Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-162/2024 08.02.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış pul məbləğinin silinməsinə” dair iddia ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış pul məbləğinin silinməsinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "Azəriqaz” X1 X5 İdarəsinin Qusar XS-nin əməkdaşları tərəfindən qanunsuz olaraq tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt əsasında hesablanmış 1036.80 (bir min otuz altı manat səksən qəpik) manat borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, ailəsilə birlikdə ünvan 1 ünvanda yerləşən özünə məxsus olan fərdi yaşayış evində yaşayır. Fərdi istehlakçı kimi cavabdeh "Azəriqaz” İB-nin Xaçmaz X5 İdarəsinin Qusar XS ilə müqavilə bağlayaraq yaşayış evində təbii qazdan istifadə edir. Digər abonentlər kimi o da, hər ay istifadə etdiyi qaz sərfiyyatına uyğun mütəmadi olaraq qaz borcu ödəmişdir. Əvvəllər abonent kodu mərhum anasının adına idi, onun ölümündən sonra abonent kodu öz adına rəsmləşdirmişdir. xx.xx.2022-ci il tarixdə Xaçmaz X5 İdarəsinin ünvan 2 ünvanda yerləşən yaşayış evimə gəlib onun evinə aid, lakin evindən aralı, küçədə yerləşən qaz sayğacını çıxararaq yenisi ilə əvəz edilmiş və bu barədə xx.xx.2022-ci il tarixli, ******* nömrəli Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında müvafiq akt təıtib olunmuşdur. Sayğacın çıxarılma səbəbinin növbədən kənar dövlət yoxlamasına göndərilməsi ilə əlaqələndirilmişdir. Bir müddət keçdikdən sonra ona bildirmişlər ki, guya o, sayğaca müdaxilə etmişdir (Sayğacın qoruyucu şüşəsinə vurulan üç zavod plastmas plomblardan birinin plomb yuvasının ətrafı və plombu kənar təsir nəticəsində əzilib. Sayğac istismara yararsızdır. Təbii qaz itkisi yaranmışdır) rəy verilmişdir. Halbuki sayğac saz vəziyyətdə çıxarılaraq götürülmüşdür. Sonradan Qusar XS-nin əməkdaşları evinə gələrək ona qarşı ‘'Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 yanvar 2023-ci il tarixli, ******* nömrəli akt tərtib olunmuş və istifadəsində olan qaz cihazların sayına görə ona itirilmiş qazın həcmi 8640 kub/metr müəyyən edilmiş və yaxud 1036.80 (bir min otuz altı manat səksən qəpik) manat məbləğində dəymiş ziyan hesablanmışdır. Ona əsassız hesablanmış 1036.80 (bir min otuz, altı manat səksən qəpik) manat borcla qətiyyən razı deyil və bununla əlaqədar olaraq mübahisəni Məhkəmə qaydasında həll etmək istəyir. S ayğac küçədə quraşdırılıb, qanunun tələblərinə uyğun kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməmiş, qutuya yerləşdirilməmişdir. Aşağıda göstərəcəyi hallara görə "Azəriqaz” İB-nin Xaçmaz X5 İdarəsinin Qusar Xidmət Sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 30 yanvar 2023-cü il tarixli, ******* saylı "təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt etibarsız hesab edilməli və həmin qərar əsasında əsassız hesablanmış 1036.80 (bir min otuz altı manat səksən qəpik) manat borc silinməlidir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, iddianı müdafiə edir, təmin edilməsini xahiş edir. Həmçinin bildirmişdir ki, şəxsi işləri ilə əlaqədar o, 08 fevral 2024-cü il tarixə saat 09:30-a təyin olunmuş məhkəmə iclasına gələ bilmir, ona görə də işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin Birliyin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Cavabdeh Xaçmaz X3 İdarəsi tərəfindən tərtib edilmiş «təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 30 yanvar 2023-cü il tarixli ******* saylı aktdan görünür ki, İ İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində quraşdırılmış Sayğacın qoruyucu şüşəsinə vurulan üç zavod plastmas plomblardan birinin plomb yuvasının ətrafı və plombu kənar təsir nəticəsində əzilib. Sayğac istismara yararsızdır. Təbii qaz itkisi yaranması aşkar edilməsi qeyd edilmişdir. Həmçinin, qeyd edilmişdir ki, dəymiş ziyan hesablansın və dəyəri ödənilsin. Həmin akt İ İddiaçı tərəfindən imzalanmaqdan imtina edilmişdir. İşdə olan 03 oktyabr 2022-ci il tarixli ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, istehlakçı İddiaçı ünvan 1 ünvanda olan evinə quraşdırılmış Zenner G-4 markalı, **********0 nömrəli, üzərində 10839095 saylı plomb olan qaz sayğacı çıxarılmış və əvəzində Elster tipli G-4 markalı 10584722 nömrəli, üzərində 13428671 saylı plomb olan yeni sayğac quraşdırılmışdır. İşdə olan Cavabdeh Xaçmaz X3 İdarəsi tərəfindən tərtib edilmiş 31 yanvar 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, 30 yanvar 2023-cü il tarixli ******* saylı akt əsasında İddiaçı itirilmiş qazın bərpası üzrə cəmi 8640 kub.metr qaz sərfiyyatıhesablanmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qazdan istifadə qaydaları haqqında qərarın 4.2-ci bəndində qeyd olunmuşdır ki, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasındankeçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasındankeçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5-2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmçinin həmin Qaydaların 6.7. bəndinə görə qazın verilməsinindayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyət orqanlarının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və hüquqi şəxslərin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə hesab edir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı, istehlakçı tərəfindən qazın hesabı tam ödənilməlidir. İstehlakçı fiziki şəxs olarsa, onun qaz sayğacı ilə təchiz edilməsi, quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı dayışır. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan yaşayış evi qaz ilə təchiz edilib, quraşdırılmış sayğacın işlək vəziyyətdə olmasına görə məsuliyyəti iddiaçı deyil, qaz paylayıcı olan cavabdeh daşıdığından, həmin sayğaca iddiaçı tərəfindən müdaxilə edilməsi cavabdeh tərəfindən sübuta yetirilə bilmədiyinə görə iddiaçı barəsində mülki hüquq məsuliyyətinin yaranmasına görə qərar qəbul edilməsi əsaslı hesab edilə bilməz. Belə olan halda qaz sayğacının yararsız vəziyyətə düşməsi nəticəsində hər hansı borc məbləği kimi pul abonentdən tələb edilə bilməz. Göründüyü kimi Cavabdeh Xaçmaz X3 İdarəsi Qusar Qaz Xidməti Sahəsi tərəfindən istehlakçı İddiaçı ünvan 1 ünvanında yerləşən evi üçün quraşdırılmış qaz sayğacın qoruyucu şüşəsinə vurulan üç zavod plastmas plomblardan birinin plomb yuvasının ətrafı və plombu kənar təsir nəticəsində əzilməsi, sayğacın istismara yararsız olması, təbii qaz itkisi yaranması aşkar olunmuş, lakin həmin vaxt həmin sayğaca məhz istehlakçı İddiaçı tərəfindən müdaxilə olunması müəyyən edilməmişdir. Belə olan halda, həmin qaz sayğacın qoruyucu şüşəsinə vurulan üç zavod plastmas plomblardan birinin plomb yuvasının ətrafı və plombu kənar təsir nəticəsində əzilməsi, sayğacın istismara yararsız olması, təbii qaz itkisi yaranması aşkar olunması məhz İddiaçı tərəfindən hər hansı şəkildə sayğaca müdaxilə olunması, həmçinin sayğacın hər hansı şəkildə zədələnməsi şübhə doğurur. Bundan başqa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qazdan istifadə qaydalarının tələblərinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən). Həmçinin, həmin qaydalara görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Bundan başqa, qaz sayğacın qoruyucu şüşəsinə vurulan üç zavod plastmas plomblardan birinin plomb yuvasının ətrafı və plombu kənar təsir nəticəsində əzilməsi, sayğacın istismara yararsız olması, təbii qaz itkisi yaranması aşkar olunması istehlakçı İddiaçı təqsiri heç bir sənədlə və ya sübutla təsdiq olunmur və onun həmin sayğaca müdaxilə etməsi əsaslandırılmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, İddiaçı evi üçün quraşdırılmış qaz sayğacın qoruyucu şüşəsinə vurulan üç zavod plastmas plomblardan birinin plomb yuvasının ətrafı və plombu kənar təsir nəticəsində əzilməsi, sayğacın istismara yararsız olması, təbii qaz itkisi yaranması aşkar olunması məhz onun tərəfindən həmin sayğaca müdaxilə edilməsi və qaz paylayıcısı olan Cavabdehnə ziyan vurulması kimi qiymətləndirilə bilməz. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Dövlət X4 İstehsalat Birliyinin əməkdaşları tərəfindən İddiaçı qanunsuz hesablanmış 8640 kub/metr qaz sərfiyyatının və həmin sərfiyyata görə hesablanmış 1036.80 manat məbləğində pul silinməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə tam sübuta yetirmişdir. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış pul məbləğinin silinməsinə” dair iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "Azəriqaz” İstehsalat Birli) inin Xaçmaz X5 İdarəsinin Qusar XS-nin əməkdaşları tərəfindən qanunsuz olaraq tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* saylı "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt əsasında hesablanmış 1036.80 (bir min otuz altı manat səksən qəpik) manat məbləğində pul silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-162/2024
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-162/2024
08.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver