Məhkəmə qərarları › İş №2(029)-135/2023

Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-135/2023

07.02.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-135/2023 07.02.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Qusar rayon məhkəməsinin hakimi Cəlilov Əli İsa oğlu, Cavabdeh ASC “Xalq” Bankının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh ASC “Xalq” Bankının Qusar filialına, üçüncü şəxslər X3 və Qusar rayon Notariat ofisinə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxış iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh ASC “Xalq” Bankının Qusar filialına, üçüncü şəxslər X3 və Qusar rayon Notariat ofisinə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dairiddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh ASC “Xalq” Bank ilə bağlanmış 09 iyul 2014-cü il tarixli **********4319/ip saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh ASC "Xalq" Bankının nümayəndəsi X2 şifahi vəsatət verərək ASC "Xalq" Bankının İddiaçı və üçüncü şəxs X3 qarşı borc tələbi, tutulmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair mülki iş üzrə birinci instansiya məhkəməsinin, apellyasiya instansiya məhkəməsinin, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin qətnaməsinin mövcud olduğunu, Azərbaycan Respublikası Ali Məhkəməsinin həmin iş üzrə apellyasiya instansiya məhkəməsinin yalnız ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunmasına dair hissədə ləğv edildiyini və həmin hissədə yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərildiyini, digər hissədə qətnamənin dəyişdirilmədən qüvvədə saxlanıldığını bildirmişdir. Əqdə istinad olunan mübahisə olduğuna görə və bununla bağlı Ali Məhkəməsinin müvafiq qərarı olduğuna görə hazırki işin baxılmamış saxlanılmasını xahiş etmişdir. İddiaçı və üçüncü şəxslər X6 və Qusar rayon Notariat ofisinin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə qərardadın 52-ci maddəsinə əsasən məhkəmənin icraatında əqdə əsaslanan iddialar olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair (etibarsızlığın növündən asılı olmayaraq) verilmiş iddia ərizəsinin qəbulundan MPM-in 153.2.4-cü maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, iddia ərizəsi MPM-in 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa məhkəmə ərizəni baxılmamış saxlayır. İş materiallarından görünür ki, iddiaçı "xxxx" ASC-nin cavadehlər X4 və İddiaçı qarşı 09 iyul 2014-cü il tarixli **********43914 nömrəli kredit müqaviləsi üzrə borc məbləğinin borc alandan tutulması, ipoteka predmetinə tutmanın yönəldilməsinə və satışdan sonra ipoteka predmeti olan fərdi yaşayış evindən çıxarılma tələbinin təmin edilməsinə dair Qusar rayon Məhkəməsinin 2(029)-42/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 fevral 2021-ci il tarixli 2(105)-327/2021 saylı qətnaməsi ilə Qusar rayon Məhkəməsinin 2(029)-42/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə dəyişiklik edilməsi,İddiaçı məxsus Qusar şəhəri, Babək küçəsində yerləşən 0.08 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 135.2 kv.m yaşayış, 122.5 kv.m yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 257.7 kv.m təşkil edən, 2 mərtəbəli, 7 otaqlı, 32 nömrəli fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiyməti 190000 (yüz doxsan min) manat müəyyən edilməsi, qətnamə borc məbləğlərinin cavabdeh İddiaçı da tutulmasına dair olan hissədə ləğv edilməsi, iddianın təmin edilməmiş qalan hissələrində qətnamə iddiaçı ASC “Xalq” bankının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılması qət edilmiş, həmin qətnamədən Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilmiş Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 iyun 2021-ci il tarixli 2(102)-3897/2021 saylı qərarı ilə iddiaçı ASC “Xalq” Bankı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-327/2021 nömrəli iş üzrə 18 fevral 2021-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunmasına dair hissədə ləğv edilməsi və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilməsi, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə qərardadın 52-ci maddəsinə əsasən İddiaçı cavabdeh ASC “Xalq” Bankının Qusar filialına, üçüncü şəxslər X3 və Qusar rayon Notariat ofisinə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş baxılmamış saxlanmalıdır. Həmin Məcəllənin 114.1.5-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İddiaçı cavabdeh ASC “Xalq” Bankının Qusar filialına, üçüncü şəxslər X3 və Qusar rayon Notariat ofisinə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair məhkəmədə işə baxılması üçün xx.xx.2022-ci il tarixdə ödənilmiş 100 (yüz) manat (Qəbz №-si 18917) dövlət rüsumu qərardad qanuni qüvvəyə mindikdən sonra İddiaçı qaytarılmalı və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qusar rayon maliyyə şöbəsinə tapşırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114, 259, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh ASC “Xalq” Bankının Qusar filialına, üçüncü şəxslər X3 və Qusar rayon Notariat ofisinə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı cavabdeh ASC “Xalq” Bankının Qusar filialına, üçüncü şəxslər X3 və Qusar rayon Notariat ofisinə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair məhkəmədə işə baxılması üçün xx.xx.2022-ci il tarixdə ödənilmiş 100 (yüz) manat (Qəbz №-si 18917) dövlət rüsumu qərardad qanuni qüvvəyə mindikdən sonra İddiaçı qaytarılsın və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qusar rayon maliyyə şöbəsinə tapşırılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qusar Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar