Məhkəmə qərarları › İş №2(029)-150/2021

Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-150/2021

18.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-150/2021 18.02.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nın 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsəslələri Dövlət Komitəsinin yanında DƏDRX-nın 5 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən "X2"nun və "X1"nun adlarına verilmiş JN:2xx xxx 30107028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının onlara, yəni "Ərizəçi2"na və "Ərizəçi1"na məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Həmin mülki iş üzrə məhkəmənin hazırlıq iclası xx xxxxxx 2020-ci il tarixə təyin edilmiş, məhkəmənin hazırlıq iclası Ərizəçi1 iştirakı ilə keçirilmiş və işin məhkəmə baxışı xx xxxxxx 2020-ci il tarixə təyin edilmiş, həmin tarixdə ərizəçilər və maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə baxış iclası xx xxxxxx 2021-ci il tarixə təyin edilmiş, həmin tarixdə ərizəçilər və maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə baxış iclası xx xxxxxx 2021-ci il tarixə təyin edilməklə təxirə salınmış, bu barədə tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq ərizəçilər və maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Həmin Məcəllənin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflərin məhkəməyə gəlməməsi ərizənin baxılmamış saxlanması üçün əsasdır. Məhkəmə iş üzrə sənədləri tədqiq edib, yuxarıda şərh edilənlərə əsasən hesab edir ki, ərizəçilər və maraqlı şəxsin nümayəndəsinin iştirakları olmadan işə mahiyyəti üzrə baxmaq mümkün deyildir. Ona görə də mülki iş baxılmamış saxlanmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 263-264 və 268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsəslələri Dövlət Komitəsinin yanında DƏDRX-nın 5 saylı Ərazi İdarəsi qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki iş ərizəçilər və maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına təkrarən gəlmədiklərinə görə baxılmamış saxlanılsın. Qərardaddan şikayət qərardadın surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qusar rayon məhkəməsinə verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar