Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-118/2021 27.01.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X13rşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X13rşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X4”nun, “X10”nun, “Ərizəçi2 Salaməddin oğlu”nun və “Ərizəçi3 Salaməddin qızı”nın adlarına verilmiş JN:101A KOD 30107028 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin onlara- yəni Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Ərizəçilər ərizəni onunla əsaslandırmışlar ki, Qusar rayonunda torpaq islahatları keçirilərkən onların mülkiyyətlərinə Qusar rayonu Bədişqala kəndi ərazisindən 0,11 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin həyətyanı torpaq sahəsinə onların mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon Şöbəsi tərəfindən təsdiq olunmuş JN-101A KOD 30107028 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə təsdiq edilir. Həmin Şəhadətnamədə Ərizəçi1 adı səhvən “Salaməddin”, ərizəçilər Ərizəçi2 və Ərizəçi3 ata adları səhvən “Salaməddin” qeyd edilmişdir. Ərizəçi1 1999-cu il təvəllüdlü Səlimov Beyda Samuddin oğlu adlı bir oğlan uşağı olmuşdur. Həmin uşaq xx xxxxxx 2000-ci il tarixdə vəfat etmişdir. X11 torpaq islahatları başlayandan sonra anadan olduğu üçün ona torpaq payı düşməmişdir. Lakin, buna baxmayaraq ərizəçilərin adlarına verilmiş həmin Şəhadətnamədə səhvən mərhum X6 da adı qeyd edilmiş, həm də onun adı təhrif olunaraq “X10” kimi qeyd edilmişdir. Belə bir şəxs nə onların ailə üzvləri arasında yoxdur, nə də ki, Qusar rayonu Bədişqala kəndində yaşamır. Bu yaxınlarda onlar həmin Şəhadətnamədə olan torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən müvafiq sənədlərin alınması üçün maraqlı şəxs DƏDRX-nin 5 saylı X16 müraciət etmişlər. Lakin, məlum Şəhadətnamədə yuxarıda göstərilən səhvlər olduğu üçün həmin idarə sənədləri verməkdən imtina etmişdir. Ona görə də, həmin Şəhadətnamənin onlara məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Həqiqətən də, Ərizəçi1 adının “Samuddin”, ərizəçilər Ərizəçi2 və Ərizəçi3 ata adlarının isə “Samuddin” olması ərizəyə əlavə edilmiş şəxsiyyətlərini təsdiq edən sənədlərlə təsdiq olunur. Bu faktı bir çox şahidlər də təsdiq edə bilərlər. Bundan əlavə JN- 101A KOD 30107028 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə səhvən mərhum X6 adının da, özü də təhrif edilmiş şəkildə “X10” kimi qeyd edilməsi, belə bir şəxsin Qusar rayonu Bədişqala kəndində, Gedəzeyxur kənd icra nümayəndəliyinin ərazisində yaşamaması həmin nümayəndəliyin müvafiq arayışları ilə təsdiq edilir. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizədə göstərilən halları təsdiq etmişlər və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Ərizəçi3 və maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X15 nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, həmin şəxslər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.6-cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, ərizəçlərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan JN:101A KOD 30107028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Qusar rayon X8 xx xxx 1998-ci il tarixli 7/3 nömrəli qərarı ilə Qusar rayonu Bədişqala kəndində yerləşən 0.11 ha torpaq sahəsi X1, X7, Ərizəçi2 Salaməddin oğlunun və Ərizəçi3 Salaməddin qızının xüsusi mülkiyyətlərinə verilmişdir. İşdə olan Qusar rayon İHB-nın Gedəzeyxur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 477 saylı arayışdan görünür ki, JN:101A kod 30107028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə X4 əvəzinə Ərizəçi1, Ərizəçi2 Salaməddin oğlu əvəzinə Ərizəçi2 və Ərizəçi3 Salaməddin qızı əvəzinə Ərizəçi3 oxunmalıdır. İşdə olan Qusar rayon İHB-nın Gedəzeyxur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 483 saylı arayışdan görünür ki, X10 adlı şəxs Qusar rayonu Bədişqala kəndində yaşamır. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli İ- AZ 048876 saylı doğum haqqında arayışdan görünür ki, X11 xx.xx.1999-cu il tarixdə anadan olmuş, atası Ərizəçi1, anası X3r. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AZ 038117 saylı ölüm haqqında arayışdan görünür ki, X11 xx.xx.2000-ci il tarixdə ölmüşdür. İşdə olan Qusar rayon İHB-nın Gedəzeyxur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 881 saylı arayışdan görünür ki, Ərizəçi1 ailə üzvlərinin adlarına verilmiş JN-101A KOD 30107028 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə xx xxxxxx 2000-ci il tarixdə vəfat etmiş oğlu X6 adı səhvən qeyd edilmiş, həm də təhrif edilmiş şəkildə “X10” kimi qeyd edilmişdir. X2 1999-cu ildə anadan olmuş, xx xxxxxx 2000-ci il tarixdə vəfat etmişdir. X11 1999-cu ildə, yəni Qusar rayonu Bədişqala kəndində torpaq islahatları başlayandan sonra anadan olduğu üçün ona Bədişqala kəndi ərazisindən həyətyanı və ya pay torpaq sahəsi düşməmişdir. JN-101A KOD 30107028 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə də X6 adı səhvən qeyd edilmiş, həm də təhrif edilmiş şəkildə “X10” kimi qeyd edilmişdir. Əslində JN-101A KOD 30107028 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə Ərizəçi1 və onun uşaqları Ərizəçi2 və X5 adlarına verilmişdir. Qusar rayonu Bədişqala kəndində, habelə Gedəzeyxur kənd icra nümayəndəliyinin ərazisində “X10” adlı şəxs yaşamır və bundan əvvəl də yaşamamışdır. İşdə olan AA 1556823, Seriya AZE 0******* və Seriya ******** saylı şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, ərizəçilərin soyadları, adları və ata adları müvafiq olaraq “Ərizəçi1”, “Ərizəçi2” və “Ərizəçi3” dır. İşdə olan vətəndaşların şəxsiyyət vəsiqələri barədə elektron məlumatların çıxarışlarından görünür ki, “X4”, “X10”, “Ərizəçi2 Salaməddin oğlu” və “Ərizəçi3 Salaməddin qızı” adlı şəxslər mövcud deyildir. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizəçilər tərəfindən təqdim edilmiş Qusar rayonu Bədişqala kəndində yerləşən 0.11 ha torpaq sahəsinə dair verilmiş KOD 30107028 JN:101A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə onlar üçün hüquq müəyyənedici sənəddir, belə ki, həmin sənəd əsasında onlar qanunla müəyyən edilmiş qaydada sərəncam hüquqlarını həyata keçirməlidirlər. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, Qusar rayonu Bədişqala kəndində yerləşən 0.11 ha torpaq sahəsinə dair verilmiş şəhadətnamədə hüquq sahibləri kimi göstərilmiş şəxslər məhz ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3dır. Bu hal məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə tam təsdiq olunur. Həmin şəhadətnamədə adı qeyd olunmuş X10 isə əslində birgə mülkiyyətçilərin siyahısına daxil deyil və onun adı səhvən şəhadətnamədə göstərilmişdir. Ona görə də, həmin şəhadətnamənin yalnız Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçilərin öz tələblərinin əsası kimi istinad etdikləri hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X4”nun, “X10”nun, “Ərizəçi2 Salaməddin oğlu”nun və “Ərizəçi3 Salaməddin qızı”nın adlarına verilmiş JN:101A KOD 30107028 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(029)-118/2021
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-118/2021
27.01.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver