Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-118/2023 12.06.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, cavabdehlər Cavabdeh1, Qusar rayon Notariat Ofisinə, üçüncü şəxslər X4, X1, X5, X6 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız sayılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, cavabdehlər Cavabdeh1, Qusar rayon Notariat Ofisinə, üçüncü şəxslər X4, X1, X5, X6 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız sayılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, 2(029)- 118/2023 nömrəli mülki iş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının aparılması üçün müəyyən sənədlərin nümunələri təqdim olunmalıdır. Tədqiq olunan ərizələr və nümunələr arasında il fərqi çox olduğundan əlavə nümunələrin təqdim olunması zərurəti yaranmışdır. Həmin sənədlərin təqdim olunması üçün müəyyən vaxt tələb olunduğundan sənədlərin təqdim olunması üçün iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etmişdir. Odur ki, iddia ərizəsini və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Qusar rayon Notariat Ofisinin nümayəndəsi, üçüncü şəxslər X4, X2, X7, X8 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4, 185.5 və 185.6-cı maddələrinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, İddiaçı mülki işin baxılmamış saxlanması barədə ərizə verilmiş və ona görə də, həmin mülki iş baxılmamış saxlanmalıdır. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Hal-hazırda İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, cavabdehlər Cavabdeh1, Qusar rayon Notariat Ofisinə, üçüncü şəxslər X4, X1, X5, X6 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız sayılması tələbinə dair iddiası üzrə məhkəmədə işə baxılması üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı qərardad qanuni qüvvəyə mindikdən sonra geri qaytarılmalı və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qusar rayon maliyyə şöbəsinə tapşırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM–nin 259, 260, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, cavabdehlər Cavabdeh1, Qusar rayon Notariat Ofisinə, üçüncü şəxslər X4, X1, X5, X6 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız sayılması tələbinə dair mülki iş baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, cavabdehlər Cavabdeh1, Qusar rayon Notariat Ofisinə, üçüncü şəxslər X4, X1, X5, X6 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız sayılması tələbinə dair iddiası üzrə məhkəmədə işə baxılması üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı qərardad qanuni qüvvəyə mindikdən sonra qeri qaytarılsın və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qusar rayon maliyyə şöbəsinə tapşırılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-118/2023
Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-118/2023
12.06.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver