Məhkəmə qərarları › İş №2(029)-157/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-157/2021

28.01.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-157/2021 28.01.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası X12 Komitəsinin yanında DƏDRXnin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə Qusar şəhərində xx xxxxxx 2021-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası X12 Komitəsinin yanında DƏDRXnin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “Ərizəçi Beybut oğlu”nun və “X6”nın adlarına verilmiş JN-00xx xxx 30103038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının ona, yəni Ərizəçi və X5 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi iddianı müdafiə edərək izahatında göstərdi ki, Qusar rayonunda torpaq islahatları keçirilərkən Aqrar İslahat Komissiyasının xx xxxxxx 1997-ci il tarixli 17/2 saylı qərarına əsasən ona və X5 Qusar rayonunun Xürel kəndi ərazisindən 1.48 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi üzərində onların mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN-00xx xxx 30103038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə təsdiq olunur. X8 atasının adı səhvən “Beybut”, digər mülkiyyətçi X1 səhvən “Beybutova”, adı isə səhvən “Həvizə” yazılmışdır. Şəxsiyyətini təsdiq edən bütün sənədlərdə onun atasının adı “Saləh”, X1 “Behbudova”, adı isə “Havizə” yazılmışdır. X15 və Xəritəçəkmə Komitəsinin Qusar rayon Şöbəi tərəfindən verilmiş sözügedən Dövlət Aktında da onların adları, soyadları və ata adları şəxsiyyətlərini təsdiq edən sənədlərə uyğun qeyd edilməli idi. X7 xx xxxxxx 2000-ci il tarixdə vəfat etmişdir. Bu yaxınlarda o, X16kı torpaq sahələrinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən müvafiq sənədlərin alınması üçün maraqlı şəxs Azərbaycan Respublikası X12 Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə müraciət etmiş, lakin həmin səhvin düzəldilməsi Azərbaycan Respublikası X12 Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı üçün məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Ona görə də JN-00xx xxx 30103038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının ona və mərhum X5 məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Qeyd edilənləri nəzərə alıb ərizənin təmin ediləməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs Azərbaycan Respublikası X12 Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənləri nəzərə alıb maraqlı şəxs Azərbaycan Respublikası X12 Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə JN-00xx xxx 30103038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının təsdiq olunmuş surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1997-ci il tarixli 17\2 nömrəli qərarı ilə Ərizəçi Beybut oğlunun və X3 mülkiyyətlərinə Qusar rayonu Xürel kəndi ərazisindən 1.48 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası X12 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən X4 ünvanlanmış xx xxxx 2020-ci il tarixli **********97 nömrəli cavab məktubundan görünür ki, DT və XK-si tərəfindən verilmiş JN-078C KOD 30116018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə və JN-03xx xxx 30118018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzlaqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi X12 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığından bununla bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İşdə olan Qusar rayon İHB-nın Avaran kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 506 nömrəli Arayışdan görünür ki, Ərizəçi Beybut oğlunun və ailə üzvlərinin adında olan JN-0091 nömrəli X13 Kasbaba Beybut oğlu səhv yazılmışdır. Əslində isə şəxsiyyət vəsiqəsində olduğu kimi Ərizəçi yazılmalı və oxunmalıdır. İşdə olan Seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsi xx xxxxx 1928-ci il tarixdə ünvan 2ində anadan olmuş, hazırda ünvan 2i ünvanında qeydiyyatda olan Ərizəçi məxsusdur. İşdə olan AZ № 037969 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X7 xx xxxxxx 2000-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxxxx 2000-ci il tarixdə 16 nömrə ilə qeyd edilmişdir. Məhkəmə Ərizəçi izahatını dinləyib, iş üzrə toplanmış sübutlarla birgə hüquqi qiymət verərək Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən belə nəticəyə gəlir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “Ərizəçi Beybut oğlu”nun və “X6”nın adlarına verilmiş JN-00xx xxx 30103038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Ərizəçi və X5 məxsus olması faktının müəyyən edilməsinə dair ərizə əsaslı olduğundan və həmin faktın müəyyən edilməsi hüquqi əhəmiyyət kəsb etdiyindən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ət etdi : Ərizə təmin edilsin. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “Ərizəçi Beybut oğlu”nun və “X6”nın adlarına verilmiş JN-00xx xxx 30103038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Ərizəçi və X5 məxsus olması faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar