Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-148/2022 09.02.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2, X15 və üçüncü şəxslər X4, X16, Axundova (Eyyubova) Nurcahan Dünyaməddin qızına, X8, X22 və X5 qarşı mirasın qəbul edilməsi müddətinin uzadılması və əmlaka dair vərəsəlik hüququnun tanınması tələbinə dair mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2, X15 və üçüncü şəxslər X4, X16, Axundova (Eyyubova) Nurcahan Dünyaməddin qızına, X8, X22 və X5 qarşı mirasın qəbul edilməsi müddətinin uzadılması və əmlaka dair vərəsəlik hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar rayonu Bədirqala kəndində yerləşən 0.24 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ½ hissəsinə dair onun, digər ½ hissəsinə dair isə mərhum əri X9 mülkiyyət hüququnun müəyyən edilməsi, Qusar rayonu Bədirqala kəndində yerləşən 0.24 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin mərhum X45a məxsus ½ hissəsinə dair qanun üzrə vərəsəlik müəyyən olunmaqla həmin mirasın onun tərəfindən qəbul edilməsi müddətinin uzadılması və həmin mirasa dair onun vərəsəlik hüququnun tanınmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, 04.05.1958-ci il tarixdə X25 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahlarından səkkiz uşaqları anadan olmuşdur. Həmin şəxslər aşağıdakılardır: Cavabdeh2, X26, X17, X27, Axundova (Eyyubova) Nurcahan Dünyaməddin qızı, X23, X28, X18. Bundan başqa, X25 ilə birgə nikahları dövründə Qusar rayonu Bədirqala kəndində yerləşən 0.24 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi əldə edilmişdir. X45 11.08.2018-ci il tarixdə vəfat etmişdir. Əri vəfat etdikdən sonra yuxarıda qeyd etdiyi fərdi yaşayış evi onun tərəfindən miras kimi faktiki qəbul edilmiş və həmin ev yalnız onun sahibliyinə və idarəçiliyinə keçmişdir. Övladlarının heç biri X45un mirasından pay tələb etməmiş, Telli Eyyubova və Cavabdeh2 istisna olunmaqla digər 6 övladı mirası qəbul etmədikləri barədə notarial qaydada təsdiqlənən ərizələr vermişlər. Telli Eyyubova və Cavabdeh2 mirası qəbul etmədikləri barədə belə bir ərizə verməsələr də, onlar da mirası qəbul etməmişlər. Həmin şəxslər onun əri ölməmişdən əvvəl ailə həyatı quraraq həmin evi tərk etmişlər, əri vəfat etdikdən sonra da həmin evdə yaşamamışlar, həmin mirasa dair susmuşlar. Heç bir vərəsə mirasdan pay tələb etmədiyinə görə o, ərizə ilə Cavabdeh1nə müraciət edərək həmin evin və həyətyanı torpaq sahəsinin X45un payına düşən hissəsinə dair adına qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Lakin, həmin notariat ofisi ona vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etmişdir. Buna səbəb kimi isə mərhum X45un digər varislərinin, yəni qızları Tellinin və Nuriyyənin mirasa dair münasibət bildirmədikləri göstərilmişdir. Halbuki, həmin şəxslər uzun müddət mirasdan pay tələb etməmiş, bu barədə susmuşlar. Mərhum əri öldüyü vaxtdan indiyədək torpaq sahəsinin torpaq vergisi, evin bütün kommunal xidmət haqları onun tərəfindən ödənilir. Qeyd edir ki, Qusar rayonu Bədirqala kəndində yerləşən 0.24 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi onunla Dünyaməddin Eyyubovun birgə nikahı dövründə əldə edildiyindən həmin evlə torpaq sahəsi bütövlükdə mərhum ərinin miras kütləsinə daxil edilə bilməz. Çünki, həmin əmlaklarda onun mülkiyyət payı vardır. Həmin pay bərabər olmaqla ½ hissə təşkil edir. Bununla da, həmin əmlakların ½ hissəsi mərhum ərinin miras kütləsinə daxil edilməli və həmin hissəyə dair qanun üzrə vərəsəlik müəyyən olunmalıdır. Bundan başqa, yuxarıda qeyd etdiyi kimi, həmin əmlakları miras əmlak kimi ondan başqa digər vərəsələr qəbul etməmişlər və mirasa dair susmuşlar, mirası nə notariat orqanına ərizə verməklə, nə də faktiki qəbul etməmişlər. Ona görə də, digər vərəsələrin mirasa dair susmaları Mülki Məcəllənin 1273-1-ci maddəsinə uyğun olaraq mirasdan imtina kimi qiymətləndirilməlidir. O, isə vaxtında notariat orqanına ərizə verməsə də və mirasın qəbul edilməsi müddətini ötürsə də, həmin mirası faktiki olaraq qəbul edərək indiyədək mirası idarə edir. Ona görə də, hesab edir ki, Cavabdeh1 yuxarıda qeyd etdiyi mirasa dair adına qanun üzrə vərəsəlik şəhadətnaməsini verməməsi əsasızdır. Odur ki, həmin mirasın onun tərəfindən qəbul edilməsi müddəti uzadılmalı və onun həmin mirasa dair vərəsəlik hüququ tanınmalıdır. Digər vərəsələrin vərəsəlik hüquqları isə itirilmiş kimi qəbul edilərək həmin hüquqları tanınmamalıdır. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, iddianı müdafiə edir, Qusar rayonu Bədirqala kəndində yerləşən 0.24 ha həyətyanı torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evini miras əmlak kimi faktiki olaraq qəbul etmiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Bundan başqa, səhhəti və şəxsi işləri ilə bağlı məhkəmə iclasına gələ bilmir və ona görə də, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və X15 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişlər, məhkəməyə ərizə göndərərək bildirmişlər ki, onlar həmin iddianı qəbul edirlər. Həqiqətən də, Qusar rayonu Bədirqala kəndində yerləşən 0.24 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı tərəfindən miras əmlak kimi faktiki olaraq qəbul edilmiş, onlar isə həmin mirası qəbul etməmişlər, müddəti ötürmüşlər, mirası qəbul etmək niyyətləri yoxdur. Odur ki, iddianın təmin edilməsi, Qusar rayonu Bədirqala kəndində yerləşən 0.24 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ½ hissəsinə dair İddiaçı, digər ½ hissəsinə dair isə mərhum X9 mülkiyyət hüququnun müəyyən edilməsi, həmin torpaq sahəsinin və fərdi yaşayış evinin mərhum Dünyaməddin Eyyubova məxsus ½ hissəsinə dair qanun üzrə vərəsəlik müəyyən olunmaqla həmin mirasın İddiaçı tərəfindən qəbul edilməsi müddətinin uzadılması və həmin mirasa dair İddiaçı vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Bundan başqa bildirmişlər ki, şəxsi işləri ilə bağlı məhkəmə iclasına gələ bilmirlər və ona görə də, işə onların iştirakları olmadan baxılmasını məhkəmədən xahiş etmişlər. Üçüncü şəxslər X4, X16, Axundova (Eyyubova) Nurcahan Dünyaməddin qızına, X8, X22 və X5 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizələr göndərərək bildirmişlər ki, həqiqətən də, Qusar rayonu Bədirqala kəndində yerləşən 0.24 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı tərəfindən miras əmlak kimi faktiki olaraq qəbul edilmiş, onlar isə həmin mirası qəbul etməmişlər, müddəti ötürmüşlər, mirası qəbul etmək niyyətləri yoxdur. Odur ki, iddianın təmin edilməsi, Qusar rayonu Bədirqala kəndində yerləşən 0.24 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ½ hissəsinə dair İddiaçı, digər ½ hissəsinə dair isə mərhum X9 mülkiyyət hüququnun müəyyən edilməsi, həmin torpaq sahəsinin və fərdi yaşayış evinin mərhum Dünyaməddin Eyyubova məxsus ½ hissəsinə dair qanun üzrə vərəsəlik müəyyən olunmaqla həmin mirasın İddiaçı tərəfindən qəbul edilməsi müddətinin uzadılması və həmin mirasa dair İddiaçı vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Bundan başqa, şəxsi işləri ilə bağlı məhkəmə iclasına gələ bilmirlər və ona görə də, işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişlər. Cavabdeh1 notariusu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək xidməti zərurətlə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyi üçün işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmiş, çıxarılacaq qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə tərəflərin və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qusar RİHB-nın Balaqusar kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 21 sentyabr 2021-ci il tarixli 605 saylı arayışdan görünür ki, Qusar rayonu Bədirqala kəndində yerləşən, 0.24 ha torpaq sahəsinin üzərində tikilmiş 2 (iki) mərtəbəli fərdi yaşayış evində aşağıdakı ailə üzvləri qeydiyyatdadır: İddiaçıoğlu (xx.xx.1939). İşdə olan Qusar RİHB-nın Balaqusar kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 21 sentyabr 2021-ci il tarixli 606 saylı arayışdan görünür ki, İddiaçı Qusar rayonu Bədirqala kəndində qeydiyyatda olub hal-hazırda Qusar rayonu Bədirqala kəndində yaşayır. İşdə olan İ-ИЕ № 116869 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X25 və X24 04 may 1958-ci il tarixdə Qusar rayonu Balaqusar kənd sovetinin zaks bürosunda nikah bağlamışlar. Nikah bağlandıqdan sonra iddiaçı “Eyyubova” soyadını qəbul etmişdir. İşdə olan Texniki Passportun surətindən görünür ki, Qusar rayonu Balaqusar kənd soveti Bədirqala kəndində yerləşən fərdi yaşayış evi 1962-ci ildə inşa edilmişdir, sahibi X19r. İşdə olan İddiaçı məxsus Seriya AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxs xx.xx.1939-cu ildə Quba rayonu Xucbala kəndində anadan olmuş, Qusar rayonu Bədirqala kəndində qeydiyyatdadır. İşdə olan JN-036F Kod 30106028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 12 avqust 1999-cu il tarixli 10/4 nömrəli qərarı ilə X9, İddiaçı, X10 və X20 Qusar rayonu Bədirqala kəndi ərazisində 0.24 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyətinə verilmişdir. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 09.02.2022-ci il tarixli ölüm haqqında arayışdan görünür ki, X25 11 avqust 2018-ci il tarixdə ölmüşdür. İşdə olan 18 iyun 2020-ci il tarixli 661 saylı Qusar RİHB-nın Balaqusar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş Arayışdan görünür ki, X25 vəfat etdiyi günə kimi Qusar rayonu Bədirqala kəndində yaşamışdır və onun ölümündən sonra vərəsələri X26, İddiaçı, X11, X12, Cavabdeh2, X13, X27, X23 və X28 qalmışdır. Mərhumun ölümündən sonra miras əmlakı İddiaçı idarə edir. İşdə olan 18 avqust 2021-ci il tarixli və 11 sentyabr 2021-ci il tarixli X2, X14 və X3 notariat qaydasında təsdiqlənmiş ərizələrindən görünür ki, 11.08.2018-ci ildə vəfat etmiş mərhum X6 miras qalmış əmlakların onlara çatan payı, məcburi payı nə faktiki nə də ki, ərizə ilə müraciət edərəq qəbul etməmişlər. Hal-hazırda qəbul etmirlər. 6 aylıq müddəti buraxmışlar, həmin müddətin bərpası üçün və payın tələbi ilə əlaqədar gələcəkdə məhkəməyə müraciət etməyəcəklər. İşdə olan 03 sentyabr 2021-ci il tarixli X7 notariat qaydasında təsdiqlənmiş ərizəsindən görünür ki, anası İddiaçı məxsus Qusar rayonu, Bədirqala kəndindəki fərdi yaşayış evinin qardaşı X22 bağışlanmasına etiraz etmir. İşdə olan 10 avqust 2021-ci il tarixli X1 ərizəsindən görünür ki, o, 11 avqust 2018-ci ildə ölmüş atası X6 irs qalmış evdən habelə digər əmlak hüquqlarından ibarət mirasın ona çatan hissəsindən imtina edir. İşdə olan Qusar rayonu Balaqusar bələdiyyəsi tərəfindən verilmiş 22 sentyabr 2021ci il tarixli 178 saylı arayışdan görünür ki, hal-hazırda İddiaçı və ailəsinin yaşadığı həyətyanı torpaq sahəsi mərhum X9 adında qalıb, vərəsəsi həyat yoldaşı və övladlarıdır. Həmin torpaq sahəsinin vergi ödəyicisi İddiaçıdır. İşdə olan Cavabdeh1 15 sentyabr 2021-ci il tarixli X-997 saylı cavab məktubundan görünür ki, 11 avqust 2021-ci il tarixdə vəfat etmiş X9 birinci növbə digər varisləri mövcuddur. Mövcud olan digər varislər öz paylarına dair münasibətlərini bildirmədikləri üçün tam şəkildə pay bölgüsünün aparılması mümkün olmamış, bu səbəbdən pay bölgüsünün aparılması üçün məhkəməyə müraciət etməsi İddiaçı tövsiyyə olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 1162-ci maddəsinə əsasən sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Məhkəmə hesab edir ki, yuxarıda göstərilən Qusar rayonu Bədirqala kəndində yerləşən 0.24 hektar torpaq sahəsinin üzərindəki fərdi yaşayış evi iddiaçı ilə miras qoyan X9 birgə nikahları dövründə əldə edildiyindən həmin fərdi yaşayış evinə dair iddiaçının ½ hissə mülkiyyət payı müəyyən edilməli və qalan ½ hissə X36 miras kütləsinə daxil edilməlidir. Həmin evin yerləşdiyi 0.24 hektar torpaq sahəsi isə iddiaçının, miras qoyanın, həmçinin Telli Eyyubovanın və Eyyub Eyyubovun, ümumilikdə 4 nəfər şəxsin birgə mülkiyyətlərinə verilmişdir. Odur ki, həmin torpaq sahəsinə dair iddiaçının və miras qoyanın müılkiyyət payı ½ hissə deyil, ¼ hissə müəyyən edilməli və həmin torpaq sahəsinin məhz ¼ hissəsi miras qoyanın miras kütləsinə daxil edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1, 1159.1.1-ci maddələrinə əsasən birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Həmin Məcəllənin 1263-cü maddəsinə əsasən əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir. Həmin Məcəllənin 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Həmin Məcəllənin 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Məhkəmə mirasla bağlı iddiaçının dəlilləri ilə qismən razılaşaraq hesab edir ki, mərhum Dünyaməddin Eyyubov vəfat etdikdən sonra Qusar rayonu Bədirqala kəndində yerləşən fərdi yaşayış evinin həmin şəxsə məxsus ½ hissəsi və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinin həmin şəxsə məxsus ¼ hissəsi İddiaçı sahibliyinə və idarəçiliyinə keçmiş və iddiaçı həmin vaxtdan indiyədək həmin evdə qeydiyyatla yaşayır. X36 digər vərəsələri, o cümlədən cavabdehlər Telli Eyyubova və Cavabdeh2 isə həmin mirası qəbul etməmişlər, mirasa dair susmuşlar, üçüncü şəxslər mirasa dair susmalarına dair notariat qaydasında təsdiqlənən ərizələr vermişlər. Ona görə də, X36 həmin vərəsələrinin mirasa dair susmaları Mülki Məcəllənin 1273-1-ci maddəsinə uyğun olaraq mirasdan imtina kimi qiymətləndirilməlidir. İddiaçı isə mirasın qəbulu ilə bağlı vaxtında notariat orqanına ərizə verməsə də və mirasın qəbul edilməsi müddətini ötürsə də, həmin mirası faktiki olaraq qəbul edərək indiyədək mirası idarə edir. Ona görə də, məhkəmə hesab edir ki, həmin mirasın iddiaçı tərəfindən qəbul edilməsi müddəti uzadılmalı və onun həmin mirasa dair vərəsəlik hüququ tanınmalıdır. Digər vərəsələrin vərəsəlik hüquqları isə itirilmiş kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, Qusar rayonu Bədirqala kəndində yerləşən 0.24 ha həyətyanı torpaq sahəsinin ¼ hissəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ½ hissəsinə dair İddiaçı, həmin torpaq sahəsinin ¼ hissəsinə, fərdi yaşayış evinin digər ½ hissəsinə dair isə mərhum X9 mülkiyyət hüququ müəyyən edilməli, həmin torpaq sahəsinin və fərdi yaşayış evinin mərhum X21 məxsus hissələrinə dair qanun üzrə vərəsəlik hüququ müəyyən olunmaqla həmin mirasın İddiaçı tərəfindən qəbul edilməsi müddəti, ötürülməsinin səbəbləri üzürlü sayılmaqla uzadılmalı və həmin mirasa dair həmin şəxsin vərəsəlik hüququ tanınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Qusar rayonu Bədirqala kəndində yerləşən 0.24 ha həyətyanı torpaq sahəsinin ¼ hissəsinə, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin isə ½ hissəsinə dair İddiaçı; fərdi yaşayış evinin digər ½ hissəsinə, həyətyanı torpaq sahəsinin ¼ hissəsinə dair isə mərhum X9 mülkiyyət hüququ müəyyən edilsin. Qusar rayonu Bədirqala kəndində yerləşən 0.24 ha həyətyanı torpaq sahəsinin mərhum X21 məxsus ¼ hissəsinə dair, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin mərhum X21 məxsus ½ hissəsinə dair qanun üzrə vərəsəlik hüququ müəyyən olunmaqla həmin mirasın İddiaçı tərəfindən qəbul edilməsi müddəti, ötürülməsinin səbəbləri üzürlü sayılmaqla uzadılsın və həmin mirasa dair İddiaçı vərəsəlik hüququ tanınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №2(029)-148/2022
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-148/2022
09.02.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver