Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-143/2023 16.02.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi X9 üçüncü şəxslər Ramazanova (Vəlixanova) Rübabə Fazil qızına və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi X14 üçüncü şəxslər Ramazanova (Vəlixanova) Rübabə Fazil qızına və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X10”nın, “X15”nın, “Ərizəçi”nun adlarına verilmiş JN:314 KOD 30100018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının onlara, yəni “X7”na, “Ramazanova (Vəlixanova) Rübabə Fazil qızı”na və “Ərizəçi”na məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi X14 ərizəni onunla əsaslandırmışdır ki, Qusar rayonunda torpaq islahatları keçirilərkən Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli 10/7 saylı qərarına əsasən Ərizəçi, Ramazanova (Vəlixanova) Rübabə Fazil qızına və X5 Qusar rayonunun Aşağı Ləyər kəndi ərazisindən 2.94 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədləri üçün nəzərdə tutulmuş pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:314 KOD 30100018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə təsdiq edilmişdir. X7 xx.xx.2010-cu ildə vəfat etmişdir. Həmin X2 atasının adı səhvən “Rəhim” qızı kimi qeyd edilmişdir. Ölümünü təsdiq edən sənəddə X3 atasının adı “Rəhman” kimi qeyd edilmişdir. X25 və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:314 KOD 30100018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında da ərizəçinin soyadı, adı və ata adı şəxsiyyətini təsdiq edən sənədə uyğun qeyd edilməli idi. Bu yaxınlarda onlar X27 olan torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən sənədləri almaq üçün maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə müraciət etmişlər. X28 və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:314 KOD 30100018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət X1 atasının adı səhvən “Rəhim” qızı kimi qeyd edildiyi üçün DƏDRX-nin 5 saylı Ərazi İdarəsi bizə lazım olan sənədləri verməkdən imtina etmişdir. Ona görə də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:314 KOD 30100018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının onlars məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Ərizəçi X14 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, həmin ərizəni müdafiə edir və təmin edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin bildirmişdir ki, şəxsi işləri ilə əlaqədar məhkəmə iclasına gələ bilmir, işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxslər Ramazanova (Vəlixanova) Rübabə Fazil qızına və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, həmin şəxs və idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4 və 185.6-cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Belə ki, işdə olan KOD 30100018 JN-314 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli 10/7 saylı qərarı ilə Qusar rayonu Aşağı Ləyər kəndində yerləşən 2.94 ha torpaq sahəsi X6, X9 və X11 xüsusi mülkiyyətlərinə verilmişdir. İşdə olan AZ-İ 422881 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2010-cu il tarixində Qusar rayonu Aşağı Ləyər kəndində ölmüşdür. İşdə olan AZ-İ 049656 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X17 ilə X11 nikahları 03 iyun 2003-cü il tarixdə Qusar RİHB-nın Aşağı Ləyər kənd İƏÜ nümayəndəliyində 03 saylı akt qedi ilə rəsmiləşdirilmişdir. Bundan sonar qadın “Ramazanova” soyadını qəbul etmişdir. İşdə olan Xİ-ЖГ № 458730 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 03 yanvar 1986-cı il tarixdə Qusar rayonu Ləgər kəndində anadan olmuşdur. X4, anası X8r. İşdə olan Xİİ-ЖГ № 432474 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 12 iyun 1987-ci il tarixdə Qusar rayonu Ləgər kəndində anadan olmuşdur. X4, anası X8r. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 05 mart 2022-ci il tarixli **********68 saylı məktubdan görünür ki, ləğv edilmiş DT və XK-si Qusar rayon şöbəsi tərəfindən verilmiş torpağa mülkiyyət hüququna dair JN-314 KOD 30100018 nömrəli Dövlət Aktında qeyd olunmuş hüquq sahiblərinin ad və soy adlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Bununla bağlı məhkəməyə müraciət etməsi X12 tövsiyə olunmuşdur. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən təqdim edilmiş JN-314 KOD 30100018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı həmin şəxs üçün hüquq müəyyənedici sənəddir, belə ki, həmin sənəd əsasında o, X27 göstərilən torpaq sahəsinə dair sərəncam hüquqlarını həyata keçirilməlidir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, Dövlət Torpaq və Xəritəçəkmə və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN-314 KOD 30100018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktında hüquq sahibləri kimi qeyd olunmuş şəxslər məhz X7 və X14, Ramazanova (Vəlixanova) Rübabə Fazil qızıdır. X27 həmin yuxarıda qeyd olunan səhvlərə yol verilmişdir. Bu hal məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə tam təsdiq olunur. Ona görə də, həmin dövlət aktının X12 və X5 və Ramazanova (Vəlixanova) Rübabə Fazil qızına məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçi öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X10”nın, “X15”nın, “Ərizəçi”nun adlarına verilmiş JN:314 KOD 30100018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının onlara, yəni “X7”na, “Ramazanova (Vəlixanova) Rübabə Fazil qızı”na və “Ərizəçi”na məxsus olması faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-143/2023
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-143/2023
16.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver