Məhkəmə qərarları › İş №2(029)-171/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-171/2021

04.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-171/2021 04.02.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə Qusar şəhərində xx xxxxxx 2021-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Ərizəçi maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, JN:02xx xxx 30107018 saylı xx xxxxxx 2002-ci il tarixli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının və JN:323F KOD 30107018 saylı xx xxxxxx 2005-ci il tarixli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin mərhum atası X13 və X17 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, Qusar rayonu Gedəzeyxur kəndində yerləşən iki mərtəbəli fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə atası X8 adına qeydiyyata alınmaqla xx xxxx 1990-cı il tarixli 123 saylı qeydiyyat vəsiqəsi ilə rəsmiləşdirilmişdir. Həmin evin yerləşdiyi 0.25 hektar torpaq sahəsi isə xüsusi mülkiyyət hüququ üzrə atası X8 və X7nın adlarına qeydiyyata alınmaqla JN:323-F KOD 30107018 saylı xx xxxxxx 2005-ci il tarixli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Bundan əlavə Qusar rayonu Gedəzeyxur kəndində yerləşən 0.75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi də xüsusi mülkiyyət hüququ üzrə valideynlərinin adlarına qeydiyyata alınmaqla JN:02xx xxx 30107018 saylı xx xxxxxx 2002-ci il tarixli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. X32 fərdi yaşayış evini, həyatyanı torpaq sahəsini və kənd təsərrüfatı təyinatlı torpaq sahəsini xx xxxx 2020-ci il tarixli vəsiyyətnaməyə əsasən ona vəsiyyət etmişdir. Həmin vəsiyyətnamə Qusar rayon İHB-nın Gedəzeyxur kənd İƏD üzrə nümayəndəliyində təsdiq olunmuşdur. X7 xx xxx 2006-cı il tarixdə, atası X20 isə xx xxxx 2020-ci il tarixdə vəfat etmişlər. JN:02xx xxx 30107018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət X4 ata adı səhvən “Bəybala”, JN:323F KOD 30107018 saylı Torpağın mülkiyyətə verilməsinə dair X1 adı səhvən “Əlibaba”, X14 adı isə səhvən Şərifi kimi qeyd edilmişdir. Bu yaxınlarda o, JN:02xx xxx 30107018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktındaki və JN:323F KOD 30107018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədəki torpaq sahələrinə Daşınmaz Əmlakın Dövlət Reyestrindən müvafiq sənədlər almaq üçün maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin JN:02xx xxx 30107018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında və JN:323F KOD 30107018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə səhvlər olduğu üçün DƏDRX-nin 5 saylı Ərazi İdarəsi ona lazım olan sənədləri verməkdən imtina etmişdir. Ona görə də, JN:02xx xxx 30107018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının və JN:323F KOD 30107018 saylı Torpağın mülkiyyətə verilməsinə dair X2 və X17 məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Qeyd edilənləri nəzərə alıb ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənləri nəzərə alıb maraqlı şəxslər Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, işdə olan JN:02xx xxx 30107018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının təsdiq edilmiş surətindən görünür ki, Qusar rayon X19 xx xxxxxx 1999-cu il tarixli 14/3 saylı qərarı ilə X9 və X14 mülkiyyətlərinə 0.75 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN:323F KOD 30107018 Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Qusar rayon X19 xx xxx 2000-ci il tarixli 6/9 saylı qərarı ilə X10 və X11 mülkiyyətlərinə 0.25 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X35 tərəfindən Ərizəçi ünvanlanmış **********00 saylı xx xxxxxx 2020-ci il tarixli cavab məktubundan görünür ki, DT və XK-si tərəfindən verilmiş JN:2xx xxx 30107018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında və JN:323F KOD 30107018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X30 səlahiyyətlərinə aid olmadığından bununla bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İşdə olan Qusar RİHB-nın Gədəzeyxur kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 557 saylı Arayışdan görünür ki, JN:323F KOD 30107018 saylı Torpağın mülkiyyətə verilməsinə dair X3 əvəzinə X20, X22 əvəzinə X24 oxunmalıdır. İşdə olan Qusar RİHB-nın Gədəzeyxur kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 558 saylı Arayışdan görünür ki, JN:2xx xxx 30107018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət X5 əvəzinə X20 oxunmalıdır. İşdə olan AZ-ll № 082671 saylı Ölüm haqqında Şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X24 xx xxx 2006-cı il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxx 2006-cı il tarixdə 20 nömrə ilə qeyd edilmişdir. İşdə olan AZ-ll № 082661 saylı Ölüm haqqında Şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X20 xx xxxx 2020-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxx 2020-ci il tarixdə 154 nömrə ilə qeyd edilmişdir. İşdə olan AZ-T № 129369 saylı Doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx xxxx 1958-ci il tarixdə Qusar rayonu Gedəzeyxur kəndində anadan olmuşdur. X6, X7dır. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə toplanmış sübutlarla birgə hüquqi qiymət verərək, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən belə nəticəyə gəlir ki, JN:02xx xxx 30107018 saylı xx xxxxxx 2002-ci il tarixli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının və JN:323F KOD 30107018 saylı xx xxxxxx 2005-ci il tarixli Torpağın mülkiyyətə verilməsinə dair X2 və X17 məxsus olması faktının müəyyən edilməsinə dair ərizə əsaslı olduğundan və həmin faktın müəyyən edilməsi hüquqi əhəmiyyət kəsb etdiyindən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ət etdi : Ərizə təmin edilsin. JN:02xx xxx 30107018 saylı xx xxxxxx 2002-ci il tarixli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının və JN:323F KOD 30107018 saylı xx xxxxxx 2005-ci il tarixli Torpağın mülkiyyətə verilməsinə dair X2 və X17 məxsus olması faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar