Məhkəmə qərarları › İş №2(029)-1332/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-1332/2025

10.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-1332/2025 10.02.2026 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi, maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi, maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən Maraqlı şəxs1, Maraqlı şəxs2, X3, Maraqlı şəxs4 və X4 adlarına verilmiş JN:0149 KOD 30116018 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, islahat Komissiyasının 12 may 2000-ci il tarixli 12/8 saylı qərarına əsasən onun və ailə üzvlərinin mülkiyyətinə Qusar rayonu Köhnə Xudat kəndi ərazisindən 1.14 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədləri üçün pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN:0149 KOD 30116018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə təsdiq edilmişdir. Yuxarıda qeyd olunan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN:0001 KOD 30120038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktında onun yəni Ərizəçi adı səhvən X1, Maraqlı şəxs3 soyadı səhvən X2 göstərilmişdir. Şəxsiyyətlərini təsdiq edən bütün sənəddə isə Ərizəçi və Maraqlı şəxs3 kimi deyd olunmuşdur. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN:0149 KOD 30116018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktında onların soyadları, adları və ata adları şəxsiyyətlərini təsdiq edən sənədlərə uyğun qeyd edilməli idi. Qeyd olunan JN:0149 KOD 30116018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən özünə məxsus olan 1.14 ha torpaq sahələrinin üzərinə mülkiyyət hüququnu dövlət reyestrində qeydiyyata alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişlər. Lakin həmin idarə tərəfindən onlara bildirilmişdir ki, hüquqmüəyyənedici sənədlərlə şəxsiyyəti təsdiq edən sənədlər arasında uyğunsuzluq vardır, bu səbəbdən də sənədin verilməsi mümkün deyildir. Ona görə də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:0149 KOD 30116018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktının onlara məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişlər ki, o, ərizəni müdafiə edir. Həmçinin bildirmişdir ki, şəxsi işləri ilə əlaqədar məhkəmə iclaslarına gələ bilmir, işə onların iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxslər maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs3, Maraqlı şəxs4, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq həmin şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4 və 185.6-cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN:0149 KOD 30116018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 12/8 saylı qərarı ilə Qusar rayonu Gedəzeyxur kəndində yerləşən 1.14 ha torpaq sahəsi Maraqlı şəxs1, Maraqlı şəxs2, X3, Maraqlı şəxs4 və X4 xüsusi mülkiyyətlərinə verilmişdir. İşdə olan Qusar RİHB-nın Köhnə-Xudat kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 12 mart 2025-ci il tarixli 5-63-21/2-Ə-86-xx-xx/2025 saylı arayışdan görünür ki, JN-0149 KOD 30116018 torpağa mülkiyyət hüququna dair dövlət aktında Maraqlı şəxs3 soyadı səhvən Əhmədov, Ərizəçi adı səhvən Vüqar yazılmışdır. Əslində şəxsiyyəti təsdiq edən sənəddə Əİiyarov Vadim Rəhim oğlu və Ərizəçi yazılmışdır və oxunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, JN:0149 KOD 30116018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktında hüquq sahibi kimi qeyd olunmuş şəxslər məhz Ərizəçi və maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4dur, lakin həmin Dövlət aktında yuxarıda qeyd olunan səhvlərə yol verilmişdir. Bu hal məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə tam təsdiq olunur. Ona görə də, JN:0149 KOD 30116018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktının Ərizəçi, Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs4 məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçilərin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən Maraqlı şəxs1, Maraqlı şəxs2, X3, Maraqlı şəxs4 və X4 adlarına verilmiş JN:0149 KOD 30116018 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar