Məhkəmə qərarları › İş №2(029)-137/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-137/2021

05.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-137/2021 05.02.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı X1 iştirakları ilə, İddiaçı cavabdeh «Cavabdeh» İstehsalat Birliyinə qarşı itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair qərarın ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə Qusar şəhərində xx xxxxxx 2021-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Cavabdeh» İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «Cavabdeh» X3 X6 İdarəsi tərəfindən onun barəsində tərtib edilmiş itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair xx xxxx 2020-ci il tarixli qərarın ləğv edilməsinə və ona əsassız hesablanmış 216 (iki yüz on altı) manat borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, ailəsi ilə birlikdə ünvan 1 saylı ünvanda yerləşən özünə məxsus yaşayış evində yaşayır. Fərdi istehlakçı kimi o, cavabdeh «Cavabdeh» X3 X6 X7 İstismarı Sahəsi ilə müqavilə bağlayaraq yaşayış evində təbii qazdan istifadə edir. Evdə istehlak etdiyi təbii qazın haqqını vaxtlı-vaxtında ödəyir. xx xxxx 2020-ci il tarixdə «Cavabdeh» X3 X6 İdarəsinin əməkdaşları onların yaşadıqları ünvana gələrək köhnə sayğacı təzəsi ilə dəyişdilər. Dəyişdirilmiş sayğac onların hasarlanmış həyətində olmuşdur. Daha sonra X8 Sahəsinin əməkdaşları ona məxsus həmin fərdi yaşayış evinə gəlib dəyişdirilmiş köhnə qaz sayğacının onlar tərəfindən müdaxilə edildiyi barədə xx xxxx 2020-ci il tarixdə ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib etmişlər. X8 Sahsinin əməkdaşları tərəfindən tərtib olunmuş xx xxxx 2020-ci il tarixli ******* saylı akta əsasən cavabdeh «Cavabdeh» X3 X6 İdarəsi tərəfindən itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair xx xxxx 2020-ci il tarixli komissiya qərarı qəbul edilmişdir. Həmin qərara əsasən təzyiq nəticəsində həmin sayğacın gövdəsinin şişməsi, hesablama mexanizminin işləməməsi, hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olmuş, nəticədə təbii qaz itkisi yaranaraq . cavabdeh tərəf 2160 kubmetr qaz itirmiş və cavabdehə 216 (iki yüz on altı) manat ziyan dəymişdir. Cavabdeh tərəfindən 216 (iki yüz on altı) manat borc məbləği ona əsassız olaraq hesablanmışdır. Cavabdeh «Cavabdeh» X3 X6 İdarəsi tərəfindən itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair xx xxxx 2020-ci il tarixli qərar ləğv edilməli və ona əsassız hesablanmış 216 (iki yüz on altı) manat borc silinməlidir. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh “Cavabdeh” İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə qeyd edilənləri nəzərə alıb cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxıb, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd edilməlidir. İşdə olan «Cavabdeh» İstehsalat Birliyi tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, İddiaçı məxsus ünvan 1 saylı ünvanında quraşdırılmış sayğaca verilmiş rəyə əsasən, təzyiq nəticəsində sayğacın gövdəsi şişmiş, hesablama mexanizmi keçən gazın həcmini qeyd etmir, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cizik izlərinin olması aşkar olunmuş, dəymiş ziyan hesablansın və dəyəri ödənilsin. İşdə olan «Cavabdeh» X3 X6 İdarəsi tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, İddiaçı itirilmiş qazın bərpası üzrə 2160 kub metr qaz sərfiyyatı hesablanmışdır. İşdə olan Qusar RİHB-nin Qusar şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 2346 saylı Arayışdan görünür ki, İddiaçı Qusar şəhəri H.Məhəmməd küçəsi 1 saylı evdə yaşayır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, «Cavabdeh» X3 X6 İdarəsinin əməkdaşları tərəfindən dəyişdirilmiş qaz sayğacı İddiaçı həyətində olmuşdur. Həmin qaz sayğacına kənar şəxslərin müdaxilə etməsi qeyri-mümkündür. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh «Cavabdeh» İstehsalat Birliyinə qarşı itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair qərarın ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasinin MPM-nin 216-220 və 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh «Cavabdeh» İstehsalat Birliyinə qarşı itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair qərarın ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar