Məhkəmə qərarları › İş №2(029)-117/2023

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-117/2023

14.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-117/2023 14.02.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “sənədin şəxsə aid olması faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “sənədin şəxsə aid olması faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum valideynləri X14 və X5 adlarına verilmiş JN 0390 kod 30112028 saylı Torpağa Mülkiyyət X9ra - X14 və X6 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Qusar rayonunda torpaq islahatları keçirilərkən valideynləri X17 və X6 Qusar rayonunun Gican kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün 1,29 ha pay torpaq sahəsi mülkiyyətlərinə verilmiş və bu barədə Torpağa Mülkiyyət Hüququna Dair JN 0390 kod 30112028 olan Dövlət Aktı verilmişdir. Həmin aktda atası X13 adı Hacı əvəzinə səhvən Hacıyov kimi, ata adı isə İsmayıloviç əvəzinə İsmayıl oğlu kimi, anası X5 ata adı Abümüslüm əvəzinə səhvən Abulmiskin kimi yazılmışdır. X17 14 oktyabr 2012-ci il tarixdə, X11 isə 01 avqust 2010-cu il tarixdə vəfat etmişlər. Torpağa Mülkiyyət Hüququna Dair JN 390 kod 30112028 saylı Dövlət Aktında yol verilmiş və yuxarıda qeyd olunan uyğunsuzların aradan qaldırılması üçün onun tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixdə müraciət olunmuş, həmin müraciətə verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubunda Torpağa Mülkiyyət Hüququna Dair JN 390 kod 30112028 olan Dövlət Aktında qeyd olunmuş hüquq sahiblərinin soyad və ata adlarında yaranmış uyğunsuzluqların aradan qaldırılması və düzəlişlərin həyata keçirilməsi 5 saylı Ərazi İdarəsinin səlahiyyyətlərinə aid olmadığı bildirilmiş və bununla əlaqədar məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Ərizəyə əlavə edilmiş ölüm haqqında şəhadətnamələrin surətlərindən də görünür ki, həmin sənədlərdə mərhum X13 adı həqiqətən Hacı, ata adı İsmayıloviç, mərhum X5 ata adı həqiqətən Abümüslümdür. Bu xüsusat Qusar RİHB-nın Düztahir kənd İƏDÜ Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 255№-li arayışı ilə də bir daha təsdiq edilir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq edərək izahatında bildirmişdir ki, onun mərhum atasına və anasına dövlət tərəfindən Qusar rayonu Gican kəndi ərazisində verilmiş pay torpaq sahələri verilmişdir. Həmin pay torpaq sahələrin verilməsinə dair dövlət aktında atasının adı Hacıyov, ata adı İsmayıl oğlu, anasının atasının adı isə Abdulmiskin yazılmışdır. Atasının adı, soyadı və ata adı X17, anasının adı, soyadı və ata adı X7r. O, özünün və uşaqlarının adlarına verilmiş torpaq sahələrinə çıxarışlar çıxartmışdır. Valideynlərinin adlarına verilmiş torpaq sahələrinə çıxarışlar çıxartmaq istəyəndə reyestr xidmətindən məhkəməyə müraciət etməsini bildirmişlər. Hal-hazırda məhkəməyə müraciət etməsinin səbəbi onun mərhum valideynlərinin adına olan torpaq sahəsinə çıxarış çıxartmaqdır. Həmin dövlət aktında onun mərhum atası X13 adı və ata adı, mərhum anası X5 ata adı düz yazılmadığından o, həmin torpaq sahəsinə çıxarış ala bilmir. O, həmin sahələrdən mal-qara üçün ot çalır. Buna görə də o, vəkilə müraciət edərək məhkəməyə ərizə yazdırmışdır. Odur ki, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4 və 185.6-cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, ərizəçinin izahatını dinləyərək, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Belə ki, işdə olan KOD 30112028 JN-0390 saylı torpağa mülkiyyət hüququna X21 surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 14 iyul 2000-ci il tarixli 08/04 saylı qərarı və Qusar rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli 2-174a saylı qətnaməsi ilə Qusar rayonu Gican kəndində yerləşən 1.29 ha torpaq sahəsi X8 və X4 xüsusi mülkiyyətlərinə verilmişdir. İşdə olan AZ-İ 411024 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 01 avqust 2010-cu il tarixdə Qusar rayonu Gican kəndində ölmüşdür. İşdə olan AZ-İ 540630 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 14 oktyabr 2012-ci il tarixdə Qusar rayonu Gican kəndində ölmüşdür. İşdə olan Qusar RİHB-nın Düztahir kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 21 iyun 2022-ci il tarixli 255 saylı arayışdan görünür ki, KOD 30112028 JN-0390 saylı torpağa mülkiyyət hüququna dair X20 rayonun Gican kənd sakinləri olmuş mərhum X13 adı səhvən X3, mərhum X5 adı səhvən X1 yazılmışdır. Əslində isə onların adları X17 və X2 yazılmalı və oxunmalıdır. İşdə olan Qusar rayon Notariat ofisindən verilmiş 03 noyabr 2021-ci il tarixli X-1185 saylı məktubdan görünür ki, Ərizəçi X13 və X5 vərəsələri sırasına daxildir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********29 saylı məktubdan görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon Şöbəsi tərəfindən verilmiş torpağa mülkiyyət hüququna dair JN-390 (kod ********) nömrəli Dövlət aktında qeyd olunmuş hüquq sahibinin ata adında yaranmış uyğunsuzluğu aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Bununla bağlı məhkəməyə müraciət etməsi Ərizəçi tövsiyə olunmuşdur. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən təqdim edilmiş KOD 30112028 JN-0390 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı həmin şəxs üçün hüquq müəyyənedici sənəddir, belə ki, həmin sənəd əsasında o, həmin Dövlət Aktında göstərilən torpaq sahəsinə dair vərəsəlik hüquqlarını həyata keçirməlidir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, KOD 30112028 JN-0390 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında hüquq sahibi kimi qeyd olunmuş şəxslər məhz X17 və X7r, lakin həmin Dövlət Aktında yuxarıda qeyd olunan səhvlərə yol verilmişdir. Bu hal məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə tam təsdiq olunur. Ona görə də, həmin dövlət aktının mərhumlar X14 və X6 məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. Ərizəçi mərhum valideynləri X13 və X5 adlarına verilmiş JN 0390 kod 30112028 saylı Torpağa Mülkiyyət X9ra- yəni, X14 və X6 məxsus olması faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar