Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-139/2022 26.01.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair qərarının ləğv edilməsi və əsassız hesablanmış pul məbləğinin silinməsinə dair iddia ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair qərarının ləğv edilməsi və əsassız hesablanmış pul məbləğinin silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Xaçmaz X10 İdarəsinin X11 Sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 30 aprel 2021-ci il tarixli X8 dair tələbnamənin ləğv edilməsinə və ona əsassız hesablanmış 216 (iki yüz on altı) manat borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmçinin, İddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinin tələblərinə uyğun olaraq iddia tələbinin həcmini azaldılması barədə məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək göstərmişdir ki, Cavabdeh Xaçmaz X10 İdarəsinin X11 Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 30 aprel 2021-ci il tarixli X8 dair tələbnamənin ləğv edilməsini tələb etmir, əsassız hesablanmış borcun silinməsini isə tələb edir. Odur ki, Cavabdeh İB-nin Xaçmaz regional Qİİ-nin qərarı ilə hesablanmış 216 (iki yüz on altı) manat borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bundan başqa, İddiaçı məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək göstərmişdir ki, onun Qusar şəhəri Əmiraslanov küçəsi ev 42 ünvanda fərdi yaşayış evi vardır. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi isə X1na məxsus olmuş, daha sonra isə onun adına rəsmiləşdirilmişdir. Hazırda ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi çıxarışla ona məxsusdur. X1 isə 08 noyabr 2016-cı il tarixdə ölmüşdür. Borcun silinməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən ərizədə Qusar şəhəri A.Mehman küçəsi 59 əvəzinə mexaniki olaraq səhvən Qusar şəhəri Əmiraslanov küçəsi ev 42 ünvan qeyd edilmişdir. Əslində isə ərizədə qaz sayğacının quraşdırıldığı və borcun yazıldığı ünvan kimi ünvan 2lərkən iddia ərizəsində qaz sayğacının quraşdırıldığı və borcun yazıldığı ünvan kimi “ünvan 3nın, həmin ünvanın əslində “ünvan 4şdir. İddiaçı iddianı və ona əlavəni onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə ünvan 5 ünvanında yerləşən özünə məxsus fərdi yaşayış evində yaşayır. Bundan başqa, onun mülkiyyətində ünvan 6 ünvanda yerləşən evi də vardır. Fərdi istehlakçı kimi o, Cavabdeh Xaçmaz X9 İdarəsinin X11 Sahəsi ilə müqavilə bağlayaraq həmin yaşayış evində təbii qazdan istifadə edir. Evdə istehlak etdiyi təbii qazın haqqını vaxtlı-vaxtında ödəyir. X11 Sahəsinin əməkdaşları Qusar şəhəri A.Mehman küçəsi ev 59 ünvanında yerləşən onun yaşayış evinə gələrək onun evinə aid, lakin evindən aralı, küçədə yerləşən qaz sayğacına baxış keçirmişdir. Bundan bir müddət keçəndən sonra X11 Sahəsinin əməkdaşları onun həmin evinə gəlib qaz sayğacına guya onun tərəfindən müdaxilə edərək sayğacın çıxış plastmas borusunun deşildiyini bildirərək barəsində 30 aprel 2021-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib etmişlər. Həmin akta əsasən də 30 aprel 2021-ci il tarixli X8 dair Tələbnamə ilə ona itirilmiş qazın bərpası olaraq 2160 kubmetr qaz sərfiyyatı yəni 216 (iki yüz on altı) manat borc hesablamışlar. İndi də X11 Sahəsinin əməkdaşları ondan həmin borcu tələb edirlər, əks təqdirdə onu evinə verilən qaz təchizatını kəsəcəkləri ilə hədələyirlər. Hesab edir ki, Cavabdeh Xaçmaz X9 İdarəsinin X11 Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 30 aprel 2021-ci il tarixli X8 dair Tələbnamə əsasında ona əsassız hesablanmış 216 (iki yüz on altı) manat borc silinməlidir. Belə ki, onun evinə quraşdırılmış qaz sayğacı evindən aralı, küçədə örtüksüz quraşdırılmışdır. O, həmin sayğaca kim tərəfindən müdaxilə edildiyini, sayğacın çıxış plastmas borusunun kim tərəfindən deşildiyini bilmir. Həm də ki, sayğacın üzəri X11 Sahəsinin əməkdaşları tərəfindən müvafiq örtük ilə örtülmədiyi üçün həmin müdaxilələrə görə o –istehlakçı deyil, X11 Sahəsi cavabdehlik daşıyır. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, ərizəni müdafiə edir, səhhəti ilə bağlı məhkəmə iclaslarına gələ bilmir. Ona görə də işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin Birliyin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan ******* saylı tarixi olmayan “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, istehlakçı X5 şəhəri A.Mehman küçəsində yerləşən evinə quraşdırılmış Elster tipli BK-G4T markalı, ******* nömrəli, üzərində 10338093 saylı plomb olan qaz sayğacı çıxarılmış və əvəzində Zenner tipli 64T markalı **********2 nömrəli, üzərində ********* saylı plomb olan yeni sayğac quraşdırılmışdır. İşdə olan Cavabdeh Xaçmaz X9 İdarəsi tərəfindən tərtib edilmiş «təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 30 aprel 2021-ci il tarixli ******* saylı aktdan görünür ki, Tümənağa Nurməmmədovaya məxsus Qusar şəhəri A.Mehman küçəsi ev 59 ünvanda yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacının çıxış plastmas borusunun deşildiyi qeyd edilmişdir. Həmçinin, qeyd edilmişdir ki, dəymiş ziyan hesablansın və dəyəri ödənilsin. Həmin akt İddiaçı tərəfindən imzalanmaqdan imtina edilmişdir. İşdə olan Cavabdeh Xaçmaz X9 İdarəsi tərəfindən tərtib edilmiş 30 aprel 2021-ci il tarixli X8 dair tələbnamənin surətindən görünür ki, 30 aprel 2021-ci il tarixli ******* saylı akt əsasında istehlakçı Tümənağa Nurməmmədovaya itirilmiş qazın bərpası üzrə cəmi 2160 kub.metr qaz sərfiyyatı hesablanmışdır. İşdə olan ünvan 6 ünvanda yerləşən abonentin saldosundan görünür ki, istehlakçı Tümənağa Nurməmmədovaya 216 manat borc hesablanmışdır. İşdə olan AZ-İ 811461 saylı ölüm haqqında şəhadətnamənin surətindən gorunur ki, X3 01.11.2016-cı il tarixdə ölmüşdür. İşdə olan 17.01.2013-cü il tarixli Seriya RX ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qazdan istifadə qaydaları haqqında qərarın 4.2-ci bəndində qeyd olunmuşdır ki, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasındankeçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5-2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmçinin həmin Qaydaların 6.7-ci bəndinə görə qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyət orqanlarının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və hüquqi şəxslərin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə hesab edir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı, istehlakçı tərəfindən qazın hesabı tam ödənilməlidir. İstehlakçı fiziki şəxs olarsa, onun qaz sayğacı ilə təchiz edilməsi, quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı dayışır. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan yaşayış evi qaz ilə təchiz edilib, quraşdırılmış sayğacın işlək vəziyyətdə olmasına görə məsuliyyəti iddiaçı deyil, qaz paylayıcı olan cavabdeh daşıdığından, həmin sayğaca iddiaçı tərəfindən müdaxilə edilməsi cavabdeh tərəfindən sübuta yetirilə bilmədiyinə görə iddiaçı barəsində mülki hüquq məsuliyyətinin yaranmasına görə qərar qəbul edilməsi əsaslı hesab edilə bilməz. Belə olan halda qaz sayğacının yararsız vəziyyətə düşməsi nəticəsində hər hansı borc məbləği kimi pul abonentdən tələb edilə bilməz. Göründüyü kimi Cavabdeh Xaçmaz X9 İdarəsi Qusar Qaz Xidməti Sahəsi tərəfindən istehlakçı İddiaçı ünvan 9 ünvanında yerləşən evi üçün quraşdırılmış ******* saylı qaz sayğacın çıxış plastmas borusunun deşildiyi müəyyən edilmiş, lakin həmin vaxt həmin sayğaca məhz istehlakçı İddiaçı tərəfindən müdaxilə olunması müəyyən edilməmişdir. Belə olan halda, İddiaçı tərəfindən hər hansı şəkildə sayğaca müdaxilə olunması, həmin sayğacın çıxış plastmas borusunun deşilməsi, həmçinin sayğacın hər hansı şəkildə zədələnməsi şübhə doğurur. Belə ki, həmin sayğac İddiaçı evindən kənarda, açıq vəziyyətdə, örtük və ya qutu olmadan quraşdırılmışdır. Bu səbəbdən də, İddiaçı həmin sayğacın tamlığının qorunmasında cavabdehlik daşıya bilməzdi. Bundan başqa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qazdan istifadə qaydalarının tələblərinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən). Həmçinin, həmin qaydalara görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Bundan başqa, qaz sayğacının zədələnməsində istehlakçı İddiaçı təqsiri heç bir sənədlə və ya sübutla təsdiq olunmur və onun həmin sayğaca müdaxilə etməsi əsaslandırılmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, İddiaçı evi üçün quraşdırılmış qaz sayğacın çıxış plastmas borusunun deşilməsi məhz onun tərəfindən həmin sayğaca müdaxilə edilməsi və qaz paylayıcısı olan Cavabdehnə ziyan vurulması kimi qiymətləndirilə bilməz. Bundan başqa, iddiaçı məhkəməyə iddia ərizəsinə əlavə ilə müraciət edərək “Xaçmaz X10 İdarəsinin “itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair” 30 aprel 2021-ci il tarixli qərarının ləğv edilməsini tələb etmədiyini göstərərək yalnız həmin qərar əsasında hesablanmış 216 (iki yüz on altı) manat borcun silinməsini xahiş etmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddia ərizəsinə əlavədə göstərilən tələb üzrə “Xaçmaz X10 İdarəsinin “itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair” 30 aprel 2021-ci il tarixli qərarı əsasında hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə qismən sübuta yetirmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İB-nin Xaçmaz X10 İdarəsinin “itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair” komissiyanın 30 aprel 2021-ci il tarixli qərarı əsasında İddiaçı hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №2(029)-139/2022
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-139/2022
26.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver