Məhkəmə qərarları › İş №2(029)-142/2022

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-142/2022

27.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-142/2022 27.01.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi maraqlı şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs5 qarşı hüquqmüəyyənedici sənədin (KOD 30118028 JN: 0005 saylı Dövlət Aktının və JN: 136F saylı Şəhadətnamənin) şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Ərizəçi maraqlı şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs5 qarşı hüquqmüəyyənedici sənədin (KOD 30118028 JN: 0005 saylı Dövlət Aktının və JN: 136F saylı Şəhadətnamənin) şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, hüquqmüəyyənedici sənədlərin yəni KOD 30118028 JN: 0005 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının və JN: 136F saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Ərizəçi, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs5 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 28 iyun 2002ci il tarixli 4/1 saylı və 10 sentyabr 1998-ci il tarixli 15/3 saylı qərarları ilə ailəsinə, yəni Ərizəçi, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs5 mülkiyyətinə müvafiq olaraq 4.67 ha pay torpaq sahəsi və 0.28 ha həyətyanı torpaq sahələri verilmiş, torpaq sahələri üzərində mülkiyyət hüquqları KOD 30118028 JN: 0005 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı və JN: 136F saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə rəsmiləşdirilmiş, Dövlət Aktı qeydiyyat kitabında 13 fevral 2003-cü il tarixdə 05 nömrə ilə, Şəhadətnamə isə 239 nömrə ilə qeydiyyata alınmışdır. KOD 30118028 JN: 0005 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında və JN: 136F saylı Torpağın mülkiyyətə verilməsinə dair X4 Komissiyası tərəfindən səhvlərə yol verilmiş, mülkiyyətçilərdən Ərizəçi adı Xanım əvəzinə səhvən “Xpnım”, ata adı Əlisultan qızı əvəzinə səhvən “Əmirsoltan” qızı, yazılmışdır. Aqrar İslahat Komissiyası tərəfindən göstərilən səhvlərin buraxılması Qusar rayon İHB-nın Mucuq kənd İƏD üzrə nümayəndəliyinin 19 may 2021-ci il tarixli 183 saylı, 05 iyul 2021-ci il tarixli 234 saylı arayışları ilə, AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surəti ilə təsdiqlənir. Qusar rayonun Uqur kəndində X2 adından şəxsin olmaması yuxarıda sözü gedən sənədlərin, yəni JN: 0005 saylı Dövlət Aktının və JN:136F saylı Şəhadətnamənin Ərizəçi adına verilməsini şahidlər X5 və X7 da təsdiqləyə bilər, şahidlərin məhkəməyə gəlməsinə təminat verir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin və Komitənin rayon şöbələrinin ləğv edildiyi üçün Dövlət Aktında və Şəhadətnamədə buraxılmış səhvlərin düzəliş edilməsi məqsədi ilə rəsmi ərizə ilə Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət olunmuş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi 21 iyun 2021-ci il tarixli **********93 saylı məktubla KOD 30118028 JN: 0005 saylı Dövlət Aktında və JN: 136F saylı Şəhadətnamədə hüquq sahibinin adında və atası adında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişin həyata keçirilməsi idarənin səlahiyyətlərinə adi olmadığını bildirərək məhkəməyə mçüraciət etməsi tövsiyə edilmişdir. İş üzrə maraqlı şəxs X9 10 oktaybr 2003-cü il tarixdə X3 ilə rəsmi nikaha daxil olmuş, nikah bağlandıqdan sonra Ağamuradova soyadını qəbul etmişdir. Bu xüsusat AZ-İ 283049 saylı nikah şəhadətnaməsinin surəti ilə təsdiqlənir. Göründüyü kimi, KOD 30118028 JN: 0005 saylı Dövlət Aktında və JN: 136F saylı Şəhadətnamədə mülkiyyətçilərdən yalnız bir nəfərin Ərizəçi adında və ata adında səhvlərə yol verilmiş, Dövlət Aktında və Şəhadətnamədə “Xpnım”, “Əmirsoltan” yazılmışdır. Qusar rayonu Uqur kəndində X2 adlı şəxs olmamış və yoxdur, mülkiyyətçi Ərizəçi adı və ata adı sənədlərdə səhv yazılmışdır. Yuxarıda qeyd olunduğu kimi KOD 30118028 JN: 0005 saylı Dövlət Aktının və JN: 136F saylı Şəhadətnamənin ailəsinə yəni, Ərizəçi, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs5 məxsus olması faktının müəyyən edilməsi, 4.67 ha pay torpaq və 0.28 ha həyətyanı torpaq sahələri üzərində sərəncam hüququnun həyata keçirilməsi üçün zəruridir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, ərizəni müdafiə edir və təmin edilməsini məhkəmədən xahiş edir. Bundan başqa bildirmişdir ki, səhhəti ilə əlaqədar təyin olunmuş məhkəmə iclasına gələ bilmir, ona görə də işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs5 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq həmin şəxslər və idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4 və 185.6-cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Belə ki, işdə olan KOD 30118028 JN-0005 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 28 iyun 2002-ci il tarixli 4/1 saylı qərarı ilə Qusar rayonu Ukur kəndində yerləşən 4.67 ha torpaq sahəsi Maraqlı şəxs2, X1, X6, Maraqlı şəxs4 və Maraqlı şəxs5 xüsusi mülkiyyətlərinə verilmişdir. İşdə olan KOD 30118028 JN-136F saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 10 sentyabr 1998-ci il tarixli 15/3 saylı qərarı ilə Qusar rayonu Ukur kəndində yerləşən 0.28 torpaq sahəsi Maraqlı şəxs2, X1, X6, Maraqlı şəxs4 və Maraqlı şəxs5 xüsusi mülkiyyətlərinə verilmişdir. İşdə olan AZ-İ 283049 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə X9 arasında Qusar rayon VVAQ şöbəsində 10 oktaybr 2003-cü il tarixdə 110 nömrəli akt qeydi ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına “Ağamuradova” soyadı verilmişdir. İşdə olan Qusar RİHB-nın Mucuq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 may 2021-ci il tarixli 183 saylı arayışdan görünür ki, JN 0005(kod ********) saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında əks olunmuş vətəndaşın soyadının, adının və ata adının yazılışı X2 olmasına baxmayaraq, onun soyadının, adının və ata adının düzgün yazılışı onun adına olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsində olduğu kimi, yəni Ərizəçidır. İşdə olan Qusar RİHB-nın Mucuq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 05 iyul 2021-ci il tarixli 234 saylı arayışdan görünür ki, Ukur kəndində X2 adında şəxs olmamışdır və hal-hazırda da yaşamır. Belə ki, JN 0005(kod ********) saylı Dövlət Aktında və JN 136F(kod ********) saylı Şəhadətnamədə Ərizəçi yazılmalıdır. İşdə olan AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1962-ci il tarixdə Qusar rayonu Yuxarı Zeyxur kəndində anadan olmuş, Qusar rayonu Uqur kəndində yaşayır. İşdə olan AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs3 xx.xx.1984-cü ildə anadan olmuşdur. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 21 iyun 2021-ci il tarixli **********93 saylı məktubdan görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN-0005 KOD 30118028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında və JN 136F KOD 30118028 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunmuş hüquq sahiblərinin ad və soy adlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Bununla bağlı məhkəməyə müraciət etməsi Maraqlı şəxs2 tövsiyə olunmuşdur. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən təqdim edilmiş JN: 0005 KOD 30118028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı və JN: 136F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə həmin şəxs üçün hüquq müəyyənedici sənəddir, belə ki, həmin sənəd əsasında o, həmin Dövlət Aktında və Şəhadətnamədə göstərilən torpaq sahələrinə dair sərəncam hüquqlarını həyata keçirilməlidir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, JN: 0005 KOD 30118028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında və JN: 136F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə hüquq sahibləri kimi qeyd olunmuş şəxslər məhz Ərizəçi, həmçinin maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs5dır, lakin həmin Dövlət Aktında və şəhadətnamədə həmin yuxarıda qeyd olunan səhvlərə yol verilmişdir. Bu hal məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə tam təsdiq olunur. Ona görə də, həmin Dövlət Aktının və şəhadətnamənin Ərizəçi, həmçinin maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs5 məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ət etdi : Ərizə təmin edilsin. Maraqlı şəxs2, X1, X6, Maraqlı şəxs4 və Maraqlı şəxs5 adlarına verilmiş KOD 30118028 JN-0005 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının və KOD 301180** JN ***F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Maraqlı şəxs2, Ərizəçi, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs5 məxsus olması faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar