Məhkəmə qərarları › İş №2(029)-155/2022

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-155/2022

02.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-155/2022 02.02.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, KOD 30113038 JN: 0043 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının ona-yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə Qusar rayonu Cağar Qışlaq kəndində yaşayır. Qusar rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1997-ci il tarixli 07 saylı qərarı ilə onun və Maraqlı şəxs1 mülkiyyətinə Qusar rayonu Cağar kəndi ərazisindən 1.34 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları KOD 30113038 JN: 0043 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. X12 43 nömrə ilə qeydiyyat kitabında qeydiyyata alınmışdır. KOD 30113038 JN: 0043 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı tərtib ediləndə Aqrar İslahat Komissiyası tərəfindən səhvlərə yol verilmişdir. Belə ki, onun adı Xaleddin əvəzinə səhvən “Xalid”, atasının adı isə Səlimoviç əvəzinə səhvən “Səlim oğlu” yazılmışdır. Aqrar İslahat Komissiyası tərəfindən göstərilən səhvlərin buraxılması Qusar rayon İHB-nın Kuzun qışlaq kənd İƏD üzrə nümayəndəliyinin 01 fevral 2021-ci il tarixli 80 saylı arayışı və digər sənədlərlə də təsdiqlənir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və həmin Komitənin şöbələri ləğv edildiyi üçün Dövlət Aktında buraxılmış səhvlərə düzəliş edilməsi məqsədi ilə rəsmi ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, həmin idarə 26 aprel 2021-ci il tarixli **********16 saylı məktubla KOD 30113038 JN: 0043 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında hüquq sahiblərinin adlarında yaranmış uyğunsuzluqların aradan qaldırılmasının və düzəlişin həyata keçirilməsinin idarənin səlahiyyətlərinə aid olmadığını bildirərək məhkəməyə müraciət etməyi ona tövsiyyə etmişdir. Yuxarıda qeyd olunduğu kimi KOD 30113038 JN: 0043 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının ona-yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsi 1.34 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün pay torpaq sahəsi üzərində sərəncam hüququnu həyata keçirməsi üçün zəruridir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, ərizəni müdafiə edir, səhhəti ilə əlaqədar təyin olunmuş məhkəmə iclasına gələ bilmir. Ona görə də işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Maraqlı şəxs1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq həmin idarənin nümayəndəsi və Maraqlı şəxs1 məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4 və 185.6-cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Belə ki, işdə olan KOD 30113038 JN: 0043 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1997-ci il tarixli 07 saylı qərarı ilə Qusar rayonu Cağar kəndində yerləşən 1.34 ha torpaq sahəsi X3 və Maraqlı şəxs1 xüsusi mülkiyyətlərinə verilmişdir. İşdə olan АЗБ № 079877 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxxxx 1971-ci il tarixdə Qusar şəhərində anadan olmuşdur. X10, anası X1r. İşdə olan AZ-İ 400659 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X7 arasında Qusar rayonu Kuzun Qışlaq kənd İƏD nümayəndəliyində 19 avqust 1995-ci il tarixdə 10 nömrəli akt qeydi ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına “Güləmirova” soyadı verilmişdir. İşdə olan Qusar RİHB-nın Kuzun Qışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 fevral 2021-ci il tarixli 80 saylı arayışdan görünür ki, JN: 0043 KOD 30113038 saylı Dövlət Aktında səhvən olaraq X2 yazılmış, əslində isə hüquq sahibinin adı, soyadı, atasının adı Ərizəçi kimi yazılmalı və oxunmalıdır. İşdə olan Seriya AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1971-ci ildə Qusar rayonu Cağar-qışlaq kəndində anadan olmuş, həmin kənddə yaşayır. İşdə olan Seriya AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs1 xx.xx.1978-ci ildə Qusar rayonu Cağar-qışlaq kəndində anadan olmuş, həmin kənddə yaşayır. İşdə olan vətəndaşların şəxsiyyət vəsiqələri barədə elektron məlumatların çıxarışından görünür ki, “X4” adlı şəxs mövcud deyildir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 26 aprel 2021-ci il tarixli **********16 saylı məktubdan görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN-0043 KOD 30113038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd olunmuş hüquq sahiblərinin ad və soy adlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Bununla bağlı məhkəməyə müraciət etməsi Ərizəçi tövsiyə olunmuşdur. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən təqdim edilmiş JN: 0043 KOD 30113038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı həmin şəxs üçün hüquq müəyyənedici sənəddir, belə ki, həmin sənəd əsasında o, X12nda göstərilən torpaq sahələsinə dair sərəncam hüquqlarını həyata keçirilməlidir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, JN: 0043 KOD 30113038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında hüquq sahibləri kimi qeyd olunmuş şəxslər məhz Ərizəçi və Maraqlı şəxs1dır, lakin həmin X8 Güləmirova münasibətdə yuxarıda qeyd olunan səhvlərə yol verilmişdir. Bu hal məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə tam təsdiq olunur. Ona görə də, X12nın Ərizəçi məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ət etdi : Ərizə təmin edilsin. X3 və Maraqlı şəxs1 adlarına verilmiş KOD 30113038 JN: 0043 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar