Məhkəmə qərarları › İş №2(029)-169/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-169/2021

04.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-169/2021 04.02.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Maraqlı şəxs Maraqlı şəxs2 iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə Qusar şəhərində xx xxxxxx 2021-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı dair ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “Ərizəçi oğlu”nun, “Maraqlı şəxs2”nun, “Maraqlı şəxs3”nın adlarına verilmiş JN:00xx xxx 30100038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Maraqlı şəxs1, X5, Ərizəçi, Maraqlı şəxs2, Maraqlı şəxs3 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəməyə ərizə göndərərək, səhhəti ilə əlaqədar məhkəmə iclasına gələ bilmədiyini və işə onun iştirakı olmadan baxılıb, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alıb Ərizəçi iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ərizəçi məhkəməyə göndərdiyi ərizədən görünür ki, Qusar rayonunda torpaq islahatları keçirilərkən Qusar rayon X7 xx xxxxxxxx 1998-ci il tarixli 15/1 saylı qərarına əsasən ona, Maraqlı şəxs1, X5, Maraqlı şəxs2, Maraqlı şəxs3 Qusar rayonu Yuxarı Tahircal kəndi ərazisindən 4.13 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədləri üçün nəzərdə tutulmuş pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə mülkiyyət hüququ Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:00xx xxx 30100038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə təsdiq edilir. X8 xx xxxxxxxx 2009-cu il tarixdə vəfat etmişdir. JN:00xx xxx 30100038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında Ərizəçi soyadı səhvən “Bəybalayev” ata adı isə səhvən “Zal oğlu”, X3 ata adı səhvən “İsbat” kimi qeyd edilmişdir. Bu yaxınlarda o, JN:00xx xxx 30100038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktındaki torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestrindən müvafiq sənədlər almaq üçün maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin JN:00xx xxx 30100038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında səhvlər olduğu üçün DƏDRX-nin 5 saylı Ərazi İdarəsi ona lazım olan sənədləri verməkdən imtina etmişdir. Ona görə də, JN:00xx xxx 30100038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Maraqlı şəxs1, X5, Ərizəçi, Maraqlı şəxs2, Maraqlı şəxs3 məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Qeyd edilənləri nəzərə alıb ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs2 ərizəni müdafiə edərək, ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs3 və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs3 və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənləri nəzərə alıb maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs3 və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, işdə olan JN:00xx xxx 30100038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının təsdiq edilmiş surətindən görünür ki, Qusar rayon X7 xx xxxxxxxx 1998-ci il tarixli 15/1 saylı qərarı ilə Maraqlı şəxs1, X4, X6, Maraqlı şəxs2, Maraqlı şəxs3 mülkiyyətlərinə 4.13 hektar kənd təsərrüfatı məhsulları istehsalı məqsədləri üçün nəzərdə tutulmuş pay torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X20 Ərizəçi ünvanlanmış **********61 saylı xx xxxxxx 2020-ci il tarixli cavab məktubundan görünür ki, DT və XK-si tərəfindən verilmiş JN:00xx xxx 30100038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X16 səlahiyyətlərinə aid olmadığından bununla bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İşdə olan AZ-l № 341065 saylı ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X8 xx xxxxxxxx 2009-cu il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxxxxx 2009-cu il tarixdə 06 nömrə ilə qeyd edilmişdir. İşdə olan Qusar RİHB-nın Yuxarı Tahircal kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 09 saylı Arayışdan görünür ki, JN:00xx xxx 30100038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət X1 və X2 yazılmış, əslində isə şəxsiyyətini təsdiq edən sənədlərə uyğun olaraq X10, ölüm haqqında şəhadətnaməyə əsasən X11 yazılmalı və oxunmalıdır. İşdə olan Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx xxxx 1965-ci il tarixdə Qusar rayonu Düztahir kəndində anadan olmuş və hazırda Qusar rayonu Yuxarı Tahircal kəndində qeydiyyatdadır. Məhkəmə ərizəni nəzərdən keçirib və maraqlı şəxsin izahatını dinləyib, iş üzrə toplanmış sübutlarla birgə hüquqi qiymət verərək, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən belə nəticəyə gəlir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “Ərizəçi oğlu”nun, “Maraqlı şəxs2”nun, “Maraqlı şəxs3”nın adlarına verilmiş JN:00xx xxx 30100038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Maraqlı şəxs1, X5, Ərizəçi, Maraqlı şəxs2, Maraqlı şəxs3 məxsus olması faktının müəyyən edilməsinə dair ərizə əsaslı olduğundan və həmin faktın müəyyən edilməsi hüquqi əhəmiyyət kəsb etdiyindən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ət etdi : Ərizə təmin edilsin. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “Ərizəçi oğlu”nun, “Maraqlı şəxs2”nun, “Maraqlı şəxs3”nın adlarına verilmiş JN:00xx xxx 30100038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Maraqlı şəxs1, X5, Ərizəçi, Maraqlı şəxs2, Maraqlı şəxs3 məxsus olması faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar