Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-1173/2020 23.12.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Kazımov Rafiq Vəli oğlu İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı torpağa mülkiyyət hüququna dair Dövlət Aktlarının, daşınmaz əmlakın alqı-satqı müqavilələrinin və daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışların etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinə baxaraq, Müəyyən etdim: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı torpağa mülkiyyət hüququna dair Dövlət Aktlarının, daşınmaz əmlakın alqı-satqı müqavilələrinin və daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışların etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı torpağa mülkiyyət hüququna dair Dövlət Aktlarının, daşınmaz əmlakın alqı-satqı müqavilələrinin və daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışların etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməməklə təqdim edildiyindən icraata qəbul edilməməli və geri qaytarılmalıdır. Belə ki, torpağa mülkiyyət hüququna dair Dövlət Aktlarının etibarsız hesab edilməsinə dair mübahisələrə mülki məhkəmə icraatı qaydasında birinci instansiya məhkəmələri tərəfindən deyil, inzibati məhkəmələr tərəfindən baxılmalıdır. Bundan əlavə iddia ərizəsinə əlavə olunmuş sənədlərin surətləri işdə iştirak edən şəxslərə verilməsi üçün tərəflərin sayına uyğun əlavə olunmamışdır. Azərbaycan Respublikasının MPM-nin 153.2, 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Beləliklə, işə məhkəmə qaydasında baxılmalı olmadığından hesab edirəm ki, hazırkı iddianın yol verilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalı və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Həmçinin, iddiaçıya aidiyyatı üzrə inzibati məhkəməsinə müraciət etməli olduğu izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 153, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı torpağa mülkiyyət hüququna dair Dövlət Aktlarının, daşınmaz əmlakın alqı-satqı müqavilələrinin və daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışların etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina olunsun və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı aidiyyatı üzrə inzibati məhkəməyə müraciət etməli olduğu izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar.
Məhkəmə qərarları › İş №2(029)-1173/2020
Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-1173/2020
23.12.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver