Məhkəmə qərarları › İş №2(029)-1100/2022

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-1100/2022

27.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-1100/2022 27.12.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə Ərizəçi maraqlı şəxslər Qusar rayonu Balaqusar bələdiyyəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi maraqlı şəxslər Qusar rayonu Balaqusar bələdiyyəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, “X5”a 0,12 ha həyətyanı torpaq sahəsinin satılmasına dair Qusar rayonu Həsənqala Bələdiyyəsinin 12 dekabr 2005-ci il tarixli 30№-li qərarının və həmin torpaq sahəsinə aid 12 dekabr 2005-ci tarixli torpaqların alqı-satqısına dair aktın ona-yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Qusar rayonu Həsənqala Bələdiyyəsinin 12 dekabr 2005-ci il tarixli 30№-li qərarına əsasən ona Qusar rayonu Həsənqala Bələdiyyəsinin ərazisindən 0,12 ha həyətyanı torpaq sahəsi satılmışdır. Həmin torpaq sahəsinin ona satılması barədə Qusar rayonu Həsənqala Bələdiyyəsinin 12 dekabr 2005ci il tarixli 30№-li qərarında və həmin torpaq sahəsinə aid 12 dekabr 2005-ci il tarixli torpaqların alqı-satqısına dair aktda, habelə digər ilkin sənədlərdə onun adı, ata adı və soyadı səhvən “X5” qeyd edilmişdir. Lakin, şəxsiyyətini təsdiq edən bütün sənədlərdə adı, ata adı və soyadı “Ərizəçi Cangiroviç” qeyd edilmişdir. Sonradan Qusar rayonu Həsənqala Bələdiyyəsi ləğv edilərək iş üzrə maraqlı şəxs Qusar rayonu Balaqusar Bələdiyyəsinə birləşdirilmişdir. Bu yaxınlarda o, Qusar rayonu Həsənqala Bələdiyyəsinin 12 dekabr 2005ci il tarixli 30№-li qərarına əsasən ona satılmış həmin torpaq sahəsinə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış almaq üçün maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin (DƏDKR PHŞ) 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Lakin, Qusar rayonu Həsənqala Bələdiyyəsinin 12 dekabr 2005-ci il tarixli 30№-li qərarında və həmin torpaq sahəsinə aid 12 dekabr 2005-ci il tarixli torpaqların alqı-satqısına dair aktda onun adı, ata adı və soyadı səhvən “X5” qeyd edildiyi üçün DƏDKR PHŞ 5 saylı Xaçmaz Ərazi İdarəsi ona həmin torpaq sahəsinə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verməkdən imtina etmişdir. Ona görə də Qusar rayonu Həsənqala Bələdiyyəsinin 12 dekabr 2005-ci il tarixli 30№-li qərarının və həmin torpaq sahəsinə aid 12 dekabr 2005-ci il tarixli torpaqların alqısatqısına dair aktın ona məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Həqiqətən də onun adının, ata adının və soyadının “Ərizəçi” olması şəxsiyyətini təsdiq edən sənədlərlə təsdiq olunur. Bunu çoxlu şahidlər təsdiq edə bilərlər. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək ərizəni müdafiə etdiyini, şəxsi işləri ilə bağlı məhkəmə iclaslarına gələ bilmədiyini göstərmiş və işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilmişi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Qusar rayonu Balaqusar bələdiyyəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq həmin bələdiyyənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bələdiyyə sədri X8 məhkəməyə ərizə göndərərək ərizənin təmin edilməsinə etiraz etmədiyini, şəxsi işləri ilə bağlı məhkəmə iclaslarına gələ bilmədiyini göstərmiş və işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilmişi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4 və 185.6cı maddələrinə əsasən işə ərizəçilərin və maraqlı şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Belə ki, işdə olan Qusar rayonu Həsənqala bələdiyyəsinin 12 dekabr 2002-ci il tarixli 30 nömrəli qərarının surətindən görünür ki, həmin bələdiyyənin ərazisindən 0.12 ha torpaq sahəsi X1. İşdə olan torpaqların alqı-satqısına dair aktın surətindən görünür ki, Qusar rayonu Həsənqala bələdiyyəsinin 12 dekabr 2005-ci il tarixli 30 nömrəli qərarı ilə X3 0.12 ha torpaq sahəsi satılmış, akt Qusar rayon Torpaq Şöbəsində 30 yanvar 2006-cı il tarixdə 54 nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan Qusar rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 281 saylı arxiv arayışından görünür ki, Qusar rayonu Həsənqala bələdiyyəsinin xx.xx.2005xx.xx.2005-ci illərin torpaqların alqı-satqı sənədləri qovluğunda bələdiyyənin 12 dekabr 2005-ci il tarixli 30 nömrəli qərarı ilə Qusar şəhəri Bunyadzadə küçəsi 8 sakini X2 bələdiyyənin ehtiyat fondunun K.P.İ torpaq sahəsindən fərdi ev tikmək məqsədi ilə 0.12 ha torpaq sahəsinin satılması barədə xx.xx.2005-xx.xx.2005-ci il Həsənqala bələdiyyəsinin torpaqların alqı-satqısına dair qovluğunun üz cild vərəqəsi, fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsinin ayrılması (satılması) barədə DT və XK Qusar rayon şöbəsinin rəyi, 45 nömrəli qəbz, torpaqların alqı-satqısına dair akt, torpaq sahəsinin yerquruluşu planı, 12 dekabr 2005-ci il tarixli 30 nömrəli qərar Ərizəçi təqdim edilmişdir. İşdə olan Qusar rayonu Balaqusar bələdiyyəsi tərəfindən verilmiş 01 sentyabr 2022-ci il tarixli 119 saylı məktubdan görünür ki, Qusar şəhər sakini X2 xx.xx.2005-ci il tarixli 30 saylı qərara əsasən 0.12 ha həyətyanı məqsədilə satılmış torpaq sahəsi Həsənqala bələdiyyəsi tərəfindən ayrılmışdır. Bələdiyyə tərəfindən verilmiş ilkin sənədlər doğrudur və qonşularla heç bir problem yoxdur. İşdə olan Seriya AZE 01726579 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1986-cı ildə Rusiya Federasiyası Komsomolsk-na-Amur rayonunda anadan olmuş ünvan 1 ünvanda qeydiyyatdadır. İşdə olan AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1986-cı ildə anadan olmuşdur. İşdə olan İİİ-DB 365976 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1986-cı ildə RF Komsomolsk-na-Amur rayonunda anadan olmuşdur. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********65 saylı məktubundan görünür ki, Qusar rayonu Həsənqala bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 30 saylı qərarında və ləğv edilmiş DT və XK-nin Qusar rayon şöbəsi tərəfindən tərtib edilmiş torpaqların alqısatqısına dair aktda Ərizəçi Cangiroviçin soyadında düzəlişlər edilmişdir. Bu səbəbdən də, Qusar rayonu Həsənqala kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması barədə ərizənin icrasından imtina olunmuşdur. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən təqdim edilmiş Qusar rayonu Həsənqala kəndi ərazisində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin satılmasına dair Qusar rayonu Həsənqala Bələdiyyəsinin 12 dekabr 2005-ci il tarixli 30№-li qərarı və həmin torpaq sahəsinə aid 12 dekabr 2005-ci tarixli torpaqların alqı-satqısına dair akt həmin şəxs üçün hüquq müəyyənedici sənədlərdir, belə ki, həmin sənədlər əsasında o, torpaq sahəsinə dair mülkiyyət hüququnu dövlət qeydiyyatına aldırmalıdır. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, Qusar rayonu Həsənqala kəndi ərazisində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin satılmasına dair Qusar rayonu Həsənqala Bələdiyyəsinin 12 dekabr 2005-ci il tarixli 30№-li qərarının və həmin torpaq sahəsinə aid 12 dekabr 2005-ci tarixli torpaqların alqı-satqısına dair aktın hüquq sahibi məhz Ərizəçidir, lakin həmin sənədlərdə yuxarıda qeyd olunan səhvlərə yol verilmişdir. Bu hal məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə tam təsdiq olunur. Ona görə də, həmin sənədlərin ərizəçiyə məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələbinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. “X5”a 0,12 ha həyətyanı torpaq sahəsinin satılmasına dair Qusar rayonu Həsənqala Bələdiyyəsinin 12 dekabr 2005-ci il tarixli 30№-li qərarının və həmin torpaq sahəsinə aid 12 dekabr 2005-ci tarixli torpaqların alqı-satqısına dair aktın Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar