Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-119/2022 13.01.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş aktın etibarsız hesab edilməsinə və əsassız hesablanmış borcun silinməsinə dair iddia ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş aktın etibarsız hesab edilməsinə və əsassız hesablanmış borcun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tarixi məlum olmayan ******* saylı aktın etibarsız hesab edilməsi, hesablanmış 846.24 (səkkiz yüz qırx altı manat iyirmi dörd qəpik) manatın silinməsinə və Kapital Banka ödənilmiş 10 manat dövlət rüsumunun ona qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmçinin iddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinin tələblərinə uyğun olaraq iddia tələbinin həcmini azaldılması barədə məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, Cavabdeh Xaçmaz X4 İdarəsinin Qusar Qaz İstismarı Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş aktın etibarsız hesab edilməsini, 10 manat rüsumun qaytarılmasını tələb etmir, əsassız hesablanmış borcun silinməsini isə tələb edir. Odur ki, Cavabdeh İB-nin Xaçmaz Regional Qİİ-nin qərarı ilə hesablanmış 846.24 (səkkiz yüz qırx altı manat iyirmi dörd qəpik) manat borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı və ona əlavəni onunla əsaslandırmışdır ki, 02.03.2018-ci il tarixdə Qusar rayon X2 nümayəndələri evinə gələrək ona bildirmişlər ki, küçədə quraşdırılmış qaz sayğacının qabaq şüşəsi sındırılmışdır. Sayğacın qabaq şüşəsinin sındırılması barədə onun xəbəri olmamışdır. Qusar rayon X2 nümayəndələri ona demişlər ki, sayğac dəyişdirilməlidir və bu barədə sayğacın dəyişdirilməsi barədə Qaz idarəsi tərəfindən küçədə quraşdırılmış BK-G;T markalı, 10584891 zavod nömrəli, 0000 kub.metr göstəricili qaz sayğacını BK-G4T markalı sayğac ilə əvəz etmişlər. Bu barədə 02.03.2018-ci il tarixdə ******* saylı akt tərtib etmişlər. Həmin sayğacın üzərində qüsurun olmadığı üçün o, sayğacın dəyişdirilməsi ilə razı olmuş və həmin akta imza etmişdir. Bundan sonra, Qusar rayon X2 nümayəndələri ona bildirmişlər ki, sayğac növbədən kənar dövlət yoxlanılmasına, Bakı şəhərinə ekspertizaya göndərilməlidir və cavab gələndən sonra ona məlumat veriləcəkdir. Qaz idarəsinin nümayəndələri tərəfindən sayğac xətdən açılaraq dövlət yoxlanılmasına aparılarkən təhlükəsizlik qaydalarına riayət edilməyərək digər dəmir qırıntıları olan xidməti maşına atılmış və həmin sayğac ekspertizaya göndərilmişdir. 2018ci ildə evinə tarixi məlum olmayan qəbz gəlmiş və ona məlum olmuşdur ki, ona 899.94 (səkkiz yüz doxsan doqquz manat doxsan dörd qəpik) manat ziyan hesablanmışdır. Bundan sonra o, dərhal Qusar rayon X5 yollanmış və orada 8 saylı otaqda oturan Müxlisə adlı qadına yaxınlaşıb öz problemini ona danışmışdır. Onun dərdinə guya şərik olan Müxlisə adlı işçi onun qabağına boş qırmızı vərəq qoyaraq ona bildirmişdir ki, həmin kağızda o, imza etməlidir. Onun yanında oturan cavan oğlan ona irad tutaraq bildirmişdir ki, niyə ona boş vərəqə imza çəkdirir. Onların danışıqlarına heç bir əhəmiyyət verməyərək o, imza etmişdir. Müxlisəyə çox inandığı üçün bunu etmişdir. Sonradan Müxlisə ona sənədləri verəndə guya təəccüblənərək bildirmişdir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh MSK-28/1710-00152-1 saylı akta əsasən 25.04.2018-ci il tarixdə İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənayə və məişət qaz sayğaclarının kalibrləmə laboratoriyasında baxış keçirən zaman ona məxsus ******* zavod nömrəli qaz sayğaca verilmiş “xətalar normadan artıqdır, sayğacın hesablama mexanizminin qapağı və şüşəsi kənar təsir nəticəsində sındırılmışdır” kimi müəyyən edilmiş və bu rəyə əsasən Qusar rayon X2 nümayəndələri guya onun tərəfindən sayğaca müdaxilə edilməsini əsas gətirərək təbii qazdan istifadə qaydalarının pozulması haqqında tarixi məlum olmayan ******* nömrəli akt tərtib etmişlər. Tarixi məlum olmayan ******* nömrəli akta əsasən isə ona 846.24 (səkkiz yüz qırx altı manat iyirmi dörd qəpik) manat məbləğində guya itirilmiş qazın bərpası hesablanmışdır. Bildirir ki, istifadə etdiyi qaza görə hər zaman vaxtı-vaxtına ödənişlərini etmiş və böyük məbləğdə borcu heç vaxt olmamışdır. Evində kombi isitilik sistemi yoxdur. Hesab edir ki, tərtib olunmuş tarixi məlum olmayan ******* nömrəli akt aşağıdakı səbəblərə görə etibarsız hesab edilməlidir: 1. Ünvanında quraşdırılmış sayğac evindən kənarda küçədə örtüksüz quraşdırılmışdır. 2. Sayğacın kimin tərəfindən sındırılması ona məlum deyil və qaz idarəsinin işçiləri sayğacın kimin tərəfindən sındırılmasını ona sübut edə bilməmişlər. Odur ki, məcbur olub yuxarıda qeyd edilən məsələ ilə bağlı məhkəməyə müraciət etmişdir. Qeyd edir ki, qazdan istifadə qaydalarının 4.7-ci bəndində göstərilir ki, sayğacların üzərindəki plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Lakin, onun evinə quraşdırılmış qaz sayğacı evindən aralıda küçədə örtüksüz quraşdırılmışdır. Həmin sayğacın kim və yaxud kimlər tərəfindən əzilməsi ona məlum deyildir. Sayğaca zərəri küçədən keçən hər hansısa bir şəxs də vura bilər. Məsələn, sayğacın daşla vurub sındırılması, üzərindəki plombların qırılması, elə onun başına gələn hadisə kimi şüşəsinin sındırılması və s. Belə olan halda nəyə görə onun barəsində protokol tərtib edilməsi və 899.94 (səkkiz yüz doxsan doqquz manat doxsan dörd qəpik) manat məbləğində guya itirilmiş qazın bərpası hesablanması ona məlum deyil. Hətta, əgər bu məbləği ödəməsə də qaz təchizatının dayandırılacağını və məhkəməyə müraciət edəcəkləri ilə hədə qorxu gələrək əsassız hesablanmış məbləği ondan istəmələri onu çox narahat edir. Bütün bu sualların cavabını axtarmaq üçün o, Qusar rayon X5 getmiş və idarə işçiləri ilə görüşmüşdür. Məsələ barəsində tam ətraflı məlumat vermiş və bu işdə günahı olanların cəzalandırılmasını və əsassız hesablanmış cərimənin silinməsi barədə onlardan xahiş etmişdir. Lakin, onlar bildirmişlər ki, həmin borcu o, ödəməlidir. Hesab edir ki, hesablanmış məbləğ və qəbul olunmuş qərar qanunsuzdur və təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş akt əsasında hesablanmış borc silinməlidir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, ərizəni müdafiə edir və iddianın təmin edilməsini xahiş edir. Bundan başqa bildirir ki, o, səhhəti ilə bağlı məhkəmə iclaslarına gələ bilmir. Ona görə də işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan Cavabdeh Xaçmaz X3 İdarəsi tərəfindən tərtib edilmiş «təbii qazdan istifadə qaydalarının pozulması haqqında» ******* saylı tarixi olmayan aktdan görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən müəyyən olunmuşdur ki, İTRİ-nin Akt №25/1710-00152- 1 rəyinə əsasən xətalar normadan artıqdır. Sayğacın hesablama mexanizminin qapağı və şüşəsi kənar təsir nəticəsində sınmışdır. Həmçinin, qeyd edilmişdir ki, dəymiş ziyan hesablansın və dəyəri ödənilsin. İşdə olan Cavabdeh Xaçmaz X3 İdarəsi tərəfindən tərtib edilmiş 30 aprel 2018-ci il tarixli itirilmiş qazın bərpası üzrə tələblərə dair qərarın surətindən görünür ki, 30 aprel 2018-ci il tarixli ******* saylı akt əsasında İddiaçı itirilmiş qazın bərpası üzrə cəmi 4231.2 kub.metr qaz sərfiyyatı hesablanmışdır. İşdə olan ünvan 1 ünvanında yerləşən abonentin saldosundan görünür ki, istehlakçıya 846.24 (səkkiz yüz qırx altı manat iyirmi dörd qəpik) manat borc hesablanmışdır. İşdə olan 27 aprel 2018-ci il tarixli MSK-29/1710-00152-1 saylı aktdan görünür ki, zavod nömrəsi ******* olan sayğaca ümumi baxış keçirilən zaman sayğacın hesablama mexanizminin qapağı və şüşəsi kənar təsir nəticəsində sınmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qazdan istifadə qaydaları haqqında qərarın 4.2-ci bəndində qeyd olunmuşdır ki, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5-2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmçinin həmin Qaydaların 6.7. bəndinə görə qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyət orqanlarının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və hüquqi şəxslərin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə hesab edir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı, istehlakçı tərəfindən qazın hesabı tam ödənilməlidir. İstehlakçı fiziki şəxs olarsa, onun qaz sayğacı ilə təchiz edilməsi, quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı dayışır. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan yaşayış evi qaz ilə təchiz edilib, quraşdırılmış sayğacın işlək vəziyyətdə olmasına görə məsuliyyəti iddiaçı deyil, qaz paylayıcı olan cavabdeh daşıdığından, həmin sayğaca iddiaçı tərəfindən müdaxilə edilməsi cavabdeh tərəfindən sübuta yetirilə bilmədiyinə görə iddiaçı barəsində mülki hüquq məsuliyyətinin yaranmasına görə qərar qəbul edilməsi əsaslı hesab edilə bilməz. Belə olan halda qaz sayğacının yararsız vəziyyətə düşməsi nəticəsində hər hansı borc məbləği kimi pul abonentdən tələb edilə bilməz. Göründüyü kimi Cavabdeh Xaçmaz X3 İdarəsi Qusar Qaz Xidməti Sahəsi tərəfindən istehlakçı İddiaçı ünvan 1 ünvanında yerləşən evi üçün quraşdırılmış ******* saylı qaz sayğacının hesablama mexanizminin qapağı və şüşəsi kənar təsir nəticəsində sınıq olması müəyyən edilmiş, lakin həmin vaxt həmin sayğaca məhz istehlakçı İddiaçı tərəfindən müdaxilə olunması müəyyən edilməmişdir. Belə olan halda, həmin sayğacın hesablama mexanizminin qapağının və şüşəsinin kənar təsir nəticəsində sınması İddiaçı tərəfindən hər hansı şəkildə sayğaca müdaxilə olunması, həmçinin sayğacın hər hansı şəkildə zədələnməsi şübhə doğurur. Belə ki, həmin sayğac İddiaçı evindən kənarda, açıq vəziyyətdə, örtük və ya qutu olmadan quraşdırılmışdır. Bu səbəbdən də, İddiaçı həmin sayğacın tamlığının qorunmasında cavabdehlik daşıya bilməzdi. Bundan başqa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qazdan istifadə qaydalarının tələblərinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən). Həmçinin, həmin qaydalara görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Bundan başqa, qaz sayğacının zədələnməsində istehlakçı İddiaçı təqsiri heç bir sənədlə və ya sübutla təsdiq olunmur və onun həmin sayğaca müdaxilə etməsi əsaslandırılmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, İddiaçı evi üçün quraşdırılmış qaz sayğacının hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və şüşənin kənar təsir nəticəsində sınıq olması məhz onun tərəfindən həmin sayğaca müdaxilə edilməsi və qaz paylayıcısı olan Cavabdehnə ziyan vurulması kimi qiymətləndirilə bilməz. Bundan başqa iddiaçı məhkəməyə iddia ərizəsinə əlavə ilə müraciət edərək Cavabdeh İB-nin Xaçmaz X4 İdarəsinin Qusar XS-nin əməkdaşları tərəfindən “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” tərtb olunmuş ******* saylı aktın etibarsız hesab edilməsini, 10 manat rüsumun qaytarılmasını tələb etmədiyini göstərərək yalnız hesablanmış 846.24 (səkkiz yüz qırx altı manat iyirmi dörd qəpik) manat məbləğində borcun silinməsini xahiş etmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddia ərizəsinə əlavədə göstərilən tələb üzrə Xaçmaz X4 İdarəsinin “itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair” komissiyanın 30 aprel 2018-ci il tarixli qərarı əsasında əsassız hesablanmış 846.24 (səkkiz yüz qırx altı manat iyirmi dörd qəpik) manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə qismən sübuta yetirmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İB-nin Xaçmaz X4 İdarəsinin “itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair” komissiyanın 30 aprel 2018-ci il tarixli qərarı əsasında İddiaçı əsassız hesablanmış 846.24 (səkkiz yüz qırx altı manat iyirmi dörd qəpik) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №2(029)-119/2022
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-119/2022
13.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver