Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-154/2023 14.03.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi maraqlı şəxslər X12, X7, Əmirbəyova (Hüseynova) Xalidə Nehru qızına, Hacıyeva (Hüseynova) Gülnar Nehru qzına və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi maraqlı şəxslər X12, X7, Əmirbəyova (Hüseynova) Xalidə Nehru qızına, Hacıyeva (Hüseynova) Gülnar Nehru qzına və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X18”nun, “Ərizəçi Bəytulla qızı”nın, “X13”nun, “X15”nın və “X16”nın adlarına verilmiş JN:0032 KOD 30126018 saylı torpağa mülkiyyətə hüququna dair Dövlət Aktının ona, yəni Ərizəçi və digər mülkiyyətçilər X12, X7, Əmirbəyova (Hüseynova) Xalidə Nehru qızına və Hacıyeva (Hüseynova) Gülnar Nehru qızına məxsus olması faktının müəyyənləşdirilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Qusar rayonunda torpaq islahatları keçirilərkən ona və ailə üzvlərinə X12, X7, Əmirbəyova (Hüseynova) Xalidə Nehru qızına və Hacıyeva (Hüseynova) Gülnar Nehru qızına Qusar rayonunun Yasab kəndi ərazisindən 4,24 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə onların mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:0032 KOD 30126018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə təsdiq edilir. Üçüncü şəxs Əmirbəyova (Hüseynova) Xalidə Nehru qızı 16 iyul 2004-cü il tarixdə X19 ilə rəsmi nikah bağlamış və onun soyadını, “Əmirbəyova” soyadını qəbul etmişdir. Üçüncü şəxs Hacıyeva (Hüseynova) Gülnar Nehru qızı 05 avqust 2009-cu il tarixdə X17 ilə rəsmi nikah bağlamış və onun soyadını, “Hacıyeva” soyadını qəbul etmişdir. JN:0032 KOD 30126018 saylı Dövlət Aktında onun, yəni Ərizəçi ata adı səhvən “Bəytulla qızı” qeyd edilmişdir. Şəxsiyyəti təsdiq edən bütün sənədlərdə mənim ata adı “Heybətulla qızı” qeyd edilmişdir. Əslində JN:0032 KOD 30126018 saylı Dövlət Aktında da onun ata adı şəxsiyyətini təsdiq edən sənədlərə uyğun qeyd edilməli idi. Bu yaxınlarda o, həmin Dövlət Aktında olan torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınması üçün maraqlı şəxs DƏDKR PHŞ-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Lakin JN:0032 KOD 30126018 saylı Dövlət aktında onun ata adı səhvən “Bəytulla qızı” qeyd edildiyi üçün DƏDKR PHŞ-in 5 saylı Xaçmaz Ərazi İdarəsi onlara çıxarış verməkdən imtina etmişdir. Ona görə həmin Dövlət Aktının ona və digər mülkiyyətçilərə məxsus olması faktı müəyyən olunmalıdır. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, həmin ərizəni müdafiə edir və təmin edilməsini məhkəmədən xahiş edir. Həmçinin bildirmişdir ki, şəxsi işləri ilə əlaqədar məhkəmə iclaslarına gələ bilmir, ona görə də işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxslər X18, X13, Əmirbəyova (Hüseynova) Xalidə Nehru qızı, Hacıyeva (Hüseynova) Gülnar Nehru qızı və məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şəxslər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4 və 185.6-cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ərizə qismən təmin olunmalıdır. Belə ki, işdə olan JN:0032 KOD 30126018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli 11/10 saylı qərarı ilə Qusar rayonu Yasab kəndində yerləşən 4.24 ha torpaq sahəsi X10, Ərizəçi Bəytulla qızının, X5, X8 və X9 xüsusi mülkiyyətlərinə verilmişdir. İşdə olan V-ЖГ № 445110 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx xxxxxx 1961-ci ildə Qusar rayonu Əvəcuq kəndində anadan olmuşdur. X1, anası X3r. İşdə olan İİ- ЖГ № 420679 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X18 ilə X2 nikahları 02 avqust 1981-ci il tarixdə Qusar rayonu Yasab kənd sovetində rəsmiləşdirilmişdir. Bundan sonra ərizəçi “Hüseynova” soyadını qəbul etmişdir. İşdə olan AZ-İ 085253 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X19 ilə X8 nikahları 16 iyul 2004-cü il tarixdə Qusar RİHB-nın Yasab kənd İƏ üzrə nümayəliyində 15 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Bundan sonra qadın “Əmirbəyova” soyadını qəbul etmişdir. İşdə olan AZ-İ 481744 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X17 ilə X9 nikahları 05 avqust 2009-cu il tarixdə Qusar RİHB-nın Yasab kənd İƏ üzrə nümayəliyində 12 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Bundan sonra qadın “Hacıyeva” soyadını qəbul etmişdir. İşdə olan Qusar RİHB-nın Yasab kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 25 noyabr 2022-ci il tarixli 448 saylı arayışdan görünür ki, Qusar rayonunun Yasab kənd sakini X10 onun və ailəsinin adına verilmiş JN: 0032 KOD 30126018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında səhvən- 2.Ərizəçi Beytulla qızı kimi yazılmışdır. Yasab kəndində Ərizəçi Beytulla qızı adında şəxs qeydə alınmamışdır.Oxunmalıdır, Ərizəçi. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən təqdim edilmiş JN:0032 KOD 30113038 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı həmin şəxslər üçün hüquq müəyyənedici sənəddir, belə ki, həmin sənəd əsasında o, həmin Dövlət Aktında göstərilən torpaq sahəsinə dair sərəncam hüquqlarını həyata keçirilməlidir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, Dövlət Torpaq və Xəritəçəkmə və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN:0032 KOD 30126018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktında hüquq sahibləri kimi qeyd olunmuş şəxslər məhz X18, X13, Əmirbəyova (Hüseynova) Xalidə Nehru qızı, Hacıyeva (Hüseynova) Gülnar Nehru qızı və Ərizəçidır, həmin Dövlət Aktında həmin yuxarıda qeyd olunan səhvlərə yol verilmişdir. Bu hal məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə tam təsdiq olunur. Ona görə də, həmin dövlət aktının Ərizəçi məxsus olması faktı müəyyən olunmalıdır. Lakin, məhkəmə hesab edir ki, ərizə həmin dövlət aktının digər mülkiyyətçilər X12, X7, Əmirbəyova (Hüseynova) Xalidə Nehru qızına və Hacıyeva (Hüseynova) Gülnar Nehru qızına məxsus olması faktının müəyyən edilməsi tələbinə dair hissədə təmin oluna bilməz. Belə ki, nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hazırkı halda, Ərizəçi yuxarıda qeyd olunan dövlət aktının özü ilə birlikdə həm də X12, X7, Əmirbəyova (Hüseynova) Xalidə Nehru qızına və Hacıyeva (Hüseynova) Gülnar Nehru qızına məxsus olması faktının müəyyən edilməsini tələb etmək hüququ yoxdur. Çünki, dövlət aktı hüquqmüəyyənedici sənəd olmaqla konkret şəxsin (şəxslərin) mülkiyyət və ya digər əmlak hüquqlarını təsdiq edir və buna görə də hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəni məhkəməyə hüquq sahibi şəxsən özü və ya səlahiyyəti MPM-də nəzərdə tutulan qaydada rəsmiləşdirilən nümayəndəsi verməlidir. Ərizəçi həmin şəxslərin adından ərizə vermək səlahiyyətinin olması barədə hər hansı sənəd isə məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə qismən təmin edilsin. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X18”nun, “Ərizəçi Bəytulla qızı”nın, “X13”nun, “X15”nın və “X16”nın adlarına verilmiş JN:0032 KOD 30126018 saylı torpağa mülkiyyətə hüququna dair Dövlət Aktının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-154/2023
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-154/2023
14.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver