipoteka müqaviləsininetibarsız hesab edilməsi, yüklülük Çıxarışının ləğv edilməsi və girov qoyulmuş əmlakın yüklülükdən azad edilməsi barədə iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməməklə təqdim edildiyindən icraata qəbul edilməməli və geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən və ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2014-cü il tarixli **********58114 №-li Kredit müqaviləsi üzrə X1 öhdəliklərin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə ASC “Xalq” Bankı ilə X2 arasında mülkiyyət hüququ ilə sonuncuya məxsus Qusar şəhəri, M.Əzizbəyov küçəsində yerləşən 0.04 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 3 otaqlı, 89 kv.m. ümumi, 45,7 kv.m yaşayış, 43,3 kv.m yardımçı sahəsi olan 186 saylı fərdi yaşayış evi ipoteka qoyulmuş, lakin iddia ərizəsində X2 cavabdeh qismində göstərilməmişdir. Bundan əlavə iddia ərizəsinə əlavə edilmiş sənədlərin surətləri işdə tərəf olan şəxsə verilməsi üçün müvafiq sayda əlavə olunmamışdır. Azərbaycan Respublikasının MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 150.0.5-ci maddəsinə əsasən iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri iddia ərizəsinə əlavə edilir. Beləliklə, göstərilən səbəblərə görə hesab edirəm ki, ərizə Azərbaycan Respublikasının MPM-nin 150-ci maddəsinin tələbləri pozulmaqla məhkəməyə verilmişdir. Azərbaycan Respublikasının MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikasının MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrarən məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 152,263- 264,267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı cavabdeh Qusar rayon Notariat Kontoruna, “xxxx” ASC-yə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRX-nin 5 saylı X6 və Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRX-nin 5 saylı X5 Qusar rayon Şöbəsinə qarşı xx xxxxxxx 2014-cü il tarixli **********58114/ip saylı ipoteka müqaviləsininetibarsız hesab edilməsi, yüklülük Çıxarışının ləğv edilməsi və girov qoyulmuş əmlakın yüklülükdən azad edilməsi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qusar rayon məhkəməsinə verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-1098/2020
Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-1098/2020
09.12.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver