Məhkəmə qərarları › İş №2(029)-131/2020

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-131/2020

09.01.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-131/2020 09.01.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair mülki işə Qusar şəhərində xx xxxxxx 2020-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, KOD 30126028 JN-158F saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edərək izahatında göstərdi ki, KOD 30126028 JN-158F saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Qusar rayonu Yasab oba kəndində yerləşən 0.17 hektar həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə onların ailə üzvlərinə məxsusdur. Hal-hazırda həmin torpaq sahəsinə dair sərəncam hüquqlarını həyata keçirmək istəyirlər. Bu yaxınlarda həmin torpaq sahəsinə dair sərəncam hüquqlarını həyata keçirmək üçün onlar maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə mürciət etmişlər və həmin idarə xx xxxxxx 2018-ci il tarixli **********19 saylı məktub ilə bildirmişdir ki, DT və XK tərəfindən verilmiş KOD 30126028 JN-158F saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir və bununla bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. KOD 30126028 JN-158F saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə onların hər ikisinin adları və ata adları düz yazılsa da soyadları səhvən “Əlisoltanov” yazılmışdır. Əslində isə şəxsiyyətlərini təsdiq edən sənədlərə uyğun olaraq “Əlistanov” qeyd olunmalıdır. KOD 30126028 JN- 158F saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə onların həmin şəhadətnamədə göstərilən torpaq sahəsinə dair mülkiyyət hüquqlarını həyata keçirmək üçün əsas hüquqmüəyyənedici sənəddir və ona görə də, həmin Şəhadətnamənin onlara məxsus olması faktı müəyyən edilməlidir. Qeyd edilənləri nəzərə alıb ərizənin təmin ediləməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Ərizəçi2 Ərizəçi1 izahatına uyğun eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənləri nəzərə alıb maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında KOD 30126028 JN-158F saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Qusar rayon X3 xx xxxxxx 1998-ci il tarixli 12\3 saylı qərarı ilə X1 və X2 mülkiyyətlərinə Qusar rayonu Yasaboba kəndi ərazisindən 0.17 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X7 tərəfindən Ərizəçi1 ünvanlanmış xx xxxxxx 2018-ci il tarixli **********19 saylı cavab məktubundan görünür ki, DT və XK-si tərəfindən verilmiş KOD 30126028 JN-158F saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzlaqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X6 səlahiyyətlərinə aid olmadığından bununla bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İşdə olan Qusar RİHB-nin Quxuroba kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli 01 nömrəli Arayışdan görünür ki, KOD 30126028 JN- 158F saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə hüquq sahiblərinin soyadları səhv yazılmışdır. Qeyd olunmuş X1, X2 doğru soyadları şəxsiyyət vəsiqələrində olduğu kimi Ərizəçi1, Ərizəçi2 qeyd olunmalıdır. İşdə olan Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsi xx xxxxx 1977-ci il tarixdə Qusar rayonunun Yasab-Oba kəndində anadan olmuş, hazırda həmin ünvanda qeydiyyatda olan Ərizəçi2 məxsusdur. İşdə olan Seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsi xx xxxxxxx 1975-ci il tarixdə Qusar rayonunun Yasab-Oba kəndində anadan olmuş, hazırda həmin ünvanda qeydiyyatda olan Ərizəçi1 məxsusdur. Məhkəmə ərizəçilərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlarla birgə hüquqi qiymət verərək Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən belə nəticəyə gəlir ki, KOD 30126028 JN-158F saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsinə dair ərizə əsaslı olduğundan və həmin faktın müəyyən edilməsi hüquqi əhəmiyyət kəsb etdiyindən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. KOD 30126028 JN-158F saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar