Məhkəmə qərarları › İş №2(029)-149/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-149/2021

02.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-149/2021 02.03.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə Qusar şəhərində xx xxxx 2021-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Ərizəçilər Ərizəçi1, Ərizəçi2, maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair, ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X3”nın, “X6”nun adlarına verilmiş JN-0xx xxx 30117018 saylı, Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının onlara yəni “Ərizəçi1”na və “Ərizəçi2”na məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edərək izahatında göstərdi ki, Qusar rayonunda torpaq islahatları keçirilərkən X5 xx xxx 1998-ci il 7/4 nömrəli qərarına əsasən, ona və həyat yoldaşı Ərizəçi2 Qusar rayonun X14 kəndi ərazisində 0.64 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədləri üçün nəzərdə tutulmuş pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə mülkiyyət hüququ Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN-0xx xxx 30117018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə təsdiq edilmişdir. Həmin Dövlət aktında Ərizəçi2 soyadı və atasının adı səhvən “Sərkəyeva” Vəzifə “Qədmulla” qızı, onun isə soyadı və atasının adı səhvən “Sərkəyev” Arif “Vələddin” oğlu kimi qeyd edilmişdir. Şəxsiyyətlərini Təsdiq edən bütün sənədlərdə onun soyadı və atasının adı “Ərizəçi1” oğlu, Ərizəçi2 soyadı və atasının adı isə “Ərizəçi2” qızı kimi qeyd edilmişdir. Əslində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN-0xx xxx 30117018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında da onların soyadları, adları və ata adları şəxsiyyətlərini təsdiq edən sənədlərə uyğun qeyd edilməli idi. Bu yaxınlarda onlar həmin Dövlət Aktında olan torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən sənədləri almaq üçün maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə müraciət etmişlər. Lakin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN-0xx xxx 30117018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında Ərizəçi2 soyadı və atasının adı səhvən “Sərkəyeva” Vəzifə “Qədmulla” qızı, onun soyadı və atasının adı səhvən “Sərkəyev” Arif “Vələddin” oğlu kimi qeyd edildiyi üçün DƏDRX-nın 5 saylı Ərazi İdarəsinə müraciət etmişlər. Lakin onlara lazım olan sənədləri verməkdən imtina etmişdir. Ona görə də, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN-0xx xxx 30117018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının onlara məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Qeyd edilənləri nəzərə alıb ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Ərizəçi2 məhkəməyə ərizə göndərərək, işə onun iştirakı olmadan baxılıb ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənləri nəzərə alıb Ərizəçi2, maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan JN-0xx xxx 30117018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının təsdiq edilmiş surətindən görünür ki, Qusar rayon X5 xx xxx 1998-ci il tarixli 7/4 saylı qərarına əsasən X4 və X2 mülkiyyətlərinə 0.64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X13 tərəfindən Ərizəçi1 ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli **********80 saylı cavab məktubundan görünür ki, DT və XK-si tərəfindən verilmiş JN-0xx xxx 30117018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X10 səlahiyyətlərinə aid olmadığından bununla bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İşdə olan Qusar rayon İHB-nın Kuzunqışlaq kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 495 nömrəli Arayışdan görünür ki, JN-0xx xxx 30117018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında səhvən X7, X1 yazılmış, əslində isə Ərizəçi1, Ərizəçi2 kimi yazılmalı və oxunmalıdır. İşdə olan Qusar rayon İHB-nın Kuzunqışlaq kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 554 nömrəli Arayışdan görünür ki, Ərizəçi2 hal-hazirda Qusar rayonun Zindan Muruq kəndində yaşayır. İşdə olan Qusar rayon İHB-nın Kuzunqışlaq kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 553 nömrəli Arayışdan görünür ki, Ərizəçi1 hal-hazırda Qusar rayonun X14 kəndində yaşayır. İşdə olan Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsi xx xxxx 1966-cı il tarixdə Qusar rayonu X14 kəndində anadan olmuş və Qusar rayonun X14 kəndində qeydiyyatda olan Ərizəçi1 məxsusdur. İşdə olan Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsi xx xxxxxxxx 1974-cü il tarixdə Qusar rayonu X14 kəndində anadan olmuş və Qusar rayonun X14 kəndində qeydiyyatda olan Ərizəçi2 məxsusdur. Məhkəmə Ərizəçi1 izahatını dinləyib iş üzrə toplanmış sübutlarla birgə hüquqi qiymət verərək Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən belə nəticəyə gəlir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X6”nun, “X3”nın adlarına verilmiş JN-0xx xxx 30117018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının “Ərizəçi1”na, “Ərizəçi2”na, məxsus olması faktının müəyyən edilməsinə dair ərizə əsaslı olduğundan və həmin faktın müəyyən edilməsi hüquqi əhəmiyyət kəsb etdiyindən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ət etdi : Ərizə təmin edilsin. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X6”nun, “X3”nın adlarına verilmiş JN-0xx xxx 30117018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının “Ərizəçi1”na, “Ərizəçi2”na məxsus olması faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar