Məhkəmə qərarları › İş №2(029)-138/2021

Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-138/2021

05.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-138/2021 05.02.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş qərarın ləğv edilməsinə və əsassız hesablanmış borcun silinməsinə dair mülki işə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Cavabdeh” İstehsalat birliyi X1 İdarəsinin xx xxxxxxx 2019-cu il tarixli ******* saylı Akta əsasən tərtib olunmuş xx xxxxxxx 2019-cu il tarixli qərarın ləğv edilməsinə, əsassız hesablanmış 302.4 (üç yüz iki manat qırx qəpik) manat məbləğində borcun silinməsinə və Kapital Banka ödənilmiş 10 (on) manat dövlət rüsumunun ona qaytarılmasına dair qətnamə çıxarılmasınmı məhkəmədən xahiş etmişdir. Həmin mülki iş üzrə məhkəmənin hazırlıq iclası xx xxxxxx 2020-ci il tarixə təyin edilmiş, həmin tarixdə iddiaçı məhkəmə hazırlıq iclasına gəlmiş, məhkəmə hazırlıq iclası iddiaçının iştirakı ilə keçirilmiş və işin məhkəmə baxışı xx xxxxxx 2020-ci il tarixə təyin edilmiş,həmin tarixdə iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə baxış iclası xx xxxxxx 2020-ci il tarixə təyin edilməklə təxirə salınmış, həmin tarixdə iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə baxışı iclası xx xxxxxx 2021-ci il tarixə təyin edilməklə təxirə salınmış, bu barədə iddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Həmin Məcəllənin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflərin məhkəməyə gəlməməsi ərizənin baxılmamış saxlanması üçün əsasdır. Məhkəmə iş üzrə sənədləri tədqiq edib, yuxarıda şərh edilənlərə əsasən hesab edir ki, iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan işə mahiyyəti üzrə baxmaq mümkün deyildir. Ona görə də mülki iş baxılmamış saxlanmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 263-264 və 268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş qərarın ləğv edilməsinə və əsassız hesablanmış borcun silinməsinə dair mülki iş iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına təkrarən gəlmədiklərinə görə baxılmamış saxlanılsın. Qərardaddan şikayət qərardadın surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qusar rayon məhkəməsinə verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar