Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-168/2023 24.06.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Qusar rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi maraqlı şəxs Qusar rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 08 sentyabr 1998-ci il tarixdə Qusar rayonunun Əniğ oba kəndində anadan olmuş oğlu X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bundan başqa Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, hazırki işin xahiş etdi hissəsində 08 sentyabr 1998-ci il tarixdə Qusar rayonunun Əniğ oba kəndində anadan olmuş oğlu X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Hazırda Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddia ərizəsinə dəqiqləşmə verərək 08 sentyabr 1998ci il tarixdə Qusar rayonunun Əniğ oba kəndində anadan olmuş X1nun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, onun qardaşı, 08 sentyabr 1998-ci il X2 rayonun Əniğ oba kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Qardaşı ruhi xəstə olmaqla uzun müddətdir ki, “ağır dərəcəli əqli gerilik, emosiya iradı və davranışın pozulması ilə F72.1" diaqnozu ilə ruhi xəstəlikdən əziyyət çəkir. Qardaşı həmin diaqnozla Quba rayon PNRM-də müalicə olunmuş və həmin xəstəxanada qeydiyyatdadır. X1 əziyyət çəkdiyi xəstəlik səbəbindən öz hərəkətlərinin mənasını anlamır, özünü lazımi səviyyədə idarə edə bilmir və onun başqa şəxsin daimi qulluğuna ehtiyacı vardır. Bundan başqa qardaşı özünə məxsus əmlakları da idarə edə bilmir və həmin əmlaklar barəsində sərəncam vermək iqtidarında deyildir. Ona görə də X1nun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi zərurəti yaranmışdır. Onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi qəyyumluq və himayəçilik orqanı tərəfindən üzərində qəyyum təyin edilməsi üçün lazımdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etmiş və izahatında göstərmişdir ki, onu qardaşı ikinci qrup əlildir. O özü qardaşının qəyyumu olmaq istəyir. Anasıda ikinci qrup əlildir. Atasıda yaşlı kişidir, xəstədir. Onun 21 yaşı var, tələbədir. Xəstə qardaşına o birisi qardaşı və atası ilə birlikdə baxırlar. Xəstə qardaşı ətrafdakılara heç bir təhlükə törətmir, lakin özünü yaxşı idarə edə bilmir, əqli geriliyi var, öz-özünə qulluq edə bilmir. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmsını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Qusar rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin Komissiyanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddələrinə əsasən işə komissiyanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, ərizəçinin izahatını dinləyib, toplanmış sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Seriya AZE 16493432 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1998-ci ildə Qusar rayonu Əniğ-Oba kəndində anadan olmuş, həmin kənddə qeydiyyatdadır. İşdə olan XXİ-ЖГ № 331545 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1998-ci ildə anadan olmuşdur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Quba rayon Psixonevroloji Reabilitasiya mərkəzi” Qusar rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin 25 noyabr 2022-ci il tarixli 1937 saylı məktubundan görünür ki, Qusar rayonu Əniğ-Oba kəndində yaşayan, xx.xx.1998-ci il təvəllüdlü X5 xx.xx.2022-ci il tarixdə Quba rayon PNRM-də həkim psixiatrik komissiyasında olmuşdur. “Ağır dərəcəli əqli gerilik, emosiya, iradi və davranışın pozulması ilə” əlaqədar Qusar RMX-də həkim psixiatrın müşahidəsi məsləhət olunur. Daimi qulluğa və nəzarətə ehtiyacı var. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1161 saylı ekspert rəyindən görünür ki, mülki iş materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəməpsixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır. 1-ci sual: X5 ruhi xəstədirmi, əgər xəstədirsə, o, xəstəliyin hansı formasından əziyyət çəkir və nə vaxtdan? 2-ci sual: X3 ruhi xəstəliyinin ağırlıq dərəcəsi necədir? 1-ci və 2-ci suallara cavab: X4 Ağır dərəcəli əqli gerilik müəyyən edilmişdir. 3-cü sual: X5 öz hərəkətlərinin mahiyyətini başa düşmək qabiliyyətindərmi, öz hərəkətlərini düzgün idarə etmək və ətrafdakılaara reaksiya verməyə qadirdirmi? Cavab: X5 öz hərəkətlərinin mənasını an hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də Nuriyı Səməndər oğlu tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X3 onda müəyyən edilən Ağır dərəcəli əqli gerilik ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. 4-cü sual: X5 ruhi xəstədirsə, o, müstəqil olaraq özünə, eləcə də ailəsinin digər üzvlərinə qulluq etməyə qadirdirmi və bu xəstəlik ona məişət xarakterli hərəkətlər etmək imkanınma mane olurmu? Cavab: X5 hazırki psixi vəziyyətinə görə müstəqil olaraq özünə, eləcə də ailəsinin digər üzvlərinə qulluq etmək iqtidarında deyil və bu xəstəlik ona məişət xarakterli hərəkətlər etmək imkanınma mane olur. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə yuxarıda göstərilən ekspert rəyini məhkəmədə tədqiq olunmuş digər subatlarla yanaşı qiymətləndirərək həmin rəylə razılaşır və qəbul edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, 08 sentyabr 1998-ci il tarixdə Qusar rayonunun Əniğ oba kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olan X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün kifayət qədər əsaslar vardır və bu səbəbdən də ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçi öz tələblərinin əsası kimi istinad etdiyi halları tam sübuta yetirmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 08 sentyabr 1998-ci il tarixdə Qusar rayonunun Əniğ oba kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olan X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-168/2023
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-168/2023
24.06.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver