Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-151/2023 07.03.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi” tələbinə dair mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “Maraqlı şəxs1 Cinağat oğlu”nun, “X5”nun, “X6”nun adlarına verilmiş JN:308 KOD 30105028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının onlara, yəni “X6”na, “Ərizəçi, “Maraqlı şəxs1”na məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Qusar rayonunda torpaq islahatları keçirilərkən Qusar rayon AİK-nın 25.05.98 tarixli 11/3, Qusar rayon Məhkəməsinin 30.03.06 tarixli 2-126a/2006 saylı qətnaməsinə əsasən Maraqlı şəxs1, Ərizəçi və X3 Qusar rayonu Əniğ oba kəndi ərazisindən 1.85 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədləri üçün nəzərdə tutulmuş pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə mülkiyyət hüququ Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:308 KOD 30105028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə təsdiq edilmişdir. X6 xx.xx.2021-ci ildə vəfat etmişdir. Həmin Dövlət aktında Maraqlı şəxs1 atasının adı səhvən “Cinağat”, Ərizəçi adı səhvən “Kamil” kimi qeyd edilmişdir. Şəxsiyyətlərini təsdiq edən bütün sənədlərdə Ərizəçi adı “Namik”, ərizəçi Maraqlı şəxs1 atasının adı “Canaqat” kimi qeyd edilmişdir. X11 və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:308 KOD 30105028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında da ərizəçinin soyadları, adları və ata adları şəxsiyyətlərini təsdiq edən sənədə uyğun qeyd edilməli idi. Bu yaxınlarda onlar həmin Dövlət Aktında olan torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən sənədləri almaq üçün maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə müraciət etmişlər. Lakin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:308 KOD 30105028 saylı torpağa mülkiyyət hüququna dair Həmin Dövlət aktında Maraqlı şəxs1 atasının adı səhvən “Cinağat”, Ərizəçi adı səhvən “Kamil” kimi qeyd edildiyi üçün DƏDRX-nin 5 saylı Ərazi İdarəsi ona lazım olan sənədləri verməkdən imtina etmişdir. Ona görə də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:308 KOD 30105028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının onlara məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, həmin ərizəni müdafiə edir, təmin edilməsini xahiş edir. Həmçinin bildirmişdir ki, şəxsi işləri ilə əlaqədar məhkəmə iclaslarına gələ bilmir, işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxslər Maraqlı şəxs1 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq idarənin nümayəndəsi və Maraqlı şəxs1 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4 və 185.6-cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ərizə qismən təmin olunmalıdır. Belə ki, işdə olan JN 0308 kod 30105028 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 25 may 1998-ci il tarixli 11/3 saylı qərarı və Qusar rayon Məhkəməsinin xx.xx.2006 tarixli 2-126a/2006 saylı qətnaməsi ilə Qusar rayonu Əniğoba kəndində yerləşən 1.85 ha torpaq sahəsi Maraqlı şəxs1 Cinağat oğlunun, X1 və X2 xüsusi mülkiyyətlərinə verilmişdir. İşdə olan AZ-İİ 204425 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İşdə olan AZE ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1983-cü il tarixdə Qusar rayonu Əniğ-oba kəndində anadan olmuşdur və həmin kənddə yaşayır. İşdə olan Qusar RİHB-nın Quxuroba kənd İƏD üzrə nümayəndəliyindən 22 iyun 2022-ci il tarixli 342 saylı arayışdan görünür ki, JN-0308 kod 30105028 saylı Torpağın mülkiyyətə X7 Aktında aşağıda qeyd olunmuş vətəndaşın soyadı, adı, atasının adı və atasına münasibəti səhv yazılmışdır. X5. Onun doğru soyadı, adı, atasının adı və atasına münasibəti şəxsiyyət vəsiqəsində olduğu kimi aşağıda qeyd olunmuş yazılışda oxunur Ərizəçi. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsindən verilmiş xx.xx.2021-ci il tarixli **********72 saylı X4 ünvanlanmış məktubdan görünür ki, onun və ailə üzvlərinin adına olan 4.44 ha torpaq sahəsinə JN-393 KOD 30113028 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabından qeydiyyatdan keçmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsindən verilmiş xx.xx.2022-ci il tarixli **********80 saylı Ərizəçi ünvanlanmış məktubdan görünür ki, ərizəyə əlavə olunmuş ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş torpağa mülkiyyət hüququna dair JN-308 (kod ********) nömrəli Dövlət aktında qeyd olunmuş hüquq sahiblərinin adı, soyad və ata adlarında yazılışında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən təqdim edilmiş JN-0308 KOD 30105028 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı həmin şəxs üçün hüquq müəyyənedici sənəddir, belə ki, həmin sənəd əsasında o, həmin Dövlət Aktında göstərilən torpaq sahəsinə dair sərəncam hüquqlarını həyata keçirilməlidir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, JN-0308 KOD 30105028 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktında hüquq sahibləri kimi qeyd olunmuş şəxslər məhz mərhum X6 və Ərizəçidur. Lakin, həmin dövlət aktında yuxarıda qeyd olunan səhvlərə yol verilmişdir. Bu hal məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə təsdiq olunur. Ona görə də, həmin dövlət aktının mərhum X3 və Ərizəçi məxsus olması faktı müəyyən olunmalıdır. Lakin, məhkəmə hesab edir ki, ərizə həmin dövlət aktının Maraqlı şəxs1 məxsus olması faktının müəyyən edilməsi tələbinə dair hissədə təmin oluna bilməz. Belə ki, nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hazırkı halda, Ərizəçi yuxarıda qeyd olunan dövlət aktının özü ilə birlikdə həm də Maraqlı şəxs1 məxsus olması faktının müəyyən edilməsini tələb etmək hüququ yoxdur. Çünki, dövlət aktı hüquqmüəyyənedici sənəd olmaqla konkret şəxsin (şəxslərin) mülkiyyət və ya digər əmlak hüquqlarını təsdiq edir və buna görə də hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəni məhkəməyə hüquq sahibi şəxsən özü və ya səlahiyyəti MPM-də nəzərdə tutulan qaydada rəsmiləşdirilən nümayəndəsi verməlidir. Ərizəçi Maraqlı şəxs1 adından ərizə vermək səlahiyyətinin olması barədə hər hansı sənəd isə məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla qismən sübuta yetirilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə qismən təmin edilsin. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “Maraqlı şəxs1 Cinağat oğlu”nun, “X5”nun, “X6”nun adlarına verilmiş JN:308 KOD 30105028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının onlara-yəni mərhum “X6”na və “Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-151/2023
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-151/2023
07.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver