Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-159/2021 12.03.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı Cavabdeh2 Üçüncü şəxslər X5, Tahirova (Rzayeva) Elnarə Kəbir qızının, Rzayeva Könül Kəbir qızının, X6 və X1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 üçüncü şəxslər X7, Tahirova (Rzayeva) Elnarə Kəbir qızına, Rzayeva Könül Kəbir qızına, X8 və X2, Qusar rayon Notariat Ofisinə qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə Qusar şəhərində xx xxxx 2021-ci il tarixdə Qusar Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜ Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 üçüncü şəxslər X7, Tahirova (Rzayeva) Elnarə Kəbir qızına, Rzayeva Könül Kəbir qızına, X8 və X2, Qusar rayon Notariat Ofisinə qarşı iddia ərzisəsi ilə məhkəməyə müraciət edərək, Qusar rayonu Həsənqala kəndində yerləşən onun, üçüncü şəxslər Cavabdeh2, X5, Tahirova (Rzayeva) Elnarə Kəbir qızının, Rzayeva Könül Kəbir qızının, X6 və X1 birgə mülkiyyətində olan 0.7814 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2003-cü il tarixli 3m-02-248 saylı icarə müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Qusar rayonu Həsənqala kəndində yerləşən 0.7814 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə onun, Cavabdeh2, X5, Tahirova (Rzayeva) Elnarə Kəbir qızının, Rzayeva Könül Kəbir qızının, X6 və X1 ümumi birgə mülkiyyətindədir. Cavabdeh2 onun atasıdır. Bu yaxınlarda ona məlum olmuşdur ki, atası Cavabdeh2 Cavabdeh1 ilə xx xxxxxx 2003-cü il tarixdə 99 illik icarə müqaviləsi bağlayaraq onların ümumi birgə mülkiyyətində olan 0.7814 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini həmin şəxsin icarəsinə vermişdir. Həmin müqavilə Qusar rayon Notariat Kontorunda təsdiq olunmuşdur. Bu barədə nə onun, nə də digər mülkiyyətçilər olan üçüncü şəxslər ailə üzvlərinin xəbəri olmamışdır. Belə ki, o, 2020-ci ildə onlara məxsus torpaq sahəsinin başqa şəxslər tərəfindən istifadə olunduğunu gördükdən sonra torpaq sahəsinin xəbəri olmadan satıldığını zənn edərək atası Cavabdeh2 müraciət etmiş,sonuncu torpaq sahəsini heç kimə satmadığını bildirmişdir. Bundan sonra 2020-ci ilin sentyabr ayında ərizə ilə Qusar rayon Polis Şöbəsinə müraciət etmiş, Qusar RPŞ-də araşdırma aparılmış və orada məlum olmuşdur ki, onun və ailə üzvlərinin mülkiyyətində olan 0.7814 hektar torpaq sahəsinə dair yuxarıda göstərilən məlum icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsinin mövcud olması barədə indiyədək heç bir məlumatları olmamış, belə bir müqavilənin bağlanmasına onun razılığı alınmamış, nəticədə isə heç bir qanuni əsas olmadan onun həmin torpaq sahəsinə dair mülkiyyət hüququ pozulmuşdur. Həm də, məlum olmuşdur ki, icarə müqaviləsi onun və digər mülkiyyətçilərin adlarına çıxarış verilməmişdən əvvəl bağlanmışdır. Bu isə həmin icarə müqaviləsinin ümumiyyətlə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmadığını təsdiq edir. Belə olan halda, torpaq sahəsi icarəyə verilərkən həm də, torpaq qanunvericiliyinin tələbləri də pozulmuşdur. Odur ki, qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul edərək izahatında göstərdi ki, iddiaçı və üçüncü şəxslər X11, Tahirova (Rzayeva) Elnarə Kəbir qızı, Rzayeva Könül Kəbir qızı, X12 və X3 onun ailə üzvləridir. Onun ailə üzvlərinin mülkiyyətində Qusar rayonu Həsənqala kəndində 5.41 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur, həmin torpaq sahəsinin bir qismi satıldıqdan sonar mülkiyyətlərində 0.7814 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qalmışdır. Həmin torpaq sahəsinə 2008-ci ildə **********05 reyestr nömrəli Seriya MH ******* saylı Çıxarış alınmışdır. 2003-cü ildə o, Bələdiyyənin üzvü olmuşdur. Həmin vaxt kənd sakinləri özlərinə məxsus torpaq sahələrini icarəyə verirdilər. Ona görə də o, ailə üzvlərinə məxsus torpaq sahəsini icarəyə verilməsi barədə həmin vaxt bələdiyyənin müavini olan Mahir adlı şəxsin ona təqdim etdiyi müqaviləyə imza edərək vermişdir. O, həmin müqaviləni Bələdiyyənin inzibati binasında imzalamış, lakin Notariusa getməmişdir. Sonradan ona məlum olmuşdur ki, mübahisəli torpaq sahəsinə dair Qusar rayon Notariat Kontorunda xx xxxxxx 2003-cü il tarixli 3m-02-248 saylı icarə müqaviləsi rəsmiləşdirilmişdir. İcarə müqaviləsi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmamışdır. Həmin müqaviləyə əsasən cavabdeh tərəfindən ona hər il icarə haqqı olaraq 200 kq buğda verilməli idi. Cavabdeh1 heç vaxt görməmiş və onu tanımır. 2006-cı ildən 2009-cu ilə qədər o, həbsdə olmuşdur. Torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilədən ailə üzvlərinin heç birinin xəbəri olmamışdır. 2020-ci ildə cavabdehin nümayəndəsi ona yaxınlaşaraq hansısa müqavilənin imzalanmasını istəmiş, lakin o, buna razı olmamışdır. Cavabdeh tərəfindən ailə üzvlərinə məxsus torpaq sahəsinin vergiləri ödənilməmiş, müqavilənin şərtləri pozulmuşdur. Həmçinin ona vəd olunan 200 kq buğda müqavilə bağlandıqdan sonra verilməmişdir. Cavabdeh1 həmin torpaq sahəsində 2010-cu ilədək buğda əkmiş, sonradan isə həmin torpaq sahəsini başqasına satmışdır. 2020-ci ilin avqust ayında Bələdiyyənin müavini Mahir, Azər və digər şəxslər onun yanına gələrək həmin torpaq sahəsinə 15000 (on beş min) manat pul təklif etmiş. Lakin o və ailə üzvləri buna razı olmamışlar. Mübahisəli torpaq sahəsi ilə əlaqədar Qusar rayon Polis Şöbəsinə müraciət olunmuş, araşdırılma aparılmış və məlum olmuşdur ki, onun və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsi heç kimə satılmamışdır. Lakin icarəyə verilmişdir, həmin icarə müqaviləsi də qanuna zidd şəkildə rəsmiləşdirilmişdir. Odur ki, qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında üçüncü şəxs X3 izahatında göstərdi ki, Qusar rayonu Həsənqala kəndində yerləşən 0.7814 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı, Cavabdeh2, X5, Tahirova (Rzayeva) Elnarə Kəbir qızının, Rzayeva Könül Kəbir qızının, X6 və onun ümumi birgə mülkiyyətindədir. Cavabdeh2 onun əridir. Qusar rayonu Həsənqala kəndində yerləşən 0.7814 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair xx xxxxxx 2003-cü il tarixli 3m-02-248 saylı icarə müqaviləsinin imzalanmasından onun və ailə üzvlərinin xəbərləri olmamışdır. 2020-ci ildə onlara məlum olmuşdur ki, mübahisəli torpaq sahəsinə dair uzun müddətli icarə müqaviləsi bağlanmışdır. Nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxslər X11, Tahirova (Rzayeva) Elnarə Kəbir qızı, Rzayeva Könül Kəbir qızı, X12 üçüncü şəxs X1 izahatına uyğun eyni məzmunlu izahatlar vermişlər. Üçüncü şəxs Qusar rayon Notariat Ofisi məhkəməyə 12 mart 2021-ci il tarixli X-259 saylı məktub göndərərək, mülki iş ilə bağlı keçiriləcək məhkəmə baxışı iclasında xidməti zərurətlə əlaqədar iştirak edə bilmədikləri üçün işə onların iştirakları olmadan baxılasını xahiş etmişdir. Həmçinin həmin iş üzrə çıxarılacaq qərarın məhkəmənin mülahizəsinə buraxdıqları qeyd olunmuşdur. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənləri nəzərə alıb Cavabdeh1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı, Cavabdeh2, üçüncü şəxslər X5, Tahirova (Rzayeva) Elnarə Kəbir qızının, Rzayeva Könül Kəbir qızının, X6 və X1 izahatlarını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv araşdıraraq hesab edir ki, aşağıda göstərilən əsaslara görə iddia təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş Seriya MH № ******* saylı, **********05 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx xxxxxx 2008-ci il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh2, İddiaçı, X5, X4, Rzayeva Könül Kəbir qızının, X6 və X1 mülkiyyətində Qusar rayonu Həsənqələ kəndi ərazisindən 0.7814 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh2 ünvanlanmış **********40 saylı xx xxxxxxxx 2020-ci il tarixli cavab məktubundan görünür ki, onun və ailə üzvlərinin adına olan 5.41 ha torpaq sahəsinə verilmiş JN:2xx xxx 30106038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 242T (4.63 ha) hissəsinə başqa şəxsin adına **********031 reyestr nömrəli, 242 (0.7814 ha) hissəsinə isə başqa şəxsin adına **********05 reyestr nömrəli çıxarışlar verilmişdir. İşdə olan məhkəmənin sorğusu əsasında alınmış notariat işindən görünür ki, Qusar rayon Notariat Kontorunda xx xxxxxx 2003-cü il tarixdə 3M-02-248 reyestr nömrəsi ilə təsdiq edilmiş İcarə Müqaviləsinə əsasən Cavabdeh2 Qusar rayonu Həsənqala kəndində yerləşən 0.78 ha torpaq sahəsini Cavabdeh1 99 il müddətinə kənd təsərrüfatı məqsədləri üçün icarəyə vermişdir. İşdə olan Dövlət Notariat Arxivi tərəfindən Cavabdeh2 ünvanlanmış xx xxxxxxx 2020-ci il tarixli 05/01-R-32/13 saylı cavab məktubundan görünür ki, Qusar rayon Dövlət Notariat Ofisində xx xxxxxx 2003-cü il tarixdə 3M-2-248 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi yoxlanıldıqdan sonra dublikatının verilməsi barədə Dövlət Notariat Arxivinə daxil olmuş müraciətə baxılmış, qeyd olunan müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır. İşdə olan xx xxxxxxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərardan görünür ki, Cavabdeh2 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilmiş, torpaq sahəsinin qaytarılmasına dair tələbi mülki mübahisəli olduğundan həmin tələb üzrə mülki iddia qaydasında məhkəmə orqanlarına müraciət etmək hüququ olduğu barədə izah edilmişdir. İşdə olan Qusar rayonu Balaqusar bələdiyyəsi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 238 saylı Arayışdan görünür ki, Cavabdeh2 və mərhum anasına məxsus olmuş icarəyə verilmiş 0.88 ha torpaq sahəsinin 2018-2019-cu illər üzrə torpaq vergiləri icarəçi X9 tərəfindən Balaqusar bələdiyyəsinə ödənilməyib. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Qusar rayonu Həsənqala kəndində yerləşən 0.7814 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı, Cavabdeh2, X5, Tahirova (Rzayeva) Elnarə Kəbir qızının, Rzayeva Könül Kəbir qızının, X6 və X1 ümumi birgə mülkiyyətindədir. Həmin torpaq sahəsinə iddiaçının və ailə üzvlərinin xəbəri olmadan Cavabdeh2 ilə Cavabdeh1 arasında Qusar rayonu Notariat Kontorunda xx xxxxxx 2003-cü il tarixdə 3M-02-248 reyestr nömrəsi ilə qeydə alınmış 99 illik icarə müqaviləsi bağlanmışdır. İcarə Müqaviləsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasinin Qanunu” nun 9.1-cu maddəsinə əsasən daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə görə sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə də İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.1-ci maddəsinə görə mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır və MM-nin 157.2-ci maddəsinə görə də mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır və 158.2-ci maddəyə görə də əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə görə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər və 241.2-ci maddəyə görə dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. Həmin Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəyə görə də əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır və 337.5-ci maddəyə görə də əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycn Respublikasının Torpaq Məcəllənin 51-ci maddəsinə görə də Torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Torpaq icarəsinə dair münasibətlər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamaq torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin vəzifə borclarından biridir. Həmin Məcəllənin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Zərərin ödənilməsinə dair mübahisələrə müvafiq məhkəmədə baxılır. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Həmin Qanunun 11-ci maddəsinə əsasən torpaq icarə müqaviləsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tərtib olunmalı və müqavilədə həmçinin torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, sərhədləri və təyinatı barədə məlumatlar nəzərdə tutulmalıdır. Həmin Məcəllənin 56.9-cu maddəsinə əsasən xüsusi mülkiyyətdə olan torpaq sahələrinin özgəninkiləşdirilməsi, habelə istifadəyə və ya icarəyə verilməsi tərəflər arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan və notarial qaydada təsdiq olunan müvafiq müqavilə əsasında həyata keçirilir. Həmin Məcəllənin 66-cı maddəsinin 2-ci hissəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci hissəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin həmin maddəsinin 3-cü hissəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Həmin Məcəllənin həmin maddəsinin 4-cü hissəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 109-cu maddəsinə əsasən torpaq istifadəçiləri və icarəçiləri tərəfindən özgənin mülkiyyətində olan torpağın alınıb-satılması, bağışlanması, torpaq sahələrinin özbaşına dəyişdirilməsi barədə bağlanılan əqdlər, habelə torpaq mülkiyyətçilərinin bu Məcəllədə nəzərdə tutulmuş qaydaları pozmaqla bağladıqları əqdlər etibarsız hesab edilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçılar iddia tələblərinin əsası kimi istinad etdikləri halları sübuta yetirmişlər. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının iddiası əsaslıdır və bu səbəbdən də təmin edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 arasında Qusar rayon Notariat Kontorunda bağlanmış xx xxxxxx 2003-cü il tarixli 3m-02-248 saylı icarə müqaviləsi etibarsız hesab hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Qusar rayonu Həsənqala kəndində yerləşən İddiaçı, Cavabdeh2, üçüncü şəxslər X5, Tahirova (Rzayeva) Elnarə Kəbir qızının, Rzayeva Könül Kəbir qızının, X6 və X1 birgə mülkiyyətində olan 0.7814 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 arasında Qusar rayon Notariat Kontorunda bağlanmış xx xxxxxx 2003-cü il tarixli 3m-02-248 saylı icarə müqaviləsi etibarsız hesab edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-159/2021
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-159/2021
12.03.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver