Məhkəmə qərarları › İş №2(029)-123/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-123/2025

13.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-123/2025 13.03.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 25 yanvar 2006cı il tarixli 17/4-39 saylı Qusar rayon Bələdiyyəsi tərəfindən verilmiş “X2 fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin satılması haqqında” qərarın ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir Ərizə onunla əsaslandırılmışdır ki, o, 2006-cı ildə Qusar rayon Bələdiyyəsindən fərdi yaşayış evinin tikintisi məqsədilə 800 kv/metr sahəsi olan torpaq sahəsini satın almışdır. Bu barədə ona Qusar rayon Bələdiyyəsinin 25 yanvar 2006-cı il tarixli “X2 fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin satılması haqqında” qərarı təqdim olunmuşdur. Həmin qərarda onun adı səhvən Aydəmirov “Şafik” Mirzə oğlu kimi yazılmışdır. Halbuki, ona məxsus bütün sənədlərdə adı “Safik” qeyd edilmişdir. Sözü gedən Bələdiyyə qərarında adının səhv yazılması ilə əlaqədar Qusar rayon Bələdiyyəsinin arayışı ilə birlikdə yuxarıda qeyd olunan uyğunsuzların aradan qaldırılması üçün onun tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət olunmuş, həmin müraciətə verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubunda Qusar rayon Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 14/4-39 nömrəli qərarında adı X1 qeyd edildiyindən onun adına çıxarış verilməsindən imtina edilmişdir. Bununla əlaqədar məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Ərizəyə əlavə edilmiş ona məxsus sənədlərdən və Qusar rayon Bəədiyyəsinin arayışından görünür ki, 25 yanvar 2006-cı il tarixli “X2 fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin satılması haqqında qərarı ona aiddir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, ərizəni müdafiə edir, təmin edilməsini məhkəmədən xahiş edir. Bundan əlavə bildirmişdir ki, şəxsi işləri ilə əlaqədar məhkəmə iclasına gələ bilmir, iş üzrə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4 və 185.6-cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Belə ki, işdə olan 25 yanvar 2006-cı il tarixli 14/4-39 saylı X2 fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin satılması haqqında Qusar Bələdiyyəsinin qərarının surətindən görünür ki, X3 Qusar şəhərinin baş planına uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün şəhərin Yeni yaşayış massivinin 8-ci paralel küçəsində 800,0 kv. metr torpaq sahəsi 272 (800,0 m2 X 34 qəpik ) manata satılması qərara alınmışdır. İşdə olan Torpaqların alqı-satqısına dair aktın surətindən görünür ki, fərdi yaşayış evinin tikintisi üçün 8-ci paralel küçə ərazisində 0.08 ha torpaq sahəsinin satılması barədə 2006-cı il 25 yanvar tarixli 14/4-39 nömrəli qərara əsasən X2 həmin torpaq 272 manata satılmışdır. İşdə olan AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1967-ci ildə Qusar rayonu Böyük Muruq kəndində anadan olmuşdur. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, 25 yanvar 2006-cı il tarixli 17/4-39 saylı Qusar rayon Bələdiyyəsi tərəfindən verilmiş “X2 fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin satılması haqqında” qərar Ərizəçi məxsusdur. Hakin həmin qərarda yuxarıda qeyd olunan səhvə yol verilmişdir. Bu hal məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə tam təsdiq olunur. Ona görə də, həmin qərarın Ərizəçi məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçi öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. 25 yanvar 2006-cı il tarixli 17/4-39 saylı Qusar rayon Bələdiyyəsi tərəfindən verilmiş “X2 fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin satılması haqqında” qərarın Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar