Məhkəmə qərarları › İş №2(029)-1131/2020

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-1131/2020

28.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-1131/2020 28.12.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlu, İddiaçı «xxxx» MMC-nin cavabdeh X3 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı «xxxx» MMC cavabdeh X3 qarşı kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********58884 olan Samung Galaxy J5 markalı telefon üçün 228 (iki yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, 22 (iyirmi iki) manat cərimə, xx xxxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən Asus VivoBook komputer və HP Wireless Mouse üçün 518 (beş yüz on səkkiz) manat ödənilməmiş hissə, 51 (əlli bir) manat cərimə, ümumulikdə 819 (səkkiz yüz on doqquz) manat borc və 30 (otuz) manat ödənilməmiş dövlət rüsumu olmaqla, cəmi 849 (səkkiz yüz qırx doqquz) manat cavabdeh X1 alınaraq iddiaçı «xxxx» MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X4 «xxxx» MMC ilə xx xxxxxxx 2018-ci il və xx xxxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********58884 olan Samsung Galaxy J5 markalı telefon, Asus VivoBook komputer və HP Wireless Mouse almış və nəticədə 819 (səkkiz yüz on doqquz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx xxxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən alqı-satq qiyməti 684 (altı yüz səksən dörd) manat (18 ay x 38 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********58884 olan Samsung Galaxy J5 markalı telefon üçün ümumulikdə 250 (iki yüz əlli) manat olmaqla ondan, 228 (iki yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, güzəşt olunaraq 22 (iyirmi iki) manat cərimə; xx xxxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1188 (bir min bir yüz səksən səkkiz) manat (18 ay x66 manat + manat ilkin ödəniş) Asus VivoBook komputer və HP Wireless Mouse üçün ümumilikdə 569 (beş yüz altmış doqquz) manat olmaqla, ondan 518 (beş yüz on səkkiz) manat ödənilməmiş hissə güzəşt olunaraq 51 (əlli bir) manat cərimə miqdarından borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1126 (bir min bir yüz iyirmi altı) manat təşkil edir. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. İşdə olan xx xxxxxxx 2018-ci il tarixli 00323061 saylı Müqavilədən görünür ki, X4 «xxxx» MMC-dən müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavəyə uyğun olaraq İMEİ Kodu **********58884 **********5882 olan Samsung Galaxy J5 2017 (SM-J530) DS markalı telefonu almışdır. İşdə olan xx xxxxxxx 2018-ci il tarixli Əlavə ödəniş cədvəlindən görünür ki, xx xxxxxxx 2018-ci il tarixli 00323061 saylı Müqavilədə nəzərdə tutulmuş əşyanı aylıq 38 (otuz səkkiz) manat ödəməklə «xxxx» MMC-yə qaytarmalıdır. İşdə olan xx xxxxxxx 2018-ci il tarixli 00345441 saylı müqavilədən görünür ki, X4 «xxxx» MMC-dən müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavəyə uyğun olaraq Asus VivoBook komputer və HP Wireless Mouse almışdır. İşdə olan xx xxxxxxx 2018-ci il tarixli Əlavə ödəniş cədvəlindən görünür ki, xx xxxxxxx 2018-ci il tarixli 00345441 saylı müqavilədə nəzərdə tutulmuş əşyanının ümumi məbləği olan 1188 (bir min bir yüz səksən səkkiz) manatı 18 ay müddəyinə aylıq 66 (altmış altı) manat ödəməklə «xxxx» MMC-yə qaytarmalıdır. İşdə olan «xxxx» MMC tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli Maliyyə və Ödəniş Cədvəlindən görünür ki, X2 İMEİ Kodu **********58884 olan Samung Galaxy J5 markalı telefon üçün 228 (iki yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, 22 (iyirmi iki) manat cərimə, xx xxxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən Asus VivoBook komputer və HP Wireless Mouse üçün 518 (beş yüz on səkkiz) manat ödənilməmiş hissə, 51 (əlli bir) manat cərimə, ümumulikdə 819 (səkkiz yüz on doqquz) manat borcu vardır. İşdə olan xx xxxxxxx 2020-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, «xxxx» MMC Qusar rayon Məhkəməsində iddia qaldırması ilə əlaqədar 30 (otuz) manat ödəblət rüsumu ödəmişdir. Beləliklə, ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, cavabdeh X4 «xxxx» MMC ilə xx xxxxxxx 2018-ci il və xx xxxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********58884 olan Samsung Galaxy J5 markalı telefon, Asus VivoBook komputer və HP Wireless Mouse almış, lakin müqavilənin şərtlərini pozaraq öhdəliyini lazımınca və vaxtında icra etməmiş və nəticədə iddiaçıya İMEİ Kodu **********58884 olan Samung Galaxy J5 markalı telefon üçün 228 (iki yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, 22 (iyirmi iki) manat cərimə, xx xxxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən Asus VivoBook komputer və HP Wireless Mouse üçün 518 (beş yüz on səkkiz) manat ödənilməmiş hissə, 51 (əlli bir) manat cərimə, ümumulikdə 819 (səkkiz yüz on doqquz) manat borcu yaranmışdır. İddiaçı həmin məbləğləri «xxxx» MMC-nin xeyrinə ödənilməsini tələb edir. İddiaçı məhkəmədə iddia qaldırılması üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmiş və həmin məbləği də cavabdehdən tələb edir. Cavabdeh tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Göründüyü kimi, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etməmişdir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas və cərimə borcunun məbləğlərini ayrıayrılıqda nəzərdən keçirib, maliyyə arayışını, ərizəyə əlavə edilmiş sənədləri əsas götürərək, hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia təmin edilməli, cavabdeh X1 xx xxxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********58884 olan Samung Galaxy J5 markalı telefon üçün 228 (iki yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, 22 (iyirmi iki) manat cərimə, xx xxxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən Asus VivoBook komputer və HP Wireless Mouse üçün 518 (beş yüz on səkkiz) manat ödənilməmiş hissə, 51 (əlli bir) manat cərimə, ümumulikdə 819 (səkkiz yüz on doqquz) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu, cəmi 849 (səkkiz yüz qırx doqquz) manat pul iddiaçı «xxxx» MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh X1 xx xxxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********58884 olan Samung Galaxy J5 markalı telefon üçün 228 (iki yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, 22 (iyirmi iki) manat cərimə, xx xxxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən Asus VivoBook komputer və HP Wireless Mouse üçün 518 (beş yüz on səkkiz) manat ödənilməmiş hissə, 51 (əlli bir) manat cərimə, ümumulikdə 819 (səkkiz yüz on doqquz) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu, cəmi 849 (səkkiz yüz qırx doqquz) manat pul iddiaçı «xxxx» MMC-nin xeyrinə tutulsun. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar