Məhkəmə qərarları › İş №2(029)-130/2021

Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-130/2021

01.03.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-130/2021 01.03.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı Rzayeva (Muradova) Nazilə Rəhman qızının, onun vəkili X4 iştirakları ilə İddiaçı Rzayeva (Muradova) Nazilə Rəhman qızının cavabdeh X2, Üçüncü şəxslər Qusar rayon Notariat ofisinə və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin X5rşı Vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə,həmin şəhadətnaməyə əsasən verilmiş çıxarışın ləğv olunmasına, miras əmlakın qəbul edilməsinə dair qanunla müəyyən edilmiş müddətin uzadılmasına və miras əmlakın 1/5 hissəsinə vərəsəlik hüququnun tanınması tələbinə dair mülki işə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Rzayeva (Muradova) Nazilə Rəhman qızı cavabdeh X2, üçüncü şəxslər Qusar rayon Notariat ofisinə və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin X5rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1, adına verilmiş xx xxxx 2008-ci il tarixli, 2v-İ-42 reyestr saylı qanun üzrə vərərsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə, həmin şəhadətnaməyə əsasən verilmiş MH ******* saylı, **********03-10301 saylı çıxarışın ləğv olunmasına, miras əmlakın qəbul edilməsinə dair qanunla müəyyən edilmiş müddətin uzadilmasına və miras əmlakın 1/5 hissəsinə vərəsəlik hüququnun tanınmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Rzayeva (Muradova) Nazilə Rəhman qızı məhkəməyə ərizə təqdim edərək hal-hazırda başqa məzmunda iddia qaldırmasını nəzərə alaraq iddia ərizəsinə əlavə etdiyi sənədləri geri qaytarararaq iddia tələbinin baxılmamış saxlanılmasına dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh X3 və üçüncü şəxslər Qusar rayon Notariat ofisi və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Xaçmaz Ərazi İdarəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh X3, üçüncü şəxslər Qusar rayon Notariat ofisinin və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Xaçmaz Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər, Qusar rayon Notariat ofisi xx xxxxxx 2020-ci il № X-115 nömrəli məktub göndərərək xidməti zərurətlə əlaqədar olaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə cavabdeh X1 və üçüncü şəxslər Qusar rayon Notariat ofisi və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Xaçmaz Ərazi İdarəsinin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının məhkəməyə təqdim etdiyi ərizəni nəzərə alaraq hesab edir ki, iddiaçı Rzayeva (Muradova) Nazilə Rəhman qızının cavabdeh X2 və üçüncü şəxslər Qusar rayon Notariat ofisinə və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin X5rşı Vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə, həmin şəhadətnaməyə əsasən verilmiş çıxarışın ləğv olunmasına, miras əmlakın qəbul edilməsinə dair qanunla müəyyən edilmiş müddətin uzadılmasına və miras əmlakın 1/5 hissəsinə vərəsəlik hüququnun tanınması tələbinə dair ərizəsi üzrə mülki iş baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 260, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Rzayeva (Muradova) Nazilə Rəhman qızının cavabdeh X2 və üçüncü şəxslər Qusar rayon Notariat ofisi və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin X5rşı Vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə,həmin şəhadətnaməyə əsasən verilmiş çıxarışın ləğv olunmasına, miras əmlakın qəbul edilməsinə dair qanunla müəyyən edilmiş müddətin uzadılmasına və miras əmlakın 1/5 hissəsinə vərəsəlik hüququnun tanınması tələbinə tələbinə dair mülki iş baxılmamış saxlanılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra on gün müddətində Qusar rayon məhkəməsinə verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar