Məhkəmə qərarları › İş №2(029)-1295/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-1295/2025

23.02.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-1295/2025 23.02.2026 QUSAR RAYON MƏHKƏMƏSİ X30 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X12, Cavabdeh2, üçüncü şəxslər X3, X4 və X15 iştirakları ilə İddiaçı Cavabdeh2 qarşı mirasa dair vərəsəlik müəyyən olunmaqla mirasın mülkiyyətə verilməsinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh2 qarşı mirasa dair vərəsəlik müəyyən olunmaqla mirasın mülkiyyətə verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2000-ci il tarixdə vəfat etmiş X9 miras kütləsinə daxil olan, Qusar rayonu Bədişqala kəndində yerləşən 1.96 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ½ hissəsinə və xx.xx.2011-ci il tarixdə vəfat etmiş X10 miras kütləsinə daxil olan, Qusar rayonu Bədişqala kəndində yerləşən 1.96 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ½ hissəsinə dair onun vərəsəlik hüququnun tanınması və həmin əmlakların qanun üzrə vərəsəlik qaydasında mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 12 may 1998-ci il tarixli 7/3 saylı qərarı ilə Qusar rayonu Bədişqala kəndində yerləşən 1.96 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X2nun və anası X10 mülkiyyətinə verilmiş və torpaq sahəsi ümumi birgəlik əsasında xüsusi mülkiyyət hüququ üzrə həmin şəxslərin adlarına qeydiyyata alınmaqla KOD 30107028 JN:180 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. X2 01 dekabr 2000-ci il tarixdə, anası X17 isə 14 sentyabr 2011-ci il tarixdə vəfsat etmişlər. Vəfat etdikdən sonra özündən başqa qanun üzrə vərəsələri kimi qardaşı X13, qardaşı X21, qardaşı X14, qardaşı X5. Mərhumların ölümündən sonra onların mirasını faktiki olaraq qəbul etməklə idarə edir, onlara sahiblənməklə təyinatına uyğun istifadə edir. Torpaq sahəsinin 2 nəfər birgə mülkiyyətçiləri arasında torpaq paylarına dair razılaşma olmamış, buna görə də, mülkiyyətçilərin mülkiyyət payları bərabər olmaqla hər birinin mülkiyyət payı 1/2 hissə təşkil etməlidir. Bununla da, Qusar rayonu Bədişqala kəndində yerləşən 1.96 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/2 hissəsi mərhum X2nun, ½ hissəsi isə mərhum anası X10 miras kütləsinə daxildir. Mərhum valideynləri vəfat etdikdən sonra onların miras əmlakları onun tərəfindən faktiki olaraq qəbul olunmaqla onun sahibliyinə, istifadəsinə və idarəçiliyinə keçmişdir. Mərhum valideynlərinin digər qanun üzrə vəsərələri onun həmin mirasları qəbul etməmiyə etiraz etməmişlər, bu barədə ona qarşı hər hansı tələbləri olmamış, mirasla bağlı mübahisə yaratmamışlar. Lakin, mərhum valdeynlərinin qanun üzrə birinci dərəcəli vərəsələrindən olan qardaşı Cavabdeh2 mirasın onun adına rəsmiləşdirilməsinə etiraz etmişdir. O, vərəsə olaraq mərhum valideynlərinin mirasını, mirasın qəbul edilməsinin faktiki üsulu ilə qəbul etmişdir. Onun mirası qəbul etməyinə və ona sahiblənməyinə faktiki olaraq heç bir vərəsənin etirazı olmamış, əksinə buna razı olmuşlar. Buna baxmayaraq, Cavabdeh2 notariat orqanına mirasın onun adına rəsmiləşdirilməsinə razı olması barədə ərizə vermir. Mərhum valideynləri vəfat etdikdən sonra onların mirasını yalnız onun qəbul edilməsinin faktiki üsulu ilə o, qəbul etdiyindən, Cavabdeh2 isə mirası qəbul etmək niyyətində olmadığından, bu istiqamətdə vərəsə kimi heç bir hərəkətlər etmədiyindən hazırkı halda həmin şəxsin mərhum valdeynlərinin mirasından pay tələb etmək hüququ mövcud deyil. Hesab edir ki, xx.xx.2000-ci il tarixdə vəfat etmiş X9 miras kütləsinə daxil olan, Qusar rayonu Bədişqala kəndində yerləşən 1.96 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ½ hissəsinə və xx.xx.2011-ci il tarixdə vəfat etmiş X10 miras kütləsinə daxil olan, Qusar rayonu Bədişqala kəndində yerləşən 1.96 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ½ hissəsinə dair onun vərəsəlik hüquqları tanınmalı və həmin əmlaklar qanun üzrə vərəsəlik qaydasında mülkiyyətinə verilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X20 iddianı müdafiə etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat verib iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı ilə miras əmlakların bərabər şəkildə bölünməsi barədə razılığa gəlsə də, sonradan iddiaçı mirasın bütövlükdə ona verilməsini istəmişdir. O, hazırda da mirasın iddiaçı ilə onun arasında bölüşdürülməsinə razıdır və buna dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında üçüncü şəxslər X14, X13 və X21 izahatlarında göstərdilər ki, onlar valideynlərinin miras əmlaklarını qəbul etmək istəmirlər, həmin əmlakların iddiaçı ilə cavabdehin arasında bərbər şəkildə bölünməsinə razıdırlar. Üçüncü şəxs Cavabdeh1 notariusuna məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə əsasən işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, tərəflərin və üçüncü şəxslərin izahatlarını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır və aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan KOD 30107028 JN:180 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 12 may 1998-ci il tarixli 7/3 saylı qərarı ilə Qusar rayonu Bədişqala kəndində yerləşən 1.96 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X9 və X10 mülkiyyətinə verilmişdir. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 02 avqust 2024-cü il tarixli 320 və 321 saylı Arayışlardan görünür ki, X16 01 dekabr 2000-ci il tarixdə, X17 14 sentyabr 2011-ci il tarixdə vəfat etmişlər. İşdə olan AZ-İ 278365 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu ildə anadan olmuş, X2, anası Mirzəbəyova (Sovziyeva) Miryam Müslüm qızıdır. İşdə olan Cavabdeh1 tərəfindən verilmiş 30 avqust 2024-cü il tarixli 1221 saylı məktubdan görünür ki, İddiaçı müraciətinə cavab olaraq bildirilmişdir ki, xx.xx.2011-ci il tarixdə vəfat etmiş X6 miras qalmış əmlaka mirasın qəbulu faktı və ya müddətin bərpası ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin paylraı bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Göründüyü kimi, Qusar rayonu Bədişqala kəndində yerləşən 1.96 ha torpaq sahəsi Qusar rayon Aqrar İslahat Komissiyasının 12 may 1998-ci il tarixli 7/3 saylı qərarı ilə iddiaçının X2nun və anası X10 mülkiyyətinə verilməklə ümumi birgəlik əsasında xüsusi mülkiyyət hüququ üzrə həmin şəxslərin adına qeydiyyata alınmışdır. Belə olan halda, həmin torpaq sahəsinə dair həmin şəxslərin mülkiyyət payları Mülki Məcəllənin 214.1-ci maddəsinə əsasən bərabər hesab olunmaqla ½ hissə təşkil edir. Bununla da, müəyyən olunur ki, qeyd olunan torpaq sahəsinin ½ hissəsi miras qoyan Vəlibəy Səvziyevin, digər ½ hissəsi isə miuras qoyan Miryam Sovziyevanın miras kütləsinə daxildir. Mülki Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1, 1159.1.1-ci maddələrinə əsasən birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Bundan başqa, işin faktiki halları ilə müəyyən olunur ki, İddiaçı miras qoyanlar X9 və X10 övladı olmaqla həmin şəxslərin miras kütləsinə daxil olan, Qusar rayonu Bədişqala kəndində yerləşən 1.96 ha torpaq sahəsini qəbul etməyə subyektiv vərəsəlik hüququ vardır. Həmin hüquq eyni zamanda miras qoyanların digər övladları olan X7, X18, X8 və X1 məxsusdur. Lakin, cavabdeh X5 istisna olunmaqla digər vərəsələr miras qoyanların miras əmlaklarını vərəsə olaraq qəbul etmək niyyətində olmadıqlarını, həmin mirasın iddiaçı ilə cavabdeh arasında onların istədikləri şəkildə bölünməsinə razı olduqlarını bildirmişlər. Bununla da, miras qoyanların mirasını qəbul etmək istəyən, yəni özünün subyektiv vərəsəlik hüququnu həyata keçirmək istəyən iki vərəsə-İddiaçı və Cavabdeh2-mövcuddur. İddiaçı özünün iddiasında miras qoyanların miras əmlaklarını bütövlükdə onun tərəfindən faktiki olaraq qəbul edildiyini bildirərək miras əmlakların bütövlükdə onun mülkiyyətinı verilməli olduğunu iddia etmişdir. Cavabdeh isə iddiaçının həmin dəlili ilə razılaşmayaraq mirasa dair onun da hüququnun olduğunu və mirasdan ona da pay verilməli olduğunu bildirmişdir. Odur ki, mirasa dair vərəsələr arasında ixtilaf olduğundan məhkəmə qaydasında həmin mübahisə həll edilməlidir. Belə ki, Mülki Məcəllənin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin vərəsəlik hüquq münasibətlərini tənzimləyən normalarının tələbinə əsasən mirası qəbul etməyin iki üsuluformal üsul və faktiki üsul-mövcuddur. Formal üsul notariat orqanına ərizə verməklə, faktiki üsul isə mirasa faktiki olaraq sahiblənmək və ya onu idarə etməklə həyata keçirilir. İddiaçı miras qoyanların mirasını bütövlükdə faktiki olaraq qəbul etdiyini bildirsə də, həmin halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda Mülki Məcəllənin miras qoyanların mirası açılan zaman qüvvədə olmuş 1246-cı maddəsində göstərilirdi ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin maddi hüquq normasının tələbinə əsasən vərəsə mirası istər formal, istərsə də, faktiki üsulla qanunla müəyyən edilmiş müddət daxilində qəbul etməli idi. Lakin, iddiaçının və ya digər vərəsələrin həmin müddət daxilində miras əmlakları formal və ya faktiki üsulla qəbul etməsi öz təsdiqini tapmamışdır. Bununla da, miras qoyanların mirası faktiki olaraq açıq qalmış və iddiaçı ilə birlikdə cavabdeh də həmin mirasdan özünün payının ayrılmasını gözləmişdir. Belə olan halda, qeyd olunan mirasa bütövlükdə iddiaçının vərəsəlik hüququnun tanınması, cavabdehin vərəsəlik hüququnun pozulmasına səbəb ola bilər. Bundan başqa, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarında qeyd etmişdir ki, “....Dövlət təminatı altına alınan əsas hüquqlardan biri də mülkiyyət hüququdur. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 13cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və İİ hissələri). Mülkiyyət hüququ fərdin əşya üzərindəki hakimiyyət səlahiyyətini təminat altına almaqla, bir tərəfdən fərd üçün heç kəsin müdaxilə edə bilməyəcəyi xüsusi sahə yaradır, digər tərəfdən fərdin əməyinin qarşılığı olan əşyasını təminat altına almaqla ona həyatını yönləndirmək və gələcəyini istədiyi kimi şəkilləndirmək imkanı verir. Ona görə də fərdin azadlığı ilə mülkiyyət hüququ arasında sıx əlaqə vardır. Şəxsi mülkiyyətin davamlılığı isə vərəsəlik institutunun varlığına bağlıdır. Belə ki, vərəsəlik hüququ əsas əmlak hüququ olaraq mülkiyyətin müvəqqəti deyil, davamlı olmasını və bu nöqteyi-nəzərdən miras qoyanın maraqları baxımından əmlakının özündən sonra vərəsələrinə keçməsini, qanun və ya vəsiyyət üzrə vərəsələr üçün isə vərəsəlik yolu ilə miras qoyanın miras əmlakını əldə edə bilmək imkanını ifadə edir. Bu iki element bir-birini tamamladıqda və yalnız birlikdə vərəsəlik konstitusion hüququn tərkib əlamətlərini yaradar. Konstitusiya vərəsəlik hüququnu mülkiyyət hüququnun davamı olaraq, onun xüsusi forması kimi gördüyündən mülkiyyət və vərəsəlik hüquqlarını eyni maddədə konstitusiya təminatı altına almışdır. İstər mülkiyyət hüququ, istərsə də onun davamı olan vərəsəlik hüququ cəmiyyətin inkişafında əsas elementlərdən biridir. Əsas hüquq və azadlıqların böyük bir hissəsi, o cümlədən vərəsəlik hüququnun realizəsi də sahəvi qanunvericilik normaları ilə tənzimlənir. Konstitusiya vərəsəlik hüququnu təsbit edərkən yalnız bu hüququn mövcudluğuna deyil, miras qoyanın mirasının vərəsələrinə keçməsini təmin edən qanuni mexanizmin mövcudluğuna da dövlət təminatı yaradır. Çünki belə bir hüquqi mexanizmin mövcud olmaması vərəsəlik hüququnun konstitusiya təminatını formal etmiş olar. Bu cür tənzimləmənin əsas və ən vacib şərti isə müvafiq normaların Konstitusiyaya uyğunluğudur. Bu şərt Konstitusiyanın 149-cu maddəsinin İİİ hissəsindən irəli gəlir ki, həmin maddəyə əsasən qanunlar Konstitusiyaya zidd olmamalıdır. Mülki Məcəllənin mirasın qəbul edildiyi müddət başlıqlı 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Beləliklə, sadalanan qanunvericilik normalarına və Konstitusiya Məhkəməsi Plenumunun mövqeyinə əsaslanaraq məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır, miras qoyanların mirası onu qəbul etməyə subyektiv hüququ olan iddiaçı ilə cavabdehin həmin mirasa dair vərəsəlik hüquqları tanınmalı, miras həmin şəxslər arasında bölüşdürülməli və hər ikisinin payı bərabər olmaqla ½ hissə müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsasən kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2000-ci il tarixdə vəfat etmiş X11 miras kütləsinə daxil olan, Qusar rayonu Bədişqala kəndində yerləşən 1.96 ha torpaq sahəsinin ½ hissəsinə və xx.xx.2011-ci il tarixdə vəfat etmiş X10 miras kütləsinə daxil olan, Qusar rayonu Bədişqala kəndində yerləşən 1.96 ha torpaq sahəsinin ½ hissəsinə dair İddiaçı və Cavabdeh2 vərəsəlik hüququ tanınsın. xx.xx.2000-ci il tarixdə vəfat etmiş X11 və xx.xx.2011-ci il tarixdə vəfat etmiş X10 miras kütləsinə daxil olan, Qusar rayonu Bədişqala kəndində yerləşən 1.96 ha torpaq sahəsinin ½ hissəsi İddiaçı, digər ½ hissəsi isə Cavabdeh2 mülkiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. HAKİM: ANAR QASİMOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar