Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-112/2022 13.01.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş aktın etibarsız hesab edilməsi, dəymiş ziyanın hesablanmasına dair komissiya qərarın ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsinə dair iddia ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş aktın etibarsız hesab edilməsi, dəymiş ziyanın hesablanmasına dair komissiya qərarın ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Xaçmaz X4 İdarəsinin X5 Sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın etibarsız hesab edilməsi, X2 dair 30 aprel 2021-ci il tarixli komissiya qərarının ləğv edilməsinə və ona əsassız hesablanmış 216 (iki yüz on altı) manat borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmçinin, İddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinin tələblərinə uyğun olaraq iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, Cavabdeh Xaçmaz X4 İdarəsinin X5 Sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş aktın etibarsız hesab edilməsini, dəymiş ziyanın hesablanmasına dair 30 aprel 2021-ci il tarixli komissiya qərarının ləğv edilməsini tələb etmir, əsassız hesablanmış borcun silinmısini isə tələb edir. Odur ki, Cavabdeh İB-nin Xaçmaz regional Qİİ-nin qərarı ilə hesablanmış 216 (iki yüz on altı) manat borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı və ona əlavəni onunla əsaslandırmışdır ki, onun Qusar rayonu, Qayakənd kəndində xüsusi mülkiyyətində fərdi yaşayış evi vadır. Fərdi istehlakçı kimi o, cavabdeh AZƏRİQAZ X1 X3 İdarəsinin X5 Sahəsi ilə müqavilə bağlayaraq yaşayış evində təbii qazdan istifadə edir. Evdə istehlak etdiyi təbii qazın haqqını vaxtlı-vaxtında ödəyir. Heç vaxt istehlak olunan qaza görə borcu olmamışdır. Qaz sayğacı həyət hasarından çöl tərəfdə, küçədə quraşdırılmışdır. 2021-ci ilin aprel ayının 30-da X5 Sahəsinin əməkdaşları onun yaşadığı ünvana gələrək qaz sayğacına baxış keçirmiş və sayğacın hesablama mexanizminin plastmas qapağının yan hissəsindən əzildiyini, sayğacın daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olduğunu bildirmişlər. O, isə həmin şəxslərə bildirmişdir ki, o, sayğaca əl vurmamış, sayğac həyət hasarının çöl tərəfində, küçədə yerləşir. Onun etirazlarına baxmayaraq X5 Sahəsinin əməkdaşları həmin gün ******* saylı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib etmişlər və orada qeyd etmişlər ki, sayğacın hesablama mexanizminin plastmas qapağı yan hissəsindən əzilmiş və sayğacın daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olduğunu müəyyən etmişlər. O, həmin aktı imzalamаmış və həmin akta etirazını bildirmişdir ki, sayğacа hər hansı qaydada müdaxilə olunmasından onun xəbəri yoxdur. Bundan sonra isə həmin tarixdə ona 2160 kub.metr, yəni 216 manat məbləğində ziyan hesablamışlar və bu barədə X2 dair 30 aprel 2021-ci il tarixli komissiya qərarı tərtib etmişlər. Hal-hazırda isə X5 Sahəsinin əməkdaşları onu evinə verilən qaz təchizatını dayandıracaqları ilə onu hədələyirlər. Ona görə Cavabdeh İB-nii Xaçmaz regional Qİİ-nin Qusar QİS-in əməkdaşları tərəfindən tərtib edilmiş ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqında akt etibarsız hesab edilməli, X2 dair 30 aprel 2020-ci il tarixli komissiya qərarı ləğv edilməklə ona əsassız hesablanmış 216 manat borc silinməlidir. Göründüyü kimi Cavabdeh İB-nii Xaçmaz Regional Qİİ-nin Qusar QİS-in əməkdaşları tərəfindən yuxarıda qeyd etdiyi aktda onun evinə quraşdırılmış qaz sayğacının hesablama mexanizminə kənar müdaxilə olunması qeyd edilmiş, lakin həmin vaxt sayğaca məhz onun tərəfindən müdaxilə olunması müəyyən olunmamışdır. Həmçinin, həmin qaydalara görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Bundan başqa, qaz sayğacının zədələnməsində onun təqsiri heç bir sənədlə və ya sübutla təsdiq olunmamış və onun həmin sayğaca müdaxilə etməyi əsaslandırılmamışdır. Odur ki, cavabdeh tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30.04.2021-ci il tarixli ******* saylı akt özlüyündə əsassız olmuş, mötəbər sübuta əsaslanmamış, əksinə istehlakçı kimi onun üzərinə müqavilədən kənar əsassız və haqsız öhdəlik qoyulmasına səbəb olmuşdur. Bu səbəbdən də, həmin akt etibarsız hesab edilməlidir. Bundan başqa, ona 216 manat məbləğində borcun hesablanması da yuxarıda göstərilən məlum qaydaların tələblərinə ziddir, cavabdehin özünün kreditor hüquqlarından sui-istifadəyə yol verilməklə, həmçinin onun istehlakçı hüquqları pozulmaqla hesablanmışdır. Odur ki, itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair 30 aprel 2021-ci il tarixli komissiya qərarı əsasında hesablanmış 216 manat məbləğində borc silinməlidir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, ərizəni müdafiə edir və iddianın təmin edilməsini xahiş edir. Bundan başqa bildirir ki, o, səhhəti ilə bağlı məhkəmə iclaslarına gələ bilmir. Ona görə də işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan Cavabdeh Xaçmaz X3 İdarəsi ilə İddiaçı arasında bağlanmış 30 aprel 2021-ci il tarixli “Qaz paylayıcısi ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” Müqaviləsinin surətindən görünür ki, paylayıcı həmin müqavilədə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba ödəyir. Həmin müqavilədə istehlakçı İddiaçı hər hansı digər vəzifələr daşıması nəzərdə tutulmamışdır. İşdə olan Cavabdeh Xaçmaz X3 İdarəsi tərəfindən tərtib edilmiş «təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 30 aprel 2021-ci il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı məxsus Qusar rayonu Qayakənd kəndində yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacının hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması qeyd edilmişdir. Həmçinin, qeyd edilmişdir ki, dəymiş ziyan hesablansın və dəyəri ödənilsin. Həmin akt İddiaçı tərəfindən imzalanmaqdan imtina edilmişdir. İşdə olan Cavabdeh Xaçmaz X3 İdarəsi tərəfindən tərtib edilmiş 30 aprel 2021-ci il tarixli qərarın surətindən görünür ki, 30 aprel 2021-ci il tarixli ******* saylı akt əsasında İddiaçı itirilmiş qazın bərpası üzrə cəmi 2160 kub.metr qaz sərfiyyatı hesablanmışdır. İşdə olan ünvan 2 kəndi ünvanında yerləşən abonentin saldosundan görünür ki, istehlakçıya 216 manat borc hesablanmışdır. İşdə olan 08 aprel 2021-ci il tarixli MSK-29/1710-01496-1 saylı aktdan görünür ki, zavod nömrəsi ******* olan sayğaca ümumi baxış keçirilən zaman sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri olduğu görülmüşdür. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qazdan istifadə qaydaları haqqında qərarın 4.2-ci bəndində qeyd olunmuşdır ki, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasındankeçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5-2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmçinin həmin Qaydaların 6.7. bəndinə görə qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyət orqanlarının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və hüquqi şəxslərin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə hesab edir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı, istehlakçı tərəfindən qazın hesabı tam ödənilməlidir. İstehlakçı fiziki şəxs olarsa, onun qaz sayğacı ilə təchiz edilməsi, quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı dayışır. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan yaşayış evi qaz ilə təchiz edilib, quraşdırılmış sayğacın işlək vəziyyətdə olmasına görə məsuliyyəti iddiaçı deyil, qaz paylayıcı olan cavabdeh daşıdığından, həmin sayğaca iddiaçı tərəfindən müdaxilə edilməsi cavabdeh tərəfindən sübuta yetirilə bilmədiyinə görə iddiaçı barəsində mülki hüquq məsuliyyətinin yaranmasına görə qərar qəbul edilməsi əsaslı hesab edilə bilməz. Belə olan halda qaz sayğacının yararsız vəziyyətə düşməsi nəticəsində hər hansı borc məbləği kimi pul abonentdən tələb edilə bilməz. Göründüyü kimi Cavabdeh Xaçmaz X3 İdarəsi Qusar Qaz Xidməti Sahəsi tərəfindən istehlakçı İddiaçı Qusar rayonu Qayakənd kəndində yerləşən evi üçün quraşdırılmış ******* saylı qaz sayğacının hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması müəyyən edilmiş, lakin həmin vaxt həmin sayğaca məhz istehlakçı İddiaçı tərəfindən müdaxilə olunması müəyyən edilməmişdir. Belə olan halda, həmin sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi İddiaçı tərəfindən hər hansı şəkildə sayğaca müdaxilə olunması, həmçinin sayğacın hər hansı şəkildə zədələnməsi şübhə doğurur. Belə ki, həmin sayğac İddiaçı evindən kənarda, açıq vəziyyətdə, örtük və ya qutu olmadan quraşdırılmışdır. Bu səbəbdən də, İddiaçı həmin sayğacın tamlığının qorunmasında cavabdehlik daşıya bilməzdi. Bundan başqa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qazdan istifadə qaydalarının tələblərinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən). Həmçinin, həmin qaydalara görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Bundan başqa, qaz sayğacının zədələnməsində istehlakçı İddiaçı oğlnun təqsiri heç bir sənədlə və ya sübutla təsdiq olunmur və onun həmin sayğaca müdaxilə etməsi əsaslandırılmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, İddiaçı evi üçün quraşdırılmış qaz sayğacının hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması məhz onun tərəfindən həmin sayğaca müdaxilə edilməsi və qaz paylayıcısı olan Cavabdehnə ziyan vurulması kimi qiymətləndirilə bilməz. Bundan başqa, iddiaçı məhkəməyə iddia ərizəsinə əlavə ilə müraciət edərək “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” tərtb olunmuş 30 apel 2021-ci il tarixli ******* saylı aktıbn etibarsız hesab edilməsini, “X2 dair Tələbnamə”nin ləğv edilməsini tələb etmədiyini göstərərək yalnız Cavabdeh İB-nin Xaçmaz X4 İdarəsinin 30 aprel 2021-ci il tarixli qərarı ilə hesablanmış 216 (iki yüz on altı) manat borcun silinməsini xahiş etmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddia ərizəsinə əlavədə göstərilən tələb üzrə Cavabdeh İB-nin Xaçmaz X4 İdarəsinin Qusar XS-nin əməkdaşları tərəfindən “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” tərtib olunmuş 30 aprel 2021-ci il tarixli ******* saylı akta əsasən Xaçmaz X4 İdarəsinin tərtib etdiyi “itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair” 30 aprel 2021-ci il tarixli qərar əsasında əsassız hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə qismən sübuta yetirmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İB-nin Xaçmaz X4 İdarəsinin “itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair” 30 aprel 2021-ci il tarixli komissiya qərarı əsasında İddiaçı hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №2(029)-112/2022
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-112/2022
13.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver